Yaxşılıq etmək üçün yaşayan insan - Ağstafa rayon İH Başçının müavini İlqar Hacıyev.

Yaxşılıq etmək üçün yaşayan insan - Ağstafa rayon İH Başçının müavini İlqar Hacıyev.
  • 25-04-2021, 19:28
  • 173 dəfə oxunub
Reklam

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib. Azərbaycan öz daxili siyasətində insan amilinə prioritet istiqamət verməklə həm iqtisadi, həm sosial və həm də siyasi proseslərdə önəmli mövqe qazanıb.

Ölkədə, xüsusilə də, Ağstafa rayonunda görülən islahatlar əhalinin sosial durumunun yüksəlməsinə, dövlətimizin güclənməsinə xidmət edir. Bu gün Azərbaycandakı iqtisadi inkişaf, siyasi sabitlik Ağstafa rayonundan da yan keçməyib. Burada aparılan abadlıq-quruculuq işləri son illər daha da sürətləndirilib. Fermerlərə dövlət səviyyəsində dəstək verilib. Burada aqrar sektor nəzərəçarpacaq səviyyədə inkişaf edib. Ağstafa rayonunun ölkədəki inkişafda xüsusi payı var. Düşünürəm ki, yaxın gələcəkdə Ağstafa Azərbaycanın ən inkişaf etmiş rayonu olacaq. Bunun üçün potensial mövcuddur. Həm coğrafi mövqeyimiz, turizm üçün imkanlar, həm də əlverişli münbit torpaq sahəsinin bol olması Ağstafanın perspektivini yüksəldir.

Təbii ki yuxarıda sadaladığımız müsbət yönümlü inkişaf bir başa başçılıq edən şəxslərin əməyi nəticəsində olur.Bu gün sizə həmin şəxslərdən biri olan Ağstafa rayon İH Başçının müavini – Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev söhbət açacıq.

Ağstafa rayon İH Başçının müavini – Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev çox işgüzar insandır. Səmimi, mehriban və vətənpərvər ən əsası öz işinin öhdəsindən layiqincə gələn bir dövlət məmurudur. Əhali ilə daim sıx əlaqədədir. İmkan daxilində onların problemlərinin həllinə çalışır. Cəmiyyət - çəmənliyi, yaxşı insanlar - oradakı gülləri xatırladır. Güllərin sayı nə qədər çoxdursa, çəmənlik bir o qədər ətirli və xoş olar. Bu isə təbiətin gözəlliyini göstərməklə yanaşı, cəmiyyətin zənginliyini ifadə edir. Nəticə etibarı ilə cəmiyyətin zənginliyi onun hər bir üzvünün mənəvi rahatlığını artırır, daxili aləmini gözəlləşdirir.

Hədsiz səmimiliyi, qərəzsizliyi, humanistliyi, fəaliyyətin daha çox stimullaşdırıcı mexanzimlərlə qurulması sahəsindəki çevikliyi ilə diqqəti çəkən İlqar müəllim vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən və ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən vəzifə sahiblərindən biridir.

İlqar müəllim deyir ki, "münasibətləri qorumaq və saxlamaq üçün insana bir ürək bəs etmir. Gərək bir neçə ürəyin ola. Neçə ürəyim olsa, hamısında insanlara mehribanlıqla və səmimiyyətlə yaşayacam. "- Buna görə də İlqar Hacıyevi tanıyan hər kəs onun haqqında yalnız ürəklə və ehtiramla xoş sözlər danışır. Onunla on dəqiqə ünsiyyətdə olmaq kifayət edirdi ki, ürəyinin böyüklüyünü, humanistliyini, çox yüksək hörmət və ehtirama malik və layiq olduğunu görə biləsən.

Ağstafa rayon İH Başçının müavini – Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarlarını tez-tez ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən sosial problemləri dinləmiş və həlli istiqamətində öz dəstəyini əsirgəmir.
Həmçinin qazi ailələrinə də baş çəkən İlqar Hacıyev bildirir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
İlqar Hacıyev tərəfindən tez-tez baş çəkilən, şəhid, qazi evlərinə həmçinin ərzaq yardımları da göstərilməsində də bir-başa iştirak edir.

Biz də "İqtisad.Org" müstəqil xəbər portalı olaraq baş redaktorumuz başda olmaqla bütün sayt kollektivi adından Ağstafa rayon İH Başçının müavini – Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev gərgin əməyi nəticəsində nail olduğu bu peşəkar uğurları alqışlayır, ona bu məsuliyyətli və şərəfli işində müvəffəqiyyətlər arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı