ABŞ-ın bayrağı yandırıldı

ABŞ-ın bayrağı yandırıldı
  • 25-04-2021, 20:05
  • 28 dəfə oxunub
Reklam

İngiltərənin "Mançester Yunayted" klubunun azarkeşləri ABŞ bayrağını yandırıblar.
Bu addım klubun amerikalı sahibləri Coel və Avram Qleyzerlərin Superliqaya birləşmə qərarına etiraz əlaməti kimi atılıb. "Old Trafford" stadionu qarşısına toplaşan yüzlərlə fanat rəhbərliyin davranışlarından qəzəblərini ifadə edib.
Etiraz aksiyası zamanı onlar Qleyzerlər ailəsindən klubdakı paylarını satmalarını tələb edən plakatlar tutublar və fişənglərdən yararlanıblar. Tərəfdarlar "Hər şeyin bir həddi var" və "Qleyzerlər, klubdan rədd olun" şüarları səsləndiriblər.
Narazılığa aprelin 19-da aralarında "Mançester Yunayted"in də olduğu Avropanın 12 top-klubunun Superliqanın yaradıldığını elan etməsi səbəb olub. Lakin aprelin 20-də azarkeşlərin etirazları, UEFA və milli assosiasiyaların sərt mövqeyi fonunda İngiltərənin bütün klubları bu liqadan çıxdıqlarını açıqlayıblar.
"Mançester Yunayted" rəhbərliyi bəyanat yayaraq, azarkeşlərdən üzr istəyib. Klub rəsmiləri Superliqa yaradarkən tərəfdarların mövqelərini öyrənmədikləri üçün bu addımı atıblar.


FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı