DTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı

DTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı
  • 29-04-2021, 12:38
  • 19 dəfə oxunub
Reklam

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmədovun həbs edilməsi ilə bağlı rəsmi məlumat yayıb.
DTX-nin saytında yer alan məlumatda deyilir:
"Ölkədə həyata keçirilən sistemli islahatlara mane olan, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan korrupsiya və digər əlaqəli cinayət əməllərinə qarşı hüquqi mübarizə tədbirləri davam etdirilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.
Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülmüşdür.
Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdürZöhrə Abdullayeva xəstəxanaya yerləşdirildiPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edibErmənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıbMaliyyə Nazirliyi müraciət yayıbYılmaz Vural istefaya göndərildiBakıda sürücü 6 yaşlı uşağı vuraraq hadisə yerindən qaçdıDüzgün idarəçilik hər kəsə başucalığı gətirir ! - Rüstəm Xəlilov.Füzulidə yol infrastrukturunun inkişafı geniş vüsət alıbFüzuli Kərimlinin uğurlarına kölgə salmaq mümkün olmayacaqƏli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi“Taliban”a qoşulan azərbaycanlılar həbs edildiBakının küçə və parklarından birinə Polad Həşimovun adı verildiTəhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələndiBakıda qanunsuz aksiya keçirməyə cəhd edilibÇin peyvəndi vurduranlar Avropa İttifaqına buraxılmayacaq?Bakı metrosunda sərnişindaşımanın maya dəyəri 3 dəfə artıbVətən müharibəsi qəhrəmanları üçün nəzərdə tutulan güzəşt və imtiyazlar genişləndirilirMarsda yeni vulkan püskürmələrinin izləri aşkarlandıPREZİDENTİN ETİMADINI DOĞRULDAN İCRA BAŞÇISI - SÜLEYMAN MİKAYILOVRafiq Quliyev Xətai sakinlərinin etimadını qazanıbQaz Emalı Zavodunun direktoru Aqşin Paşayev gördüyü işlərlə hər kəsə nümunədir.