DTX rəisi Gürcüstanda rəsmi səfərdə olub

DTX rəisi Gürcüstanda rəsmi səfərdə olub
  • 29-04-2021, 13:19
  • 17 dəfə oxunub
Reklam

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev aprelin 27-28-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.
Səfər çərçivəsində general-polkovnik Əli Nağıyev Ümummilli Lider Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə əklil qoyub.
Sonra şəhərin Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış abidə ziyarət olunmuş, önünə əklil qoyulub.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə keçirilmiş görüşdə regionda möv­cud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, təcrübə və səmərəli məlumat mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, habelə dünyada ciddi siyasi-iqtisadi fəsadlara səbəb olmuş koronavirus pandemiyası ilə bağlı meydana çıxan yeni təhdid­lərə qarşı birgə mübarizənin effektivliyinin artırılması və təhlükəsizliklə bağlı digər aktual məsələlər müzakirə olunub.
Eyni zamanda, general-polkovnik Əli Nağıyev Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə də görüşüb. Tərəflər üçün əhəmiyyət kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb, bölgədə təhlükəsizliyin etibarlı təmin olunmasının, terrorçu və digər cinayətkar qruplara qarşı mübarizədə birgə səylərin artırılmasının vacibliyi qeyd edilib. Tərəflər bundan sonra da hər iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə ediblər.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edən Baş nazir İrakli Qaribaşvili təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələrin davamlı inkişaf etdiyini və bu əməkdaşlığın bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verdiyini vurğulayıb.
İsti qarşılanmaya və yüksək qonaqpərvərliyə, həmçinin təhlükəsizlik sahəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üzrə məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. General-polkovnik Əli Nağıyev ölkələr arasında olan mövcud münasibətlərin regional təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini qeyd edərək bundan sonra da müvafiq orqanların dövlətlərin milli təhlükəsizliyinə yönələn beynəlxalq təhdid və hədələrə qarşı birgə mübarizə istiqamətində daim sıx əməkdaşlıq edəcəyinə əminliyini bildirib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı