Dövlət və xalq üçün yorulmadan çalışan AAYDA-nin sədr müavini Əvəz Qocayev.

Dövlət və xalq üçün yorulmadan çalışan AAYDA-nin sədr müavini Əvəz Qocayev.
  • 7-05-2021, 00:00
  • 167 dəfə oxunub
Reklam

İnsan müəyyən yaşa çatıb sosial münasibətlər sisteminə daxil olduğu ilk günlərdən üzərinə böyük bir ictimai məsuliyyət götürür. Bu, insan olmağın məsuliyyətidir, ömrü bir insan kimi mənalı yaşamağın mənəvi öhdəliyidir. Belə bir məsuliyyət, əslində, insanlıq taleyimizin fərdlərin üzərinə qoyduğu ali missiyadır. Kimisi layiqsiz davranışları ilə bu missiyaya xilaf çıxır, insan adını dəyərsizləşdirir, kimisi də bu missiyanı özünə şərəf bilib layiqli ömür yaşayır, həyatın mənasını dünyaya bir zərrə gözəllik bəxş etməkdə görür.Bir də insanlıq adını daha yüksəklərə ucaldan, bu mənəvi missiyanın yeni meyarlarını formalaşdıran şəxsiyyətlər var.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini Əvəz İlyas oğlu Qocayev bu ucalıqdadır. Xeyirxahlıq, başqalarına təmənnasız kömək, insanlara sevgi, şəfqət göstərmək xalqımızın ruhundadır. Əvəz müəllim də bu milli ruhun təmsilçisidir. Onun nəcib əməllərinin hekayəsi, etdiyi yaxşılıqların sevinci minlərlə adamın taleyinə yazılıb. Vətənpərvərlik insanın daxilində olan bir hissdir. Bu hiss olmasa, nə Vətəni, nə torpağı, nə də valideyni sevmək mümkün deyil. Əvəz Qocayev də öz vətənpərvərliyi ilə hər zaman seçilir, tutduğu bu vəzifənin məsuliyyətini dərk edərək necə çətin bir peşədə olduğunu bilir. . Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

Hər bir insanın ömür yolunu onun mənəvi dünyası, gördüyü işlər, əməllər müəyyən edir. Xalqını, Vətənini sevərək milli-mədəni irsimizə hörmətlə yanaşan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini Əvəz İlyas oğlu Qocayev sadə xalqın içindən çıxmış, mükəmməl təhsil görmüş, gənclik illərindən fəal ictimai həyata qoşulmuş mənalı bir ömür yaşayan, harada çalışmasından asılı olmayaraq hər zaman vətənimizə vicdanla, peşəkarlıqla, təmiz adla xidmət göstərmiş və göstərir. Ümumiyyətlə, Əvəz müəllim heç vaxt özünü düşünməyib. Onun gördüyü işlər haqqında çoxsaylı yazıların olmasına baxmayaraq, düşünürəm ki, onun gördüyü işlərin müqabilində həm mənim, həm də digər qələm dostlarımızın yazdıqları azdır, yetərincə deyil.

Səmimi, xeyirxah, nəcib, qayğıkeş insan olan Əvəz Qocayev ictimaiyyətin, işlədiyi kollektivin dərin hörmət və məhəbbətini qazanmışdır. Yaşından, vəzifəsindən asılı olmayaraq hər bir şəxslə gözəl ünsiyyət qurmağı bacaran, istedadlı gənclərə dayaq olan Əvəz müəllimin fəaliyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin daha böyük müvəffəqiyyətlərə imza atmasına doğru istiqamətlənmişdir. Gəlin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini Əvəz Qocayevin həyat yoluna nəzər salaq :

Əvəz İlyas oğlu Qocayev 1959-cu ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur.Ali təhsillidir. 1985-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsini bitirmiş “inşaat-mühəndisi” ixtisasına yiyələnmişdir. 1977-1979-ci illərdə Ordu sıralarında xidmət etmişdir.Əmək fəaliyyətinə 1980-ci ildə Bakı şəhəri, Binəqədi rayonunun 80 saylı Mənzil İstismar İdarəsində texnik-nəzarətçi kimi başlamışdır.1982-1986-cı illərdə Bakı şəhəri, Binəqədi rayonunun 83 saylı Mənzil İstismar İdarəsində mühəndis, 1986-1993-cü illərdə Bakı şəhəri, Binəqədi rayonunun 102 saylı Mənzil İstismar İdarəsində rəis, 1993- cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil şöbəsində təftiş-mühasib, 1993-1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Tikinti və abadlıq işləri üzrə müavini, 2000-2001-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Mənzil şöbəsində aparıcı mühəndis-müfəttişi , 2001-2002-ci illərdə “Azəravtonəqliyyat” Dövlət Konserninin Mənzil Təsərrüfat İdarəsində rəis, 2002-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində kompyüter bölməsində rəis, 2003-2008-ci illərdə “Yolnəqliyyatservis” Departamentinin İstehsalat şöbəsində rəis müavini, Reklam şöbəsində rəis, “Yolreklamservis” MMC-də rəis, 2008-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin “Avtomobil Yollarının İstismarı və reklam” MMC-də rəis vəzifələrində işləmişdir. 2015- 2017-ci illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini müvvəqqəti icra edib.10 mart 2017- ci il tarixindən 21 dekabr 2017 - ci il tarixinədək "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. 21 dekabr 2017-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin YAP İlk Partiya Təşkilatının sədridir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı adı verilmişdir.

Heydər Əliyev ideyaları ilə silahlanmış, hər zaman peşəkarlığı, işgüzarlığı və prinsipiallığı ilə seçilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini Əvəz Qocayevə "İqtisad.org" xəbər portalı olaraq bu məsuliyyətli işində hər zaman uğur və nəaliyyətlər diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
DİN azarkeşlərə müraciət edibAzərbaycanda daha bir instituta doktorant hazırlamaq səlahiyyəti verilibTəhsil Nazirliyi 1 448 müəllimlə bağlı qərar verdiKəlbəcərə keçməyə cəhd göstərən şəxslər saxlanılıbNaxçıvanda 24 mln manatlıq informasiya və rabitə xidməti göstərilibQubada 85 yaşlı qadın yanaraq ölübABŞ Ukraynaya əlavə 150 milyon dollarlıq hərbi yardım ayırdıPutin Baydenin ona qatil deməsindən narahat deyilKürdəmir rayon 43 saylı yol istismar idarəsi uğurlu inkişaf yolundaSumqayıt Baş Gömrük idarəsinin rəisi,general Vəzir Həsənov hər kəs tərəfindən sevilir, sayılıb-seçilir.Səmimi insan və öz işinin öhdəsindən layiqincə gələn - polkovnik Arif HəsənovRəfael Mehrəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!MM-in İnsan hüquqları komitəsi Kəlbəcərdəki hadisə ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət edəcəkKəlbəcərdə həlak olanların nəşi yaxınlarına təhvil verilərək yola salınıb - YENİLƏNİBMehriban Əliyeva Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı veribMəhərrəmin böyük planları, arzuları vardı...Bakı metrosu qarşıdakı 2 gündə işləməyəcəkAzərbaycanda enerji içkisi adı ilə satılan içkilərin bir qismi adi sərinləşdirici sulardırCeyhun Bayramov mina xəritələrini verməsi üçün Ermənistana çağırış edibAzərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıbŞəhid jurnalistlər Bakıda anılırAzərbaycan MN ilə Türkiyənin Baş Qərargahı arasında protokol imzalanıb