Rafiq Quliyev Xətai sakinlərinin etimadını qazanıb

Rafiq Quliyev Xətai  sakinlərinin etimadını qazanıb
  • 7-05-2021, 00:00
  • 194 dəfə oxunub
Reklam

İlham Əliyev bütün rayon İcra Hakimiyyətlərinə başçı təyin edən zaman öz tövsiyələrini verir. Bildirir ki, hər bir icra başçısı xalqın içində olmalıdır. Onların şikayətlərinə vaxtlı-vaxtında cavab verməlidir və xalqın güzəranını yaxşılaşdırmaq üçün onlara hər cür şərait yaratmalıdır. Bu gün ölkə başçısının vətəndaş amilinin önə çəkilməsi siyasəti Xətai rayonunda uğurla icra olunur.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev hər zaman vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən və ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən bir icra başçısıdır.Ötən 1 ildən çox müddət ərzində Xətai rayonunun hər bir problemini diqqətdə saxlayan, xüsusilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə əməli addımlarını atan Rafiq Quliyev, bu gün də ona göstərilən etimad və etibarı lazımi səviyyədə doğrultmağa çalışır.

Xətai sakinləri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin gördüyü bütün işlərdən öz razılığını bildirir.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verir.

Bu gün ölkəmizdə pandemiya ilə bağlı müxtəlif istiqamətlərdə mübarizə aparılmaqdadır. Bu mübarizə bütün dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan, o cümlədən bütün insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Rafiq Quliyevin təşəbbüsü ilə karantin olmasına baxmayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən Xətai rayonunda bir çox işlər öz axarı ilə davam edir.Xətai rayon İcra Hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarının məsul əməkdaşları ilə birlikdə rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar növbəti reyd keçirmişdir. Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq RİH başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışlar.
Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur. Xətai rayonunda küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri tez-tez aparılır.Rayonun kommunal xidmətlərinin əməkdaşları tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülüb.
Bununla yanaşı, yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Xətai rayon İcra hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində irimiqyaslı təmizlik və abadlıq işləri üzrə tez-tez iməcilik keçirilir.

Görülən işlər çərçivəsində yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqlarının budanması, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.Magistral və məhəllədaxili yollar təmizlənir, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilir, yabanı otlar təmizlənir, eyni zamanda, ərazidə olan bərk məişət tullantıları daşınır, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı, yol işarələri və dayanacaqlar təmizlənir.Rayonun sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, eyni zamanda, idarə və müəssisələrinin əməkdaşları aparılan abadlıq və təmizlik işlərinə cəlb olunurlar.

Dövlət başçımız İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən Rafiq Quliyevin başçılığı altında genişmiqyaslı işlər görülür.Yeniləşən parklar, ilk növbədə, rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.
Mövcud olan yararsız oturacaqlar və söhbətgahlar, idman və əyləncə qurğuları sökülərərək ərazilərdən daşınır, yeni suvarma xətlərinin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işləri görülür.Həmçinin ölkəmizin hər yerində olduğu kimi Xətai rayonunda da Vətən Müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev rayon üzrə Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarlarını tez-tez ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən sosial problemləri dinləmiş və həlli istiqamətində öz dəstəyini əsirgəmir.
Həmçinin qazi ailələrinə də baş çəkən Rafiq Quliyev bildirir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Rafiq Quliyev tərəfindən tez-tez baş çəkilən, şəhid, qazi evlərinə həmçinin ərzaq yardımları da göstərilməsində də bir-başa iştirak edir.


Rafiq Quliyevin həyat yoluna nəzər salaq :
17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib. Ermənistan Respublikasından azərbaycanlıların etnik təmizlənməsindən sonra 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.

1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.

21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Xətai rayon İcra Hakimiyyəti Başçının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində işləmişdir. Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il sərəncamı ilə Rafiq Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir

2019-cu ildə Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Biz də "İqtisad.Org" müstəqil xəbər portalı olaraq baş redaktorumuz başda olmaqla bütün sayt kollektivi adından Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin gərgin əməyi nəticəsində nail olduğu bu peşəkar uğurları alqışlayır, ona bu məsuliyyətli və şərəfli işində müvəffəqiyyətlər arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
DİN azarkeşlərə müraciət edibAzərbaycanda daha bir instituta doktorant hazırlamaq səlahiyyəti verilibTəhsil Nazirliyi 1 448 müəllimlə bağlı qərar verdiKəlbəcərə keçməyə cəhd göstərən şəxslər saxlanılıbNaxçıvanda 24 mln manatlıq informasiya və rabitə xidməti göstərilibQubada 85 yaşlı qadın yanaraq ölübABŞ Ukraynaya əlavə 150 milyon dollarlıq hərbi yardım ayırdıPutin Baydenin ona qatil deməsindən narahat deyilKürdəmir rayon 43 saylı yol istismar idarəsi uğurlu inkişaf yolundaSumqayıt Baş Gömrük idarəsinin rəisi,general Vəzir Həsənov hər kəs tərəfindən sevilir, sayılıb-seçilir.Səmimi insan və öz işinin öhdəsindən layiqincə gələn - polkovnik Arif HəsənovRəfael Mehrəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!MM-in İnsan hüquqları komitəsi Kəlbəcərdəki hadisə ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət edəcəkKəlbəcərdə həlak olanların nəşi yaxınlarına təhvil verilərək yola salınıb - YENİLƏNİBMehriban Əliyeva Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı veribMəhərrəmin böyük planları, arzuları vardı...Bakı metrosu qarşıdakı 2 gündə işləməyəcəkAzərbaycanda enerji içkisi adı ilə satılan içkilərin bir qismi adi sərinləşdirici sulardırCeyhun Bayramov mina xəritələrini verməsi üçün Ermənistana çağırış edibAzərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıbŞəhid jurnalistlər Bakıda anılırAzərbaycan MN ilə Türkiyənin Baş Qərargahı arasında protokol imzalanıb