Füzulidə yol infrastrukturunun inkişafı geniş vüsət alıb

Füzulidə yol infrastrukturunun inkişafı geniş vüsət alıb
  • 9-05-2021, 00:30
  • 242 dəfə oxunub
Reklam

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin bütün regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində bu gün Bərdə rayonu ərazisində də avtomobil yollarının bərpa və təmiri, yeni yolların çəkilişi böyük vüsətlə həyata keçirilir. Müasir yol infrastrukturunun yaradılması istiqamətində yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyinin birbaşa nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə aparılır. Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, Füzuli rayonunda işlərin bilavasitə icraçısı olan Mədət Hacıyevin rəhbərlik etdiyi Yol İstismar idarəsinin xidmətləri danılmazıdır.

Füzulidə yolların yenilənməsi ilə bağlı bütün işlər yüksək keyfiyyətlə həyata keçirilir

Qeyd etdiyimiz kimi, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, işlərin bilavasitə icraçıları olan yol-istismar idarələrinin səmərəli fəaliyyətləri xüsusi əhəmiyyət kəsb edir. Bu gün gördüyü işlər haqqında bəzi məlumatları təqdim edəcəyimiz müəssisə də Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Füzuli rayon 47 saylı Yol İstismar İdarəsidir. Füzulidə son vaxtlar həm kəndarası, həm də yeni yollar çəkilib. Bu yolların eləsi var ki, əsaslı təmir edilib və həmin yollara daş, qum, çınqıl döşənib. Artıq rayonun bir neçə kəndində yollar əsaslı surətdə təmir edilib. Bu işləri isə Füzuli rayon 47 saylı Yol İstismar İdarəsi həyata keçirir. İdarənin rəisi Mədət Hacıyev təcrübəli və öz işini bilən insandır. Əlbəttə, yollar təmir olunanda, düzəldiləndə istər-istəməz orada hərəkət etmək də asanlaşır. Çala-çuxurlu yollarda isə həm nəqliyyat vasitələri, həm də piyadalar çətinliklə üzləşirlər. Hələ biz onu demirik ki, təmirsiz yollarda avtomobillər hansı problemlərlə rastlaşa bilər. Nə yaxşı ki, son vaxtlar Füzulidə bütün sahələrdə olduğu kimi, yol çəkilişində də əsaslı dönüş yaranıb.

Aparılan müşahidələr belə deməyə əsas verir ki, Mədət Hacıyev rəhbərlik etdiyi Füzuli rayon 47 saylı Yol İstismar İdarəsinin kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanları bacarıqla səfərbər edir. Bu xüsusda əldə etdiyimiz məlumatlarda da qeyd olunur ki, məhz Mədət Hacıyevin yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu müəssisənin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir. Heç şübhə etmirik ki, Füzuli rayon 47 saylı Yol İstismarı İdarəsinin kollektivi bundan sonra da yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi istiqamətində öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcəklər.

Füzuli rayonunda irimiqyaslı layihələrin icrası uğurla davam etdirilir.

Ölkə başçımız cənab İlham Əliyevin sözləri ilə desək, Qarabağı cənnətə çevirəcəyik.

Sevindirici haldır ki, Füzuli rayonunda irimiqyaslı layihələrin icrası uğurla həyata keçirilməkdədir.Hal-hazırda Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam etməkdədir. Füzuli-Şuşa və Füzuli-Hadrud avtomobil yolunun, Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi uğurla davam etdirilir. Torpaqlarımızın azad edilməsindən qısa bir müddət keçməsinə baxmayaraq, dövlət başçımız cənab İlham Əliyevin bu bölgələrə səfərlər etməsi və qətiyyətli çıxışları, aparılacaq tikinti-quruculuq işlərinə nüfuzlu şirkətlərin cəlb olunması, regional xarakterli layihələrin icrasına başlanması yeni azad edilmiş bölgələrimizin gələcək inkişafından, camaatımızın rifahının daha da yüksələcəyindən xəbər verir.

Biz də "İqtisad.Org" müstəqil xəbər portalı olaraq gördüyü işlərdə hər zaman olduğu kimi Füzuli rayon 47 saylı Yol İstismarı İdarəsinin rəisi Mədət Hacıyevə və kollektivinə uğurlar arzu edir və nəaliyyətlər arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışırNikol Paşinyan protokol şöbəsinin rəisini vəzifəsindən azad edibMaştağada məhkuma məxsus torpaq sahəsindən silahlar götürülübAzərbaycanda elektron qolbaq daşıyan şəxslərin sayı açıqlanıbYağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcəkBakıda usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq edibFHN Mətbuat xidmətinin məlumatıFHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq təlimdə uğurla iştirak edibUcar rayon Melorasiya İdarəsi etibarlı əllərdədir - Həsən QasımovDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - AAYDA Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun QasımovSentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaqTəhsil Nazirliyi: "30 məktəbə yeni direktor təyin edilib"Ceyhun Bayramov: "Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır"Mikayıl Cabbarov: "Qeyri-neft ixracından əldə olunan hər 4 dollardan 1-i sənaye zonalarının payına düşür"Bu gündən məktəblər açılırƏrdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”Azərbaycanda vurulan vaksinlərin sayı 8 milyonu keçdiVüqar Səfərli: "Həmin vəsaiti devalvasiya zamanı əldə etdim"Azərbaycan qırıcıları İstanbul səmasında nümunəvi uçuşlar həyata keçiribƏrdoğanın Rusiyaya səfər tarixi açıqlanıbAXC-nin elan edildiyi bina bərpa olunurTürkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıb