Abşeron təhsili əmin əllərdədir.

Abşeron təhsili əmin əllərdədir.
  • 17-05-2021, 00:00
  • 264 dəfə oxunub
Reklam



Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər.Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova. Vətənə ləyaqət nümunəsi sayılacaq təhsil rəhbərlərindən biridir.Hazırda öz vəzifəsini uğurla davam etdirən və Abşeron rayonunda təhsilin inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin və cənab nazir Emin Əmrullayevin tapşırıqlarını şərəflə yerinə yetirən şöbə müdiri işlərin yüksək səviyyədə qurulmasına nail olub.

Nazilə Məmmədova söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Mümkün və sona qədər səhv yol tutan birini başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar.

Nazilə Məmmədova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Abşeron Rayon Təhsil Şöbəsinin müdiri olması , çoxsahəli professional ,dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Abşeron Rayon Təhşil Şöbəsinin müdiri Nazilə Məmmədova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.Şərəfli vəzifəyə yiyələnən Nazilə Məmmədova bu işin müqəddəsliyini qoruyub saxlayır. Nazilə Məmmədova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Təhsil sahəsində dövlətin qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətli həlli, təlim-tərbiyə prosesinin daha da yaxşılaşdırılması məqsədilə rayon təhsil şöbəsində əsasli kadr islahatı aparılmışdır. Ötən müddət ərzində görülən işlər, həyata keçirilən tədbirlər haqqında ondan məlumat verməsini xahiş etdik.Nazilə Məmmədova qeyd etdi ki,Abşeronda yeni məktəblərin tikintisi geniş vüsət alıb, əlavə sinif otaqlarının inşası, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi və onların maddi-texniki bazasının müasir standartlara uyğunlaşdırlması prosesi ardıcıl şəkildə davam etdirilir. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ötən müddətdə rayon rəhbərliyinin əsas iş istiqamətlərindən biri olub və bütün aidiyyəti təşkilatların potensial gücündən bu vacib sferanın inkişafı üçün maksimum istifadə edilir.

Abşeron rayonunda quruculuq işlərinin əsas istiqamətini sosial obyektlərin, o cümlədən yeni təhsil müəssisələrinin inşası və köhnələrin yenidənqurulması təşkil edir. Son illərdə rayonda həm ayrı-ayrı dövlət proqramları, həm Heydər Əliyev Fondunun dəstəyi, həm də daxili imkanlar hesabına onlarla məktəbəqədər və orta təhsil müəssisələri inşa olunub.

Abşeron rayonunda hazırda 40 məktəb fəaliyyət göstərir.

Respublikamızın hər yerində olduğu kimi, Abşeronda da xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur. Karantin rejimi müddətində isə şagirdlərin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” devizi ilə onlayn dərslər keçirilir. Artıq xeyli müddətdir ki, rayonun şəhər və kənd məktəbləri daxil olmaqla əksər müəllimlər elektron kabinetlərinə daxil olaraq onlayn dərslərə qatılıblar.

Nazilə Məmmədovanın rəhbərlik etdiyi Abşeron Rayon Təhsil Şöbəsidə daim müəllimlərin və şagirdlərin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Nazilə müəllimənin böyük zəhməti vardır .

Nazilə Məmmədova Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 iyul 2017-ci il tarixli 01-09-1514/16 saylı razılıq məktubu və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 11 iyul 2017-ci il tarixli 66 saylı əmrinə əsasən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.


Bizdə bu çətin və şərəfli işində Nazilə müəlliməyə və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
DİN azarkeşlərə müraciət edibAzərbaycanda daha bir instituta doktorant hazırlamaq səlahiyyəti verilibTəhsil Nazirliyi 1 448 müəllimlə bağlı qərar verdiKəlbəcərə keçməyə cəhd göstərən şəxslər saxlanılıbNaxçıvanda 24 mln manatlıq informasiya və rabitə xidməti göstərilibQubada 85 yaşlı qadın yanaraq ölübABŞ Ukraynaya əlavə 150 milyon dollarlıq hərbi yardım ayırdıPutin Baydenin ona qatil deməsindən narahat deyilKürdəmir rayon 43 saylı yol istismar idarəsi uğurlu inkişaf yolundaSumqayıt Baş Gömrük idarəsinin rəisi,general Vəzir Həsənov hər kəs tərəfindən sevilir, sayılıb-seçilir.Səmimi insan və öz işinin öhdəsindən layiqincə gələn - polkovnik Arif HəsənovRəfael Mehrəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!MM-in İnsan hüquqları komitəsi Kəlbəcərdəki hadisə ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət edəcəkKəlbəcərdə həlak olanların nəşi yaxınlarına təhvil verilərək yola salınıb - YENİLƏNİBMehriban Əliyeva Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı veribMəhərrəmin böyük planları, arzuları vardı...Bakı metrosu qarşıdakı 2 gündə işləməyəcəkAzərbaycanda enerji içkisi adı ilə satılan içkilərin bir qismi adi sərinləşdirici sulardırCeyhun Bayramov mina xəritələrini verməsi üçün Ermənistana çağırış edibAzərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıbŞəhid jurnalistlər Bakıda anılırAzərbaycan MN ilə Türkiyənin Baş Qərargahı arasında protokol imzalanıb