İllərdir ki, BDYPİ-nin rəisi general-mayor Ramiz Zeynalovun gözləri yollarımızın üstündədir

İllərdir ki, BDYPİ-nin rəisi general-mayor Ramiz Zeynalovun gözləri yollarımızın üstündədir
  • 28-07-2021, 00:00
  • 343 dəfə oxunub
Reklam


Hər kəs - sürücü və ya piyada olmasından asılı olmayaraq dövlət yol polisi əməkdaşları ilə sıx təmasdadır və onların fəaliyyəti kütləvi xarakter daşıdığından daha çox müzakirələrə səbəb olur. Bu müzakirələrdə, mətbuatda açılan polemikalarda bəzən ifrata varmalar, qərəzli yanaşmalar da müşahidə olunur. Bütün bunlara baxmayaraq Azərbaycan vətəndaşı və Dövləti Yol Polisi İdarəsinin işini həmişə yüksək qiymətləndirmişdir.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yüksək nailiyyətlər əldə edən Baş Dövlət Yol Polisi İdarəsi eyni zamanda hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarəti yüksək səviyyədə həyata keçirir. Bu sahədə son illər aparılmış hüquqi və praktiki islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, artıq əvvəlki illərdə müşahidə olunan bəzi neqativ halların aradan qaldırılması, fəaliyyətin müasir standartlar səviyyəsində qurulması danılmaz reallığa çevrilib. Bütün bu işlərin həyata keçirilməsində, böyük uğurların qazanılmasında isə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun gərgin və yorulmaz əməyi isə xüsusi olaraq qeyd olunmalıdır.
Xüsusi qeyd olunmalıdır ki, Ramiz Zeynalov cəmiyyətdə yol polisi sisteminə bir sıra yeniliklər gətirən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının nümunəvi xidmət göstərməsində böyük zəhməti olan və ictimaiyyətə, mətbuata açıqlığı ilə seçilən şəxs kimi tanınır. Təsadüfi deyil ki, Baş Dövlət Yol Polisi İdarəsi yalnız yol hərəkətinin təhlükəsizliyinin təmin olunması işində deyil, eyni zamanda ictimaiyyətdən gələn faydalı təşəbbüslərin dəstəklənməsində də xüsusilə fərqlənir.
Daxili İşlər naziri, Vilayət Eyvazovun rəhbərliyi, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalovun səmərəli fəaliyyətinin nəticəsidir ki, bu gün Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmini və yol hərəkəti qaydalarının təbliği işində media və ictimaiyyət təmsilçiləri ilə yaxından əməkdaşlıq edir. Aparılan maarifləndirmə, təbliğat, maddi-texniki bazanın gücləndirilməsi, İKT-nin tətbiqi və düzgün təşkil edilmiş xidmət nəticəsində ötən il respublikada avtomobil sayının yüz mindən çox artmasına baxmayaraq yol qəzaları və bu qəzalarda ölən və yaralananların sayı azalmışdır. Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan daxil olan müraciətlərin diqqətlə və obyektiv araşdırılıb, müsbət nəticələr əldə olunduğu nümunəvi dövlət qurumlarındandır.

İllərdir ki, BDYPİ-nun rəisi general-mayor Ramiz Zeynalovun gözləri yollarımızın üstündədir. Yollarımızın “ürəyi”nin rahatlıqla, normal ahənglə vurması Ramiz müəllimin gözlərini güldürüb, qəlbinə bir könül xoşluğu gətirib. Yollarımızın “ömür yolu” gözəlləşdikcə, Ramiz müəllimin də yolu yaşıl işıqlı olub.

Xalqımızın çox dəyərli övladı, ağsaqqallıq missiyasını hələ cavankən qazanmış Ramiz müəllimə eli-obası həmişə öz xeyir- duasını ürəklə, səmimiyyətlə verib, yolunuz uğurlu olsun deyiblər. El duasını qazanmaqdan gözəl nə ola bilər ki?!
Hər hansı bir məmurun, bir geniş səlahiyyətli vəzifədə uzun illər çalışması bəzən qısqanclıq yaradır, bəziləri buna mənfi don geyindirib yerində saymaq kimi yanaşırlar və guya belə hallar inkişafa mane olur, ətalət yaradır.

Fikir müxtəlifliyinə təbii baxanlardanam. Ancaq, amma və lakin bu belədirmi, belə deyilmi sualına-yanaşmanı cavabsız qoyuram… Həyatını-ömrünü yollara səxavətlə pay verən, sadə, səmimi bir insanın, çiyninin üstündəki vəzifə paqonu vətəndaş sevgili ürəyinə ağırlıq salmayan bir generaldan ürəklə söhbət açmağımız həmin düşüncə sahiblərinə ən demokratik və ədalətli cavab deyilmi?!

Xalqın həyat səviyyəsinin, yaşayışının ən real görüntüsü yoldur. Hər hansı bir ölkənin iqtisadiyyatının nə vəziyyətdə olmasının ilkin göstəricisi yollarıdır. Bu yollarda olan hər cür texnikanın idarə edilməsi, sazlığı və təhlükəsizliyin təminatçısı, yola xidmət edən, fəaliyyətini yolların üstündə quran və üzərinə çox böyük məsuliyyət düşən BDYPİ-nin işini günün tələbləri səviyyəsində qurmağından birbaşa asılıdır.

Hər hansı bir nazirliyin işinin əksəriyyəti kabinetdə həll olunur. Haqqında söhbət açdığımız yolla bağlı olan işlərin sənədlərlə bağlı məsələləri BDYPİ-nin idarə otaqlarında həll olunsa da, yerdə qalan ağır olduğu qədər də məsuliyyətli bu işin taleyi “təkərlərin üstündədir”, yollardadır.

Yol haqqında ulu öndərimiz H. Əliyev cənabları çox lakonik və tutumlu bir kəlam işlədib: “ Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatdır”. Yolun həyat vasitəsi olduğu və həm də iqtisadiyyatı, mədəniyyəti yaşatdığını bu deyilən cümlədən daha tutarlı demək mümkün deyil.

R. Zeynalovun bu ağır zəhmət tələb edən, operativlik üzərində qurulmuş idarədə uzun illik zəhməti artıq öz bəhrəsini verib. Ölkə iqtisadiyyatının son onillikdə sürətlə güclənməsi nəticəsində yolların dünya standartları səviyyəsində çəkilişi yola məsul idarənin işinin qismən yüngülləşməsinə səbəb olub. İkitərəfli yol sisteminin qurulması yol polisinin işini ən yüksək səvyyədə qurmasına və operativliyin təminatına böyük önəm verib.

Yüksək mənəvi dəyərləri öz şəxsiyyətində cəmləyən, xeyirxah təbiətli Ramiz Zeynalov əsl vəzifə adamıdır. Bəzən elə olur ki, anlaşılmazlıq üzündən idarəyə müraciət edən bir vətəndaşın işi ləngiyir. Həmin vətəndaş işinin həlli üçün Ramiz müəllimə üz tutmalı olur. Belə hallarda işin müsbət həlli xoş ovqat yaradır. Ötüşən illər ərzində Ramiz müəllimin xarakterini, vətəndaşa yanaşma metodunu mənimsəyən idarə işçilərinin bir devizi budur ki, bu idarəyə müraciət edən heç bir vətəndaş narazı qalmasın.

İdarəetmənin, təşkilatçılığın öz qanunauyğunluğunun olduğu məlum məsələdir. Ramiz müəllimin rəhbərliyi və nəzarəti altında bu idarənin tabeliyində olduğu DİN-nazirliyinə narazılıq yüklü şikayət məktubu az hallarda daxil ola bilər. Belə halların olması da təbiidir. Heç şübhəsiz ki, iş olan yerdə hər hansı bir noqsanın da olması qaçılmazdır. Ancaq belə halların qarşısını almağın yeganə yolu, idarəyə müraciət edən vətəndaşlara diqqətlə, həssaslıqla və qayğıkeşliklə yanaşmaqdan başlayır. Odur ki, BDYPİ-nin əməkdaşlarının ən ümdə vəzifələrindən biri də insan amilidir.

Rəhbərlik etdiyi idarənin spesifik quruluşunu dərindən bilən, bu təşkilata üz tutanların psixoloji durumundan xəbərdar olan, yaşantılarını keçirən, böyük ürəkli insan olan Ramiz Zeynalov hüquq, polis qayda-qanunlarından kənada bir yazılmamış dədə-baba qanunlarına da yeri düşəndə əməl edir. İnsanın işi düzələndə bir könül rahatlığı qazanır. Ramiz müəllim insan sevindirməkdən zövq alan, etdiyi xeyirxahlıqdan mənən zənginləşən, özünə-vicdanına hesabat verən, qədirbilən bir “insanşunas” olmağıyla tanınan, öz intellekti ilə fərqlənən ziyalılarımızdandır desək, bu ifadəmiz daha çox yerinə düşər…

Yazımızın qəhramanı Ramiz Zeynalovun diqqət, həssaslıq tələb edən, ağır zəhmətli bir idarədə uzun illər çalışması, idarəetmənin mənəvi tərəfinin bütün incəliyinə qədər bilməsi, könül verdiyi, saç ağartdığı bir sahənin əsl mütəxəssisi və ustad bir hüquq-sistem işçisi, istedadlı bir rəhbər olduğu günümüzün faktı olub, göz qabağındakı bir həqiqətin görüntüsüdür.

Biz d "İqtisad.Org" müstəqil xəbər portalı olaraq baş redaktorumuz və kollektivimiz adından Ramiz müəllimə hər zaman can sağlığı arzu edir, uğurlar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışırNikol Paşinyan protokol şöbəsinin rəisini vəzifəsindən azad edibMaştağada məhkuma məxsus torpaq sahəsindən silahlar götürülübAzərbaycanda elektron qolbaq daşıyan şəxslərin sayı açıqlanıbYağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcəkBakıda usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq edibFHN Mətbuat xidmətinin məlumatıFHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq təlimdə uğurla iştirak edibUcar rayon Melorasiya İdarəsi etibarlı əllərdədir - Həsən QasımovDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - AAYDA Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun QasımovSentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaqTəhsil Nazirliyi: "30 məktəbə yeni direktor təyin edilib"Ceyhun Bayramov: "Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır"Mikayıl Cabbarov: "Qeyri-neft ixracından əldə olunan hər 4 dollardan 1-i sənaye zonalarının payına düşür"Bu gündən məktəblər açılırƏrdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”Azərbaycanda vurulan vaksinlərin sayı 8 milyonu keçdiVüqar Səfərli: "Həmin vəsaiti devalvasiya zamanı əldə etdim"Azərbaycan qırıcıları İstanbul səmasında nümunəvi uçuşlar həyata keçiribƏrdoğanın Rusiyaya səfər tarixi açıqlanıbAXC-nin elan edildiyi bina bərpa olunurTürkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıb