Dövlətinə və xalqına sadiq AZFEN B.M.-in Baş Direktoru Həmid Həsənov

Dövlətinə və xalqına sadiq  AZFEN B.M.-in Baş Direktoru Həmid Həsənov
  • 31-05-2021, 19:49
  • 44 dəfə oxunub
Reklam

"Azfen" B.M. 1996-cı ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) yaranıb və Azərbaycanda beynəlxalq səviyyəli, dövlət əhəmiyyətli layihələri icra edən, o cümlədən neft və qaz layihələrində platformaların, boru kəmərlərinin, terminalların və s. tikintisini həyata keçirən bir müəssisədir.


25 il öncə Azərbaycanda neft-qaz sənayesinin aparıcı layihələrini gerçəkləşdirərək bu sahənin inkişafına töhfə vermək məqsədilə bir müəssisə yaradıldı.

Mərkəzi ofisində 15-20, ümumi isə cəmi 300 nəfərlik işçi qrupu ilə fəaliyyətə başlayan müəssisə bu illər ərzində böyük təcrübə qazandı. Müxtəlif layihələr üzrə çalışan təqribən 10 min nəfərin işlədiyi böyük bir müəssisəyə çevrildi. "Azfen" BM işə sədaqət, qayda-qanuna ciddi riayət, güvənlik, mükəmməllik, tərəqqi, ən önəmlisi isə insan təhlükəsizliyinə və rifahına verilən dəyər prinsipləri üzərində fəaliyyətə başladı. "Azfen" BM-nin uğuru təkcə öhdəsinə götürdüyü layihələri zamanında və yüksək səviyyədə yerinə yetirməsi ilə tamamlanmadı.

"Azfen" BM eyni zamanda əldə etdiyi təhlükəsiz iş saatlarının sayının uğuru ilə də dünya şirkətləri arasında nümunə göstərilən aparıçı müəssisələrdən oldu. Bu günə kimi müxtəlif layihələrdə otuz milyon, iyirmi beş milyon və on beş milyon təhlükəsiz iş saatlarının sayı ilə uğurlara imza atan ən güvənli bir müəssisə kimi tanındı. 24 ildə qazandığı təcrübəsinə söykənib yeni güvənli uğurlar imzalayaraq fəaliyyətini bu gün də davam etdirir.

AZFEN B.M.-nin istehsalat sahəsi ildə 7,000 ton mürəkkəb polad konstruksiyalar istehsal etmək gücünə malikdir. Regionda ən böyük istehsalat sahələrindən birinə, səkkiz basketbol meydançasına bərabər əraziyə malik anbarı, daimi yeməkxana və yaşayış binaları, yükvurma meydançası, istirahət və əyləncə yerləri, tibb məntəqəsi və tam təchiz olunmuş təlim və daimi ofis binaları ilə AZFEN geniş çeşidli istehsalat xidmətlərini yerinə yetirmək imkanına malikdir.

Tikinti sahəsindəki səriştəsi müqavilə tərəfdaşı və məsləhətçisi olan TEKFENin sayəsində əldə edilir. Onun köməyi ilə, layihələrin uğurla həyata keçirilməsinə nail olmuşlar.

Texnoloji, təhlükəsizlik, elektrik və nəzarət-ölcü avadanlıqlarının, eləcə də, boru və konstruksiyaların quruda və dənizdə quraşdırılması sahəsində təcrübə qazanmışlar. Şirkət hər layihə üçün müstəqil Keyfiyyətə Nəzarət İşçi Qrupu təyin edir. Bu isə, quru və dəniz neft sənayesində müəyyənləşdirilmiş ən yüksək təhlükəsizlik texnikası və keyfiyyət standartlarının təmin edilməsi ilə nəticələnir.

Mərkəzi ofisində 15-20, ümumi isə cəmi 300 nəfərlik işçi qrupu ilə fəaliyyətə başlayan müəssisə bu illər ərzində böyük təcrübə qazandı. Müxtəlif layihələr üzrə çalışan təqribən 10 min nəfərin işlədiyi böyük bir müəssisəyə çevrildi. "Azfen" BM işə sədaqət, qayda-qanuna ciddi riayət, güvənlik, mükəmməllik, tərəqqi, ən önəmlisi isə insan təhlükəsizliyinə və rifahına verilən dəyər prinsipləri üzərində fəaliyyətə başladı. "Azfen" BM-nin uğuru təkcə öhdəsinə götürdüyü layihələri zamanında və yüksək səviyyədə yerinə yetirməsi ilə tamamlanmadı.

Cəmiyyətdə dəyişiklik etmək, uzun illər formalaşmış stereotiplərə qarşı mübarizə aparmaq üçün təbliğ edəcəyin ideyanın dönüş yaradacağına inanmalı, bu yolda inadkarlıq nümayiş etdirməlisən. Güc isə hər zaman birlikdədir. Elə AZFEN B.M.-in Baş Direktoru Həmid Həsənov da bu yolu seçib, arxasında dayanan Gücə-Xalqa arxalanaraq, təbliğ etdiyi fikrin faydalı olacağına şübhə etmir. Bir sözlə,AZFEN B.M. şirkəti ona görə yeniliklərə qucaq açır, ona görə yaxşını tətbiq edir ki, qazananın xalq olacağına inanır.

AZFEN B.M.-in Baş Direktoru Həmid Həsənov bu gün respublikamızın tikinti quruculuq, texnoloji, təhlükəsizlik sahəsində gördüyü işlərlər qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, rəhbərlik etdiyi kollektivdə də bir rəhbər kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində rəhbərlik etdiyi Azfen" BM şirkətində peşəkar, öz işinin öhdəsindən layiqincə gələn mühəndis-texniki kadr potensialı toplanmışdır.Çoxillik iş təcrübəsi, aşağıdan yuxarıyacan bütün vəzifə pillələrini ardıcıllıqla keçməsi, işə vicdanlı münasibəti, hər bir işçinin hüquqlarının qorunması və sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqətin nümunəvi təşkil olunması və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır.

Biz də "İqtisad.Org" olaraq xəbər portalı olaraq AZFEN B.M.-in Baş Direktoru Həmid Həsənova uğurlar arzu edir, hər zaman bütün işlərində nəaliyyətlər arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
DİN azarkeşlərə müraciət edibAzərbaycanda daha bir instituta doktorant hazırlamaq səlahiyyəti verilibTəhsil Nazirliyi 1 448 müəllimlə bağlı qərar verdiKəlbəcərə keçməyə cəhd göstərən şəxslər saxlanılıbNaxçıvanda 24 mln manatlıq informasiya və rabitə xidməti göstərilibQubada 85 yaşlı qadın yanaraq ölübABŞ Ukraynaya əlavə 150 milyon dollarlıq hərbi yardım ayırdıPutin Baydenin ona qatil deməsindən narahat deyilKürdəmir rayon 43 saylı yol istismar idarəsi uğurlu inkişaf yolundaSumqayıt Baş Gömrük idarəsinin rəisi,general Vəzir Həsənov hər kəs tərəfindən sevilir, sayılıb-seçilir.Səmimi insan və öz işinin öhdəsindən layiqincə gələn - polkovnik Arif HəsənovRəfael Mehrəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!MM-in İnsan hüquqları komitəsi Kəlbəcərdəki hadisə ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət edəcəkKəlbəcərdə həlak olanların nəşi yaxınlarına təhvil verilərək yola salınıb - YENİLƏNİBMehriban Əliyeva Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı veribMəhərrəmin böyük planları, arzuları vardı...Bakı metrosu qarşıdakı 2 gündə işləməyəcəkAzərbaycanda enerji içkisi adı ilə satılan içkilərin bir qismi adi sərinləşdirici sulardırCeyhun Bayramov mina xəritələrini verməsi üçün Ermənistana çağırış edibAzərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıbŞəhid jurnalistlər Bakıda anılırAzərbaycan MN ilə Türkiyənin Baş Qərargahı arasında protokol imzalanıb