Niyazi Bayramov Gəncə əhalisinin etimadını qazanıb

Niyazi Bayramov Gəncə əhalisinin etimadını qazanıb
  • 4-06-2021, 23:14
  • 87 dəfə oxunub
Reklam

Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində Azərbaycan xalqının milli maraqları və rifah halının yaxşılaşdırılması dayanır. Bunun bariz nümunəsi kimi son günlər vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə qəbul olunmuş qərar və sərəncamları misal göstərmək olar.

“Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin”, deyə öz çıxışında bildirən prezident İlham Əliyev icra başçılarının işini hər zaman öz diqqətində saxlayır.

Bu gün ölkə başçısının vətəndaş amilinin önə çəkilməsi siyasəti Gəncə şəhərində uğurla icra olunur.

Gəncə şəhəri Azərbaycan Respublikasının dövlətçilik tarixində hər zaman xüsusi yeri və çəkisi olan şəhərlərdən biri olub.

Buna müxtəlif amillər səbəb olub ki, bu amillər içərisində ən əsası, adı çəkilən şəhərin dövlətçiliyimizin qorunub saxlanılması yöndə oynadığı rol, buraxdığı silinməz izlərin varlığıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Elə həmin vaxtdan da şəhərdə yeni bir mərhələnin, daha dəqiq desək əsaslı inkişafın başlanğıcı qoyulub.

Onu da bildirək ki, Niyazi Bayramov ötən illər ərzində vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən və ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən vəzifə sahiblərindən biri olub. Ötən 3 il ərzində Gəncə şəhəri hər bir problemini diqqətdə saxlayan, xüsusilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə əməli addımlarını atan Niyazi Bayramov, bu gün də ona göstərilən etimad və etibarı lazımi səviyyədə doğrultmağa çalışır.

Bu işlərin bir parçası kimi Şəhər cra Hakimiyyətinin başçısı Niyazi Bayramov həm şəhərin müxtəlif rayon kənd və qəsəbələrində gördüyü işlər vətəndaşların onlayn fərdi qəbulu və onların problemlərinin dinlənib həll edilməsi durur.

Gəncə sakinlərinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gördüyü bütün işlərdən öz razılığını bildirir.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verir.

Bu gün ölkəmizdə pandemiya ilə bağlı müxtəlif istiqamətlərdə mübarizə aparılmaqdadır. Bu mübarizə bütün dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan, o cümlədən bütün insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Niyazi Bayramovun təşəbbüsü ilə karantin olmasına baxmayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncə şəhərində bir çox işlər öz axarı ilə davam edir.Gəncə şəhər İcra Hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarının məsul əməkdaşları ilə birlikdə şəhər ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar növbəti reyd keçirmişdir. Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq RİH başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışlar.
Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.
ür.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərin sosial problemlərinin və qayğılarının həllinə nail olan, rahat və ədalətli mühitdə yaşamasına şərait yaradaraq gördüyü işlərlə sakinlər tərəfindən yüksək qiymətləndirilir.

Biz də Niyazi Bayramovun gərgin əməyi nəticəsində nail olduğu bu peşəkar uğurları alqışlayır, ona bu məsuliyyətli və şərəfli işində müvəffəqiyyətlər arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gündən məktəblər açılırƏrdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”Azərbaycanda vurulan vaksinlərin sayı 8 milyonu keçdiVüqar Səfərli: "Həmin vəsaiti devalvasiya zamanı əldə etdim"Azərbaycan qırıcıları İstanbul səmasında nümunəvi uçuşlar həyata keçiribƏrdoğanın Rusiyaya səfər tarixi açıqlanıbAXC-nin elan edildiyi bina bərpa olunurTürkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıbDSX və DTX Xəzər dənizində əməliyyat keçirib, saxlanılanlar varDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov !Neftçala Suvarma Sistemləri İdarəsi Elçin Əsədovun rəhbərliyi ilə öz işinin öhdəsindən layiqincə gəlirTanınmış jurnalist koronavirusa yoluxub, süni tənəffüs aparatına qoşulubMingəçevir Xəstəxanası xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildiribAzad olunan ərazilərdə daha 63 mina aşkarlanıbƏrdoğan Rusiyaya səfər edəcəkTəcrübəli və səriştəli şəxs - Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovGömrük Komitəsinin elektron xidmətlərinin istifadəçisi 6,8 milyonu ötübBakıda ilk dəfə qabarıq sahəyə malik piyada zolağı yaradılıbAzərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıbUkraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilibGözünüz aydın, Üzeyir bəy, doğum gününüz Şuşada qeyd olunurABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırıb