Xaçmaz sakinlərinin rəğbət bəslədiyi bir şəxs -Xaçmaz RİHB-nin müavini Bəxtiyar Osmanov

Xaçmaz sakinlərinin rəğbət bəslədiyi bir şəxs -Xaçmaz RİHB-nin müavini Bəxtiyar Osmanov
  • 4-06-2021, 23:14
  • 197 dəfə oxunub
Reklam


Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.

Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Xaçmaz RİHB-nin müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin müdiri Bəxtiyar Osmanov , bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.

Xaçmaz RİHB-nin müavini Bəxtiyar Osmanov öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Bəxtiyar müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir .Bəxtiyar Osmanovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

açmaz RİHB-nin müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin müdiri vəzifəsini daşıyan və daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Bəxtiyar Osmanov , bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Bəxtiyar Osmanov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Bəxtiyar Osmanov , yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Bəxtiyar Osmanov hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Bəxtiyar Osmanov ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Bəxtiyar Osmanovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.

"İqtisad.Org" xəbər portalı olaraq Bəxtiyar müəllimə bütün işlərində uğurlar arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gündən məktəblər açılırƏrdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”Azərbaycanda vurulan vaksinlərin sayı 8 milyonu keçdiVüqar Səfərli: "Həmin vəsaiti devalvasiya zamanı əldə etdim"Azərbaycan qırıcıları İstanbul səmasında nümunəvi uçuşlar həyata keçiribƏrdoğanın Rusiyaya səfər tarixi açıqlanıbAXC-nin elan edildiyi bina bərpa olunurTürkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıbDSX və DTX Xəzər dənizində əməliyyat keçirib, saxlanılanlar varDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov !Neftçala Suvarma Sistemləri İdarəsi Elçin Əsədovun rəhbərliyi ilə öz işinin öhdəsindən layiqincə gəlirTanınmış jurnalist koronavirusa yoluxub, süni tənəffüs aparatına qoşulubMingəçevir Xəstəxanası xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildiribAzad olunan ərazilərdə daha 63 mina aşkarlanıbƏrdoğan Rusiyaya səfər edəcəkTəcrübəli və səriştəli şəxs - Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovGömrük Komitəsinin elektron xidmətlərinin istifadəçisi 6,8 milyonu ötübBakıda ilk dəfə qabarıq sahəyə malik piyada zolağı yaradılıbAzərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıbUkraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilibGözünüz aydın, Üzeyir bəy, doğum gününüz Şuşada qeyd olunurABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırıb