Gördüyü işlərlə hər zaman özünü doğruldan - Xaçmaz rayon Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov

Gördüyü işlərlə hər zaman özünü doğruldan -  Xaçmaz rayon Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov
  • 4-06-2021, 23:14
  • 368 dəfə oxunub
Reklam



Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq qısa zaman kəsiyində Azərbaycan Respublikası dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, ölkənin davamlı və dayanıqlı inkişafı istiqamətində mühüm addımlar atıb. Məhz ulu öndərin dərin zəkası və müdrikliyinin nəticəsi olaraq müstəqilliyinin ilk illərində bütün sahələrdə tənəzzül dövrünü yaşayan Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub və regionun lider dövlətinə çevrilib.

Bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili, beynəlxalq standartlara cavab verən müasir gömrük siyasətinin həyata keçirilməsi də ulu öndərin yüksək idarəçilik qabiliyyəti sayəsində mümkün olub. Məhz onun yüksək diqqət və qayğısı nəticəsində gömrük orqanlarında həyata keçirilən əsaslı islahatlar, peşəkar kadrların hazırlanması, müasir tələblərə cavab verən maddi-texniki bazanın təşkili ölkəmizin gömrük xidmətinin beynəlxalq arenada nüfuzlu yer tutmasına şərait yaradıb.


Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan gömrüyü daha da təkmilləşib və ölkənin iqtisadi təhlükəsizliyinin qorunması, münbit biznes mühitinin yaradılması sahəsində önəmli dövlət təsisatlarından birinə çevrilib. Prezident İlham Əliyevin son illərdə gömrük işinin təşkili sahəsində reallaşdırdığı mütərəqqi islahatlar ölkəmizin ixrac potensialının, daxili istehsalın sürətlə artmasına şərait yaradıb. Əldə olunan nailiyyətlər dövlət başçısının gömrük orqanlarına yüksək diqqət və qayğısının nəticəsidir.

Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Xaçmaz rayon Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.

Xaçmaz rayon Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Pərviz müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir.Pərviz Rəhimovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Biz də "İqtisad.Org" xəbər portalı olaraq Xaçmaz rayon Gömrük İdarəsinin rəisi Pərviz Rəhimova uğurlar arzu edir, işlərində hər zaman daim belə nəaliyyətlər diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gündən məktəblər açılırƏrdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”Azərbaycanda vurulan vaksinlərin sayı 8 milyonu keçdiVüqar Səfərli: "Həmin vəsaiti devalvasiya zamanı əldə etdim"Azərbaycan qırıcıları İstanbul səmasında nümunəvi uçuşlar həyata keçiribƏrdoğanın Rusiyaya səfər tarixi açıqlanıbAXC-nin elan edildiyi bina bərpa olunurTürkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıbDSX və DTX Xəzər dənizində əməliyyat keçirib, saxlanılanlar varDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov !Neftçala Suvarma Sistemləri İdarəsi Elçin Əsədovun rəhbərliyi ilə öz işinin öhdəsindən layiqincə gəlirTanınmış jurnalist koronavirusa yoluxub, süni tənəffüs aparatına qoşulubMingəçevir Xəstəxanası xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildiribAzad olunan ərazilərdə daha 63 mina aşkarlanıbƏrdoğan Rusiyaya səfər edəcəkTəcrübəli və səriştəli şəxs - Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovGömrük Komitəsinin elektron xidmətlərinin istifadəçisi 6,8 milyonu ötübBakıda ilk dəfə qabarıq sahəyə malik piyada zolağı yaradılıbAzərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıbUkraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilibGözünüz aydın, Üzeyir bəy, doğum gününüz Şuşada qeyd olunurABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırıb