“Zevs” ləqəbli şəxs 30 sutka həbs edildi

“Zevs” ləqəbli şəxs 30 sutka həbs edildi
  • 16-06-2021, 03:13
  • 81 dəfə oxunub
Reklam

Bakıda izləyicisini döyərək lentə alan Ruslan Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılıb.
O deyib ki, Binəqədi Rayon Polis İdarəsində R.Quliyev barəsində toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Şöbə rəisinin sözlərinə görə, məhkəmədə onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib: "Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs edilib".
Qeyd edək ki, yutuber Ruslan Quliyev yarım milyondan çox izləyicisi olan kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşən zaman onu döyməsi əks olunur. R.Quliyev daha sonra videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazlarla qarşılanıb.
Xatırladaq ki, ötən ilin yayında Ruslan və qardaşı Coşqun Quliyev onlara dövlət tərəfindən verilən 190 manatlıq birdəfəlik ödənişə qarpız alıb və hamısını əzərək, bunu lentə almışdı. Onların sonradan həmin pulu aidiyyəti üzrə sərf etmədikləri üçün üzr istəmələri ilə bağlı video da yayılmışdı.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 40 dərəcə isti olacaqElşad Hacıyev: "DİN ailə-məişət zəminində daxil olan bütün müraciətləri nəzarətə götürür"Baş Prokurorluq Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə münasibət bildiribMüdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətiribMN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"Yardımlı meşəsində yanğın başlayıbAğstafada yol tikintisinə 2,2 milyon manat ayrılıbAzərbaycana 20 ölkənin vətəndaşlarının giriş-çıxışına icazə verilib - SİYAHIBakıda saxta COVID-19 pasportu verən tibb işçiləri istintaqa cəlb edilibİntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib - SİYAHIGürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edirBakıda 38 dərəcə isti olacaqAzərbaycanlılara işgəncə verən erməni cinayətkarlar 20 il müddətinə azadlıqdan məhrum ediliblərSizin icra başçınız - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov.MN: “Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir”ABŞ-da 8,1 bal zəlzələ olub, sunami təhlükəsi var - YENİLƏNİBYeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayırHava şəraitinin küləkli olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətiBakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək -İraqda türk əsgərləri həlak olubMüharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldıDİN-də yeni TƏYİNAT