Ona etibar edilən bütün postlarda Süleyman Kərimov özünü doğruldub

Ona etibar edilən bütün postlarda Süleyman Kərimov özünü doğruldub
  • 27-06-2021, 00:56
  • 173 dəfə oxunub
Reklam

Quba rayonunun iqtisadiyyatının əsasını bağçılıq, əkinçilik, tərəvəzçilik və heyvandarlıq təşkil edir. Ötən il rayonun əməkçiləri 100 min ton meyvə, 49 min ton taxıl, 14 min ton tərəvəz, 10850 ton kartof və sair məhsullar istehsal etmişlər. Rayonda yüksək iqtisadi inkişafa nail olunması və həm də bu sahələrin paralel inkişafını təmin etmək üçün meliorativ tədbirlərin düzgün və vaxtında həyata keçirilməsi çox vacibdir.

Sevindirici haldır ki, ölkə Prezidenti cənab İlham Əliyev ölkəmizdə suvarma-meliorasiya sistemlərinin işinin yaxşılaşdırması, bu mühüm sahənin daha da inkişaf etdirməsinə daimi diqqət və qayğı göstərir. Həmçinin rayon üzrə bu sahədə Quba Suvarma Sistemləri İdarəsinin kollektivinin üzərinə xüsusilə böyük vəzifələr düşür.

Ölkəmizdə uğurla həyata keçirilən regional inkişaf proqramlarının əsas yönlərindən biri bölgələrdə məhsul bolluğu yaratmaq, əhalini ərzaqla, emal sahələrini xammalla təmin etməkdir. Başa çatdırılmış aqrar islahatlar kəndlini torpağın həqiqi sahibinə çevirsə də, onun müstəqilliyi və təşəbbüskarlığı bəzən səciyyəvi çətinliklərlə üz-üzə qalır. Belə məqamlarda dövlət kəndlini müxtəlif yollarla dəstəkləyir, əkinə yararlı torpaqların becərilməsi, məhsuldarlığın yüksəldilməsi, üçün zəruri tədbirlər həyata keçirir. Hər il meliorasiya işləri üçün büdcədən kifayət qədər vəsait ayrılır, suvarma şəbəkəsinin normal fəaliyyəti təmin olunur.
Quba Suvarma Sistemləri İdarəsində də suvarma kanallarının, kollektor-drenaj şəbəkəsinin lildən, kol-kosdan təmizlənməsi və hidrotexniki qurğularının təmiri işləri davam etdirilir.

Payızlıq əkin sahələrinin vaxtında suvarılması və kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün suvarma kanallarının, kollektor-drenajların lildən və kol-kosdan təmizlənməsi və hidrotexniki qurğuların təmir olunması işlərinə başlanılıb.

Quba rayon Suvarma Sistemləri İdarəsinin rəisi Süleyman Kərimov bu işin müqəddəsliyini qoruyub saxlayır. Süleyman Kərimov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Süleyman Kərimovun sədrliyi ilə Quba Suvarma Sistemləri İdarəsində yüksək və rəqabətə davamlı səviyyədə qalmasını təmin etmək üçün yeni texnologiyaların mənimsənilməsi, tətbiq olunması işlərin ciddi surətdə peşəkar və dövlət normalarına uyğun şəkildə həyata keçirilməsinə və bir başa layihələrin mükəmməl olmasına amil yaradır.



Su həyatdır, güclü iqtisadiyyatdır, təknəmizin bol çörəyidir. Sudan qənaətlə istifadə edilməlidir. Hər kəs bilməlidir ki, dövlət suyu onlara çox ucuz qiymətə satır. Bu, o demək deyil ki, istifadə zamanı israfçılığa yol verilsin.

Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı təmir olunub. Bu işlər hazırda da davam etdirilir. Süleyman müəllimin rəhbərlik etdiyi Quba rayon Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. SSİ daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin qaz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

Quba Rayon Suvarma Sistemləri İdarəsinə rəisi Süleyman Kərimov gəldikdən sonra demək olar ki, idarədə işlər daha da yaxşılaşdı. Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş Quba Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Süleyman Kərimov və onun rəhbərlik etdiyi idarə əhalinin su məsələlərini daim diqqət mərkəzində saxlayırlar.

Tam əminliklə deyə bilirk ki , Quba Rayon Suvarma Sistemləri İdarəsi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, suvarma suyuna olan tələbatı ödəmək üçün bütün imkanlardan istifadə edəcək, ərzaq təhlükəsizliyinin təmin olunmasında əlindən gələni əsirgəmir.

Biz də "İqtisad.Org" xəbər portalı olaraq Quba Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Süleyman Kərimova və kollektivinə böyük nəaliyyətlər arzu edir, gələcək işlərində uğurlar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 40 dərəcə isti olacaqElşad Hacıyev: "DİN ailə-məişət zəminində daxil olan bütün müraciətləri nəzarətə götürür"Baş Prokurorluq Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə münasibət bildiribMüdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətiribMN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"Yardımlı meşəsində yanğın başlayıbAğstafada yol tikintisinə 2,2 milyon manat ayrılıbAzərbaycana 20 ölkənin vətəndaşlarının giriş-çıxışına icazə verilib - SİYAHIBakıda saxta COVID-19 pasportu verən tibb işçiləri istintaqa cəlb edilibİntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib - SİYAHIGürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edirBakıda 38 dərəcə isti olacaqAzərbaycanlılara işgəncə verən erməni cinayətkarlar 20 il müddətinə azadlıqdan məhrum ediliblərSizin icra başçınız - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov.MN: “Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir”ABŞ-da 8,1 bal zəlzələ olub, sunami təhlükəsi var - YENİLƏNİBYeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayırHava şəraitinin küləkli olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətiBakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək -İraqda türk əsgərləri həlak olubMüharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldıDİN-də yeni TƏYİNAT