Tələbələrin böyük ümidlərinini, xəyallarını hər zaman yüksək tutan direktor - Xudayar Sultanlı

Tələbələrin böyük ümidlərinini, xəyallarını hər zaman yüksək tutan direktor - Xudayar Sultanlı
  • 6-07-2021, 03:25
  • 93 dəfə oxunub
Reklam

Bu gün KİV səhifələrində respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqları barədə asanlıqla istənilən məlumatlar almaq mümkündür. Bu yazılar adətən müxtəlif mövzuları əhatə edir. Bir hissəsi bu təhsil ocaqlarında baş verən neqativ hallara, digərləri mətbuat xidmətlərinin oxuculara “çatdırdığı”, çox vaxt isə artıq gecikmiş məlumatların xronikasına həsr olunur. Yalnız, ali məktəb haqqında ilk mənbədən, sosial şəbəkədən alınan məlumatlar oxucular üçün bu hadisələr, olaylar, insanlar haqqında dolğun və düzgün informasiyaya çevrilir. Bu yazılar adətən insanların səmimi qəlbdən gələn ürək sözləridir. Sosial şəbəkələrdə fəallıq göstərən, özünü rəhbərlik etdiyi kollektivin bir parçası kimi görən, bu kollektivin sözün əsl mənasında döyünən ürəyi hesab edilən universitet rəhbərləri isə, demək olar ki, yoxdur. Azərbaycan Dövlət Pedaqoji Univeristeti Cəlilabad filialını direktoru,dosent, fəlsəfə doktoru Xudayar Sultanlı kimi demək olar ki başqa heç bir universitetə rəhbərlik edənlərin ictimaiyyətlə belə bir sıx əlaqəyə malik deyildir. Bu, həm qürurverici haldır, həm də onu ictimaiyyətə sevdirən, onu insanlara olduğu kimi tanıtdıran bir cəhətdir.

Azərbaycan Dövlət Pedaqoji Univeristeti Cəlilabad filialını direktoru,dosent, fəlsəfə doktoru Xudayar Sultanlı çox savadlı, təcrübəli və öz işini bilən bir ziyalıdır. O, uzun illərdir ki, bu kollektivə rəhbərlik edir. Xudayar müəllim həm də gözəl təşkilatçı və ideyalar müəllifi kimi də tanınır.Xudayar Sultanlı həmişə yeniliyə, müasir texnologiyaya və eləcə də təhsildə islahatlara böyük maraq göstərib.Daha doğrusu, təhsildəki yenilikləri və mütərəqqi metodları bu kollektivə gətirməyi bacarıb. Onu da qeyd etmək istəyirik ki, o yerdəki müəllimlər və pedaqoqlar öz işinə məsuliyyətlə yanaşır, üzərlərində çalışır və axtarışlar aparır. Bax, orda həmişə uğurlar da əldə etmək mümkündür.

Təsadüfi deyil ki,Az müddətdə filialda yüksək ixtisaslı professor-müəllim heyəti formalaşmışdır: - 2 elmlər doktoru, 1 professor - 10 fəlsəfə doktoru, 4 dosent, 2 dosent əvəzi - 5 elmlər doktoru proqramı üzrə dissertant - 12 fəlsəfə doktorluğu üzrə dissertant - 12 magistr - 5 baş müəllim - 3 əməkdar müəllim - 2 “Tərəqqi medalı” ilə təltif olunmuş əməkdaş - 1 “Qabaqşıl təhsil işçisi” medalı ilə təltif edilmiş əməkdaş Professor-müəllim heyətinin orta yaş həddi 46-dır.

Bütün bu göstəricilər onu təsdiq edir ki, həqiqətən də Azərbaycan Dövlət Pedaqoji Univeristetinin Cəlilabad filialı tədris və təlim çox yüksək səviyyədə təşkil edilib. Tələbələr dərs deyən müəllimlər mütəmadi olaraq təhsildəki yenilikləri və müasir texnologiyaları çox bacarıqla dərs zamanı tətbiq edirlər.Çünki indiki tələbə zəngin informasiya texnologiyasının əhatəsindədi. Bu mənada tələbələrdə kitaba, elmə həvəs yaratmaq üçün ən müasir metodlardan istifadə edirik.

Hər bir vətən övladının kamil, xoşbəxt yaşaması naminə xoş əməllərə dönüb ürəklərə yağması özünəməxsus mənəviyyat fəlsəfəsindən irəli gəlir.Xudayar müəllim öz işini ürəklə görməklə bərabər, imkan tapan kimi hamıya yaxşılıq edir, özü də elə ayların, illərin astanasında yaxşılıq gözündə ucalır.Bütün bu bəşəri, ülvi dəyərlərlə zaman-zaman doğma yurda, insanlara sevgi nümunəsi olan səmərəli, şərəfli bir həyat yolu yaşayır.Daxili aləmi gözəldir, cəmiyyətdə gördükləri də buna bənzəyir.Bir də canında, qanında el məhəbbətini gəzdirən nurlu şəxsiyyət şərdən-xətadan uzaq sevdalı dünyası vardır.Kim ki, haqq naminə bu dünyanın təmənnasız hərarətinə tapınır xoşbəxtlik özü gəlir onu tapır.Azərbaycanın işıqlı gələcəyinə, elə üstündə gəzdiyi torpağın taleyinə yönələn ilk uğurlarına ürəkdən sevinir, bütün eşqini, məhəbbətini uşaq yaşlarında müqəddəsliyinə vurulan müəllim peşəsinə verir. Müəllim adını, şərəfini hər şeydən uca tutmaqla xalqının mədəni, mənəvi dünyasına yadda qalan naxışlar vurur.

Xudayar Sultanlı sənətini ürəkdən sevən, ona dəyər verən, daim öyrənən və öyrətməyi bacaran təcrübəli dosent, fəlsəfə doktordur. İnsanlığın zinəti sayılan saf, ülvi dəyərləri parlaq xarakterində cəmləyən bu vətən sevdalı Azərbaycan ziyalısı özünü biləndən elə həyat yolunu xoş arzular üzrə qurmuşdur.Üzərinə düşən vəzifənin məsuliyyətini çox yaxşı bilir.Tələbələrə sonsuz sevgi göstərdiyi üçün onlar da öz direktorlarını böyük məhəbbətlə sevirlər.
Əslən, qəlbən, ruhən müəllim olan yüksək zəkası, istedadı, əxlaqi dəyərləri Xudayar müəllimə ən etibarlı yardımçı durur.Gözünün nurunu, qəlbinin hərarətini sinif otaqlarında şam kimi əridən Xudayar müəllim istər müəllim heyəti istər tələbə istərsə də rayon cammatı tərəfindən sevilir, sayılır.

Xudayar müəllimin elmə, təhsilə bağlılığı ailəsində də özünü göstərir. Yorulmadan doğma vətəninin tərəqqisi naminə çalışan, fəaliyyətində müstəqil Azərbaycanımıza dəyərli töhfə verən, yaşatmaq eşqi ilə cəmiyyətin gözündə ucalan, qəlblərdə isti yuva quran Xudayar Sultanlının həm də gözəl ailəsi vardır.Mənəvi təmələ, xoş niyyət və arzulara tapınmış, əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutmuş ailə rayonda nümunə göstərilir.Gözəl müəllim olmaqla yanaşı, həm də nümunəvi ailə başçısıdır. Qayğıkeş, məsuliyyətli ailə başçısı, sevimli ata olan Xudayar müəllimin ocağında 3 övlad böyüyüb boya-başa çatıb. Böyük oğlu ata yolunu davam etdirərək institutu riyaziyyat-informatika ixtisası üzrə, kiçik oğlu Sərhəd Qoşunları Akademiyasını, qızı isə kitabxanaçılıq üzrə orta ixtisas məktəbini bitirmişdir.Həyata əzəmət, ülviyyət gətirən əməllərlə ucalmaq onların əsas amalıdır.

Öz işini kamil bilən gözəl dosent, fəlsəfə doktoru , yaxşı insan olduğuna görə Xudayar müəllim qədər rayonda onun qədər təhsil sahəsində hörmət, nüfuz qazanan ikinci bir adam yoxdur. Uzun illərdir müəllim peşəsini ləyaqətlə daşıyır.Əsl ziyalıya xas yüksək mənəvi-əxlaqi keyfiyyətləri, dərin zəkası, geniş dünyagörüşü həmişə ona el-oba sevgisini gətirir.Hərkəsin gözündə Xudayar müəllim ürəkdən bağlandığı millətin sabahına sözün əsl mənasında ümid çırağı, sönməz məşəldir.Xoşbəxtliyini Azərbaycan Dövlət Pedaqoji Univeristeti Cəlilabad filialının divarları arasında görməklə dəyərli ziyalı ömrünü yaşayır.

Xoş təbiəti, nəcib, mehriban xisləti dünyada ən müqəddəs peşə sayılan müəllimliyi ona gözəl yaraşdırır. Elə ziyalılıq da bu alicənab insanın daxili aləmində, mənəviyyatındadır.Məhz buna görə də Xudayar müəllimin tərbiyə verməyə təhsil sahəsində rəhbərlik kimi fəaliyyət göstərməyə mənəvi hüququ böyükdür.

"İqtisad.Org" xəbər portalı olaraq , biz də bu şərəfli, ləyaqətli, sarsılmaz, uca və məsuiliyyətli peşəsində Xudayar müəllimə uğurlar və müvəffəqiyyətlər diləyir, uzun ömür can sağlığı arzu edirik.


FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 40 dərəcə isti olacaqElşad Hacıyev: "DİN ailə-məişət zəminində daxil olan bütün müraciətləri nəzarətə götürür"Baş Prokurorluq Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə münasibət bildiribMüdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətiribMN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"Yardımlı meşəsində yanğın başlayıbAğstafada yol tikintisinə 2,2 milyon manat ayrılıbAzərbaycana 20 ölkənin vətəndaşlarının giriş-çıxışına icazə verilib - SİYAHIBakıda saxta COVID-19 pasportu verən tibb işçiləri istintaqa cəlb edilibİntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib - SİYAHIGürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edirBakıda 38 dərəcə isti olacaqAzərbaycanlılara işgəncə verən erməni cinayətkarlar 20 il müddətinə azadlıqdan məhrum ediliblərSizin icra başçınız - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov.MN: “Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir”ABŞ-da 8,1 bal zəlzələ olub, sunami təhlükəsi var - YENİLƏNİBYeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayırHava şəraitinin küləkli olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətiBakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək -İraqda türk əsgərləri həlak olubMüharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldıDİN-də yeni TƏYİNAT