Prezidentin etimadını doğruldan Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov

Prezidentin etimadını doğruldan Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov
  • 13-07-2021, 23:03
  • 104 dəfə oxunub
Reklam

Siyasi fəaliyyətin istənilən məqbul formasının son hədəfi reallığa adekvat mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə həyata keçirilməsidir. Çoxluğun gələcək taleyini, onun mənafeyini özündə ehtiva edən ümummilli siyasətə isə yalnız dövlətinə və xalqına bağlı şəxsiyyətlərin fəaliyyətində təsadüf olunur. Hakimiyyəti xalqa güvənən, onun dəstəyini hiss edən ləyaqətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş isə özünü daha inamlı hiss edir.

Yaxın bir keçmişdə rayon icra başçılarının həbsi bütünlükdə digər məmurların da gördüyü yaxşı işi, yaxşı təcrübəni kölgə altına salmış oldu. Bizdə dəfələrlə bu mövzuya toxunaraq daim bu xarakterdə olan insanları tənqid etməklə onları həmdə birinci şəxsə təqdim edənləri diqqətli olmağa səsləmişik. Və açıq etiraf etmək lazımdır ki, iş o yerə çatıb ki, artıq idarəçilikdə regional idarəetməyə keçidin reallaşacağı gün uzaqda olmaması hiss edilməkdədir.

Sözsüz ki, hər kəsin fəaliyyəti bu gün göz önündədir. Hər bir məmura qiyməti isə zamanında verilir. Onu da qeyd edim ki, bu sistemdə həqiqətən səviyyəli, bacarıqlı, dövlətinə və Vətəninə sədaqətlə xidmət edən məmurlar da az deyil.

Bunlardan biri də Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilovdur.Rüstəm Gülabba oğlu Xəlilov 4 dekabr 2019-cu il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir Daim səmimiliyi ilə, savadı və bacarığı ilə seçilən Rüstəm müəllim digərlərindən fərqləndirən əsas cəhət sözünə bütov olması, vətəndaşlarla təmas qurmağa maraqlı olması, fəaliyyətində açıq, şəffaf olmasıdır.

Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən biridir. Təbii ki, ölkə rəhbərliyinin regionlarla bağlı qarşıya qoyduğu məqsədlərə nail olmaqda yerli icra strukturlarının səmərəli fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tam əminliklə demək olar ki, 2012-ci ildə rayonunun İcra Hakimiyyəti rəhbərliyindəki dəyişiklik bölgənin bütün sahələr üzrə inkişafında yeni mərhələ açmış oldu.

Hacıqabul rayonunun icra başçısı Rüstəm Xəlilov bu vəzifəyə təyinat aldıqdan sonra özündən əvvəlki dövrdə yığılıb qalmış çoxsaylı problemlərin həlli istiqamətində ciddi, əməli tədbirlərin həyata keçirilməsinə start verdi. Xüsusilə Rüstəm müəllim gəldikdən sonra rayon sakinlərinin yaddaşında iqtisadiyyatda, mədəniyyətdə, abadlıq-quruculuq işlərində ciddi irəliləyişlərlə yadda qalmışdır.

Rüstəm Xəlilovun həyat yoluna nəzər salaq : Rüstəm Xəlilov 1958-ci ildə anadan olub.

2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir.

Rüstəm Gülabba oğlu Xəlilov Prezident İlham Əliyevin sərəncamı ilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2018-ci ildə Prezident İlham Əliyev Rüstəm Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Yadımdadır, vaxt var idi ki, rayon icra hakimiyyətinin binası əksər hallarda şikayətçilərlə əhatə olunurdu. Günün hansı vaxtında getsən giley-güzar edən, hay-küy salan, yardım istəyən adamlara rast gəlirdik. İndi tamam başqa mənzərədir.Hacıqabulda hərə öz işi ilə məşğuldur. İcra hakimiyyəti aparatında da hər kəs vəzifəsini bilir, ona uyğun hərəkət edir.

Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil adamlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, Hacıqabul rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilov bu rayonda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb.

Rüstəm Xəlilov bu qədər işin öhdəsindən peşəkar səviyyədə gəlir. Gördüyü işlərin çətinliyini, məsuliyyətini dərk edən Rüstəm Xəlilova və kollektivinə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq uğurlar arzu edirik

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 40 dərəcə isti olacaqElşad Hacıyev: "DİN ailə-məişət zəminində daxil olan bütün müraciətləri nəzarətə götürür"Baş Prokurorluq Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə münasibət bildiribMüdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətiribMN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"Yardımlı meşəsində yanğın başlayıbAğstafada yol tikintisinə 2,2 milyon manat ayrılıbAzərbaycana 20 ölkənin vətəndaşlarının giriş-çıxışına icazə verilib - SİYAHIBakıda saxta COVID-19 pasportu verən tibb işçiləri istintaqa cəlb edilibİntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib - SİYAHIGürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edirBakıda 38 dərəcə isti olacaqAzərbaycanlılara işgəncə verən erməni cinayətkarlar 20 il müddətinə azadlıqdan məhrum ediliblərSizin icra başçınız - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov.MN: “Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir”ABŞ-da 8,1 bal zəlzələ olub, sunami təhlükəsi var - YENİLƏNİBYeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayırHava şəraitinin küləkli olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətiBakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək -İraqda türk əsgərləri həlak olubMüharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldıDİN-də yeni TƏYİNAT