Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Xalqımız bu ilki Qurban bayramını hədsiz fərəh və qalibiyyət hissi ilə qeyd edir:

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı  Rafiq Quliyev Xalqımız bu ilki Qurban bayramını hədsiz fərəh və qalibiyyət hissi ilə qeyd edir:
  • 19-07-2021, 00:18
  • 57 dəfə oxunub
Reklam

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev : İslam sülh və barış dinidir. Xeyirxahlığın, Tanrı mərhəmətinin, bərabərliyin, paylaşmanın rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edir.Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqımızın təkidli xahişi və tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində də ardıcıl tədbirlər görüldü, müqəddəs adət-ənənələrimizə diqqət və qayğı artdı. Həmin dövrdən etibarən digər milli və dini bayramlarımız kimi Qurban bayramı da respublikamızda dövlət səviyyəsində qeyd olunmağa başladı.
Hazırda Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində respublikamız dünyanın ən sürətli inkişaf edən ölkələrindən birinə çevrilmiş, dövlətimizin beynəlxalq aləmdəki nüfuzu və hörməti olduqca artmış, mövqeləri güclənmiş, xalqımızın maddi-rifah halı xeyli yaxşılaşmışdır. Respublikamızda möhkəm ictimai-siyasi və dini sabitlik, xalq və iqtidar birliyi mövcuddur.
Xalqımız bu ilki Qurban bayramını hədsiz fərəh və qalibiyyət hissi ilə qeyd edir. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz ötən il otuz illik işğala son qoyaraq möhtəşəm Zəfər qazanmış, tarixi ədaləti bərpa olunmuş və ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Bu tarixi Zəfər həm də ordumuzun gücünü, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, dünya azərbaycanlılarının həmrəyliyini sübut etdi.
Möhtərəm Prezidentimiz bütün digər sahələr kimi milli-mənəvi dəyərlərimizə, dini adətlərimizə də yüksək diqqət və qayğı göstərir. Son illər ərzində məhz cənab Prezidentin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqəti və qayğısı sayəsində ölkəmizdə dövlət vəsaiti hesabına bir sıra İslam və qeyri-islam dini ibadətgahlarının binaları əsaslı təmir olunmuş, çoxlu sayda yeni məscid, kilsə və sinaqoq binaları tikilərək dindarların istifadəsinə verilmişdir. Cənab Prezidentimizin 30 ilə yaxın bir dövr ərzində düşmən işğalı altında olan ərazilərimizdə dağıdılan dini ibadətgahlarımızı ziyarət etməsi, doğma Qarabağımızda yeni ibadət ocaqlarının tikintisinin aparılması ölkə rəhbərliyinin dini sahəyə göstərdiyi yüksək qayğının daha bir əyani sübutudur.
Əziz müsəlman bacı və qardaşlar,
Artıq ikinci ildir ki, dünya müsəlmanları Qurban bayramını bəşəriyyəti bürümüş koronavirus pandemiyası ilə əlaqədar xüsusi qaydalar çərçivəsində qeyd edirlər.
Məlum olduğu kimi belə qlobal problem dövründə də möhtərəm Prezidentimiz vətəndaşlarımızın sağlamlığını ön plana çəkmiş və xalqımıza hərtərəfli dəstək göstərmişdir. Hazırda ölkəmizdə 18 yaşından yuxarı şəxslərin vaksinasıyası aparılır. İnanırıq ki, əhalimiz yüksək vətəndaş məsuliyyəti nümayiş etdirəcək, xalqımız gözə görünməz düşmənlə də mübarizədən qalib çıxacaq və həyatımız tamamilə əvvəlki axarına qayıtacaqdır.

Bu ilki Qurban bayramını xalqımız 30 illik həsrətdən sonra ilk dəfə olaraq azad olunmuş torpaqlarda- Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda qeyd edəcək. Xalqımıza Zəfər sevinci yaşadan, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhid oğullarımızın ruhunu müqəddəs bayram günlərində bir daha ehtiramla yad edir, qazilərimizə can sağlığı diləyirəm. Böyük qürur hissi ilə bildirirəm ki, 44 günlük Zəfər savaşında bizim rayonun sakinlərinin, əməkdaşlarımızın da payı var. Bu gün sıralarımızda olan bütün vətənpərvər oğullarımızı Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Sizi qarşıdan gələn Qurban bayramı münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, bayram günlərində Sizin xalqımızın rifahı, ölkəmizin əmin-amanlığı və daha da inkişafı naminə etdiyiniz dua və niyyətlərə, arzu və istəklərə şərik olduğumu bildirir, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarına Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə şəfalar diləyirəm.
Hamınıza möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy, qıldığınız namazlar, kəsdiyiniz qurbanlar, özünüz, ailəniz, xalqımız və dövlətimiz naminə etdiyiniz dualar Ulu Tanrının dərgahında qəbula keçsin.



Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. Kəsdiyiniz qurbanlar qəbul, etdiyiniz dualar çin olsun".



Qurban bayramınız mübarək olsun!

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 40 dərəcə isti olacaqElşad Hacıyev: "DİN ailə-məişət zəminində daxil olan bütün müraciətləri nəzarətə götürür"Baş Prokurorluq Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə münasibət bildiribMüdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətiribMN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"Yardımlı meşəsində yanğın başlayıbAğstafada yol tikintisinə 2,2 milyon manat ayrılıbAzərbaycana 20 ölkənin vətəndaşlarının giriş-çıxışına icazə verilib - SİYAHIBakıda saxta COVID-19 pasportu verən tibb işçiləri istintaqa cəlb edilibİntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib - SİYAHIGürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edirBakıda 38 dərəcə isti olacaqAzərbaycanlılara işgəncə verən erməni cinayətkarlar 20 il müddətinə azadlıqdan məhrum ediliblərSizin icra başçınız - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov.MN: “Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir”ABŞ-da 8,1 bal zəlzələ olub, sunami təhlükəsi var - YENİLƏNİBYeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayırHava şəraitinin küləkli olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətiBakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək -İraqda türk əsgərləri həlak olubMüharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldıDİN-də yeni TƏYİNAT