İmişli Rayon Bələdiyyə sədri Mehman İsmayılovQurban bayramı xalqımızın minillikləri əhatə edən mənəvi yaddaşının yadigarıdır

İmişli Rayon Bələdiyyə sədri Mehman İsmayılovQurban bayramı xalqımızın minillikləri əhatə edən mənəvi yaddaşının yadigarıdır
  • 19-07-2021, 00:30
  • 35 dəfə oxunub
Reklam

İmişli Rayon Bələdiyyə sədri Mehman İsmayılov :Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının birlik rəmzi olan Qurban bayramı da ölkəmizdə dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu, xalqla dövlətin birliyinin, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sahib çıxmasının təzahürü idi.

Hər zaman öz mənəvi miraslarını qoruyan, İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini nümayiş etdirən Azərbaycan xalqı əsrlər boyu, hətta tarixin ən mürəkkəb dövrlərində belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası isə bu bayramın müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaratmışdır. Bu gün Qurban bayramı Azərbaycanda tolerantlığın təntənəsinə çevrilərək cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanınan Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin təcəssümüdür.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il ölkəmizdə qeyd olunan dini bayramlar münasibətilə xalqımıza təbriklərini çatdırıb, müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirib. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyev Azərbaycan xalqına bayram təbriki ünvanlayır və xoş arzuları çatdırır. Xalqımızın dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edib.

Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində növbəti əməli addımı kimi yaddaşlara həkk olunub.

Qurban bayramının fəlsəfəsini təşkil edən və müsəlmanların Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi, Vətən müharibəsində də bütöv Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən naminə canından belə keçməyə hazır olduğunu göstərdi. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə bağlılığının ən bariz nümunəsi idi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağımızı doğma torpaqlarımızda dalğalandıran da xalqımızın qoruyub saxladığı bu dəyərlərdir.

Vətən müharibəsində qazandığımız şanlı Zəfər xalqımızın kəsdiyi qurbanların və etdiyi duaların qəbul olunmasının göstəricisidir.

Bu mübarək gündə bir daha hamınıza ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 40 dərəcə isti olacaqElşad Hacıyev: "DİN ailə-məişət zəminində daxil olan bütün müraciətləri nəzarətə götürür"Baş Prokurorluq Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə münasibət bildiribMüdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətiribMN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"Yardımlı meşəsində yanğın başlayıbAğstafada yol tikintisinə 2,2 milyon manat ayrılıbAzərbaycana 20 ölkənin vətəndaşlarının giriş-çıxışına icazə verilib - SİYAHIBakıda saxta COVID-19 pasportu verən tibb işçiləri istintaqa cəlb edilibİntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib - SİYAHIGürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edirBakıda 38 dərəcə isti olacaqAzərbaycanlılara işgəncə verən erməni cinayətkarlar 20 il müddətinə azadlıqdan məhrum ediliblərSizin icra başçınız - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov.MN: “Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir”ABŞ-da 8,1 bal zəlzələ olub, sunami təhlükəsi var - YENİLƏNİBYeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayırHava şəraitinin küləkli olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətiBakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək -İraqda türk əsgərləri həlak olubMüharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldıDİN-də yeni TƏYİNAT