Almaniyada yaşayan azərbaycanlı: "Vəziyyət çox acınacaqlıdır"

Almaniyada yaşayan azərbaycanlı:
  • 19-07-2021, 00:46
  • 39 dəfə oxunub
Reklam

"Almaniyadakı mövcud vəziyyət son illərdə baş verən ən böyük təbii fəlakət hesab olunur. Hazırda ölülər 150 nəfərdən çoxdur, bunun 130-u Almaniyanın payına düşür. Ölkədə həmçinin 600-a yaxın yaralı, 1000-dən artıq itkin düşən var. Almaniyanın vəziyyəti həqiqətən də çox acınacaqlıdır".
Bu fikirləri Almaniyanın təbii fəlakətdən ən çox ziyana məruz qalan Şimali Reyn-Vestfaliya əyalətində ali təhsil alan azərbaycanlı Cəlal Hüseynbəyli bildirib.
Fəlakətli bölgələrə çoxlu sayda könüllü getdiyini, burada yetərli sayda xilasetmə komandası yaradıldığını deyən həmsöhbətimiz su səviyyəsinin daha yüksək olduğu ərazilərdə çalışmaq üçün hərbi qüvvələrin də cəlb olunduğunu dilə gətirib: “Hər gün helikopter və başqa texnikaların səsi gəlir. Bu fəlakətin ətraf rayonlara elə də çox təsiri olmadı, yəni nə işıq, nə su, nə internet və ya digər kommunal xidmətlərin təminatında nasazlıq hiss olunmayib. Dövlətə kömək etmək üçün bir çox özəl qurumlar, hətta futbol klubları səfərbər oldular. Belə ki, Almaniyanin bir neçə böyük futbol klubları əhaliyə yardım edirlər. Bəzi ərazilərə o qədər böyük ziyan dəyib ki, orada bundan belə normal yaşayışın təmin olunması mümkün görünmür. Yəni orada yaşayan insanlar təməlli olaraq başqa yerə köçürülməlidir. Hazırda burada hava günəşli olsa da, çox dəyişkəndir. Elə fəlakət də burdan başladı. Son günlər hər gün fasilə ilə də olsa şiddətli yağışlar yağdı. Nəticədə su kanalları dolmuş, kanalizasiya xətləri tutulmuşdu”.
Şimali Reyn-Vestfaliyada xeyli sayda azərbaycanlının yaşadığını deyən müsahibimiz hələlik onların arasında xəsarət alan və ya itkin düşəninin olmadığını vurğulayıb: “Amma axtarışlar davam edir, hələ bu fəlakətin nəticələri tam olaraq açıqlanmır. Oraya indi heç kimi buraxmırlar, su basmış yerlərdən uzaq durmağa çağırırlar. Təhlükə hələ də var. Bu gun Almaniya Prezidentinin, Kansler Angela Merkelin də fəlakət bölgələrini ziyarət edəcəyi xəbəri verilmişdi".
C.Hüseynbəyli qeyd edib ki, daşqınlar nəticəsində Almaniyanin qərb vilayətlərində dəmir yollarına ciddi ziyan dəyib, bir çox xətlər dağınıq vəziyyətdədir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 40 dərəcə isti olacaqElşad Hacıyev: "DİN ailə-məişət zəminində daxil olan bütün müraciətləri nəzarətə götürür"Baş Prokurorluq Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə münasibət bildiribMüdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətiribMN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"Yardımlı meşəsində yanğın başlayıbAğstafada yol tikintisinə 2,2 milyon manat ayrılıbAzərbaycana 20 ölkənin vətəndaşlarının giriş-çıxışına icazə verilib - SİYAHIBakıda saxta COVID-19 pasportu verən tibb işçiləri istintaqa cəlb edilibİntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib - SİYAHIGürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edirBakıda 38 dərəcə isti olacaqAzərbaycanlılara işgəncə verən erməni cinayətkarlar 20 il müddətinə azadlıqdan məhrum ediliblərSizin icra başçınız - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov.MN: “Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir”ABŞ-da 8,1 bal zəlzələ olub, sunami təhlükəsi var - YENİLƏNİBYeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayırHava şəraitinin küləkli olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətiBakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək -İraqda türk əsgərləri həlak olubMüharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldıDİN-də yeni TƏYİNAT