Zəhmətkeş və prinsipial insan - AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov

Zəhmətkeş və prinsipial insan - AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov
  • 15-08-2021, 22:46
  • 57 dəfə oxunub
Reklam

28 dekabr 2015-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev imzaladığı sərəncamla müstəqil bir cəmiyyət, agentlik kimi fəaliyyətə başlayan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işlək arı ailəsini xatırladır. Hər bir arı ən təmiz, zərif çiçəklərin ətrini, şirəsini öz pətəyinə gətirib saf bal hazırladığı kimi, bu təşkilat da məhz Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi üçün,yeni kadr hazırlığı üçün öz qüvvəsini səfərbər edir, yorulmadan, usanmadan gecə-gündüz çalışır. Burada hər zaman uğurlu, ədalətli işinin şahidi olmuşuq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hər bir işində alnıaçıq və uğurla irəliyə, yalnız irəliyə addımlayır. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Nizamnaməyəy uyğun olaraq agentlik üstünə düşən bütün bu məsuliyyəti layiqincə yerinə yetirir.


Elə ünvanlar var ki, onları eşidəndə təqdim və tərif lazım olmur. Onlar nə əlavə izahata, nə köməkçi bir əlamətə, nə fəxri ada, nə bayağı və şirin sözə ehtiyac duymurlar. Əksinə, bəlkə də, tutduqları yeri, mənsəbi öz işləri, adları ilə ucaldırlar, şan-şöhrətli edirlər. Belə insanların şöhrəti, qazandıqları hörmət təbii olur, yalnız dildə yox, ürəklərdə özünə yuva qurur. Xalqın bu insanlara olan etimadı, rəğbəti heç bir sözlə ifadə edilə bilmir.

Belə şəxslərdən biri də haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis Saleh Məmmədovdur.

Saleh Məmmədovdur öz işi ilə on minlərlə azərbaycanlının hörmətini, məhəbbətini qazanmış bir insandır. Onun işi, zəhməti dövlətimiz və prezidentimiz tərəfindən yüksək qiymətləndirilib. Saleh Məmmədovdur Respublika Prezidentinin 22.09. 2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş və ona Azərbaycan Respublikası Prezidentinin 10.04. 2012 ci il tarixli 2151 nömrəli Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı verilmişdir. Hər bir azərbaycanlı kimi biz də buna ürəkdən sevinirik.

Bəli, bu gün o, olduqca ölkəmiz üçün hər tərəfli strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxır. Bir anlığa diqqət yetirək ki, indiyə kimi Avtomobil Yolları Dövlət Agentliyinə aid sahələrdə nə kimi yeniliklər əldə olunub, bu gün də hansı yeniliklər əldə olunmaqdadır. Çox dəyişikliklər, çox irəliləyiş görərik. Hər kəsə bəllidir ki, Saleh Məmmədov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

O da hər kəsə bəllidir ki, AAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis Saleh Məmmədo , yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Saleh Məmmədov hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Saleh Məmmədov ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Saleh Məmmədov əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir

Deyirlər ki, insan gözünü yumanda ancaq özünü qaranlığa qərq edir. Qoy hər bir azərbaycanlı gözünü açaraq AAYDA-nin şərəfli işinə diqqətlə baxsın, orada çalışanların əməlinə, zəhmətinə real qiymət versin, bir azərbaycanlı kimi bu agentliyin uğurlarına sevinsin.


Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında Saleh Məmmədov haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Saleh Məmmədov haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Düşündürücü hal odur ki, Saleh Məmmədov barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur. Adicə o halın varlığına diqqət yetirək ki, Saleh Məmmədovun daşıdığı vəzifə, heç də sıradan bir vəzifə deyil. Açıq şəkildə qeyd edək ki, gördüyü işlərlə, rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnlərlək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə, azacıq da olsa fikirləşmək, bir qədər götür-qoy etmək gərəkdir ki, ağa qara yox, elə ağa ağ, qaraya da qara demək mümkün olsun.

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.

Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki,

Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN


Biz də "İqtisad.Org" xəbər portalı olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis Saleh Məmmədova uğurlar arzu edir, işlərində hər zaman daim belə nəaliyyətlər diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Şəhid ailələrinin, qazilərin və veteranların rifahı hər zaman ön plandadırSosial şəbəkədə tanış olduqları şəxsləri görüşə çağırıb alçaldıcı videolara çəkən dəstə həbs edilibErmənistanın sərhəddə törətdiyi təxribatla əlaqədar sığorta ödənişinin verilməsinə başlanılıbİndiyədək Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıbHelikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcəkBaş Prokurorluqdan hərbi helikopterin qəzaya uğraması ilə bağlı yeni açıqlamaBakıda metro vaqonları istehsal ediləcəkLaçına çəkilən yeni yol nəqliyyat axınlarının diversifikasiyasına imkan verəcəkMilli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır