Doğru qərarları ilə seçilən içimizdən biri - XAÇMAZ DAİM-nin direktoru Azər Hakverdiyev

Doğru qərarları ilə seçilən içimizdən biri - XAÇMAZ DAİM-nin direktoru Azər Hakverdiyev
  • 23-08-2021, 00:14
  • 124 dəfə oxunub
Reklam

Rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılmasını ölkədə aqrar islahatların yeni mərhələsi də hesab etmək olar. Bu mərkəzlərin fəaliyyəti aqrar sektorda xidmətlərin göstərilməsində çox üstünlüklər yaradıb. Necə deyərlər, fermerlərin və kəndlilərin torpağa bağlılığını daha da artırıb.Dövlət Aqrar İnkişaf mərkəzləri rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında yaradılıb. Məqsəd kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Burada Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları tərəfindən bir çox xidmətlər göstərilir.

Xaçmazda 5-ci Dövlət Aqrar İnkişaf Mərkəzi olaraq 2019-cu ilin dekabr ayında fəaliyyətə başlayıb. Elə bunun nəticəsidir ki, Xaçmaz rayonunda Mərkəzə müraciət edən fermerlər buradan əliboş qayıtmırlar.

İlk gündən rayonda kənd təsərrüfatının bütün sahələrinə yaxından köməklik göstərən Mərkəzin əməkdaşları bu gün də fermerlərlə sıx əlaqədədirlər.

Xaçmaz DAİM-də üç sektor fəaliyyət göstərir. Bunlar maliyyə-təsərrüfat, bitkiçilik və heyvandarlıq sektorlarıdır. Burada, həmçinin baytarlıq, informasiya və fermerlərə müxtəlif xidmətlər üçün otaqlar da ayrılıb. Bu sektorlarda 20-dən çox əməkdaş çalışır. Fermerlərlə söhbət zamanı onlar dövlət tərəfindən yaradılan imkanlardan lazımınca faydalandıqlarını bildiriblər.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində Fermerlərin Koordinasiya Şurası da yaradılıb. Şuranın üzvləri təcrübəli və qabaqcıl fermerlərdən ibarətdir. Eyni zamanda, buraya könüllülər də cəlb olunub. DAİM-də müntəzəm olaraq könüllülərlə görüşlər keçirirlər.


Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz şəxs, nümunəvi şöbə rəisidir. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu sadə azərbaycanlı Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzin direktoru Azər Hakverdiyevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Azər Hakverdiyev. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı yerdə işləməyinə baxmayaraq, həmin yerin tərəqqisi yolunda əlindən gələni əsirgəmir.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə təyin olunduğu gündən Azər Hakverdiyevin gördüyü işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hakverdiyevin adı, Xaçmaz ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.Azər Hakverdiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir. İnsanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır.

Hər kəsə bəllidir ki, Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hakverdiyev yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Azər Hakverdiyev bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir.

Xaçmaz rayonunda hamıya məlumdur ki, Azər Hakverdiyevin güclü idarəetmə bacarığı sayəsində XaçmazDövlət Aqrar İnkişaf Mərkəzi qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Azər Hakverdiyev və kollektivi Xaçmazda aqrar sahəyə yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin çalışdığı əsas iş, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Əsas vəzifələri fermerlərin problemlərini öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Azər Hakverdiyevin təşəbbüsü ilə Fermer və Koordinasiya şuralarının mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirilir.

Fakt budur ki,Azər Hakverdiyev elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. Ona etibar edilən bütün işlərdə Azər Hakverdiyev özünü doğruldub. Bizdə hörmətli Azər Hakverdiyevə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gün Azərbaycanda Bilik GünüdürKoronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıbBir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcəkYaqub Zurufçu koronavirusdan vəfat edibFüzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıbBakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqBu il Azərbaycanda 40 mindən çox ölüm faktı qeydə alınıbBiləsuvarın həbsdə olan keçmiş icra başçısı koronavirusa yoluxubAzərbaycan əhalisinin sayı açıqlanıbİnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarlayıbTəhsil Nazirliyi məktəb direktorlarına yeni tədris ili ilə bağlı tapşırıqlar veribBakıda polis əməliyyatlar keçirib, daha 40 nəfər saxlanılıbPrezident: "Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı"Prezident yeni icra başçılarına: "Sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır"İlham Əliyev: "Artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır"Prezident Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edibBu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı açıqlanıbİlham Əliyev: "Sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar korrupsiyaya qurşanmışdılar"Sabirabad bələdiyyəsinin sabiq sədrinin məhkəməsi başlayırBakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.Fəaliyyətini şəffaf quran, iş adamı - sahibkar kimi hər zaman uğur qazanan Elşad AstanovBakı şəhəri Binəqədi rayon 5-ci polis bölməsinin rəisi, polis kapitanı Cavid İsmayılov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.