Bakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.

Bakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
  • 14-09-2021, 23:29
  • 106 dəfə oxunub
Reklam

Polisin fəaliyyətinin ən əlamətdar məqamlarını bütünlüklə əks etdirmək, sözsüz ki, bir müsahibənin mövzusu ola bilməz və nə qədər müfəssəl təsvir etsən də, yenə tam və əhatəli olmayacaqdır. Çünki vəzifəsindən və rütbəsindən, eləcə də xidmət etdiyi ictimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanın daxili işlər orqanlarının hər bir əməkdaşının fəaliyyəti onun üçün müstəsna əhəmiyyət kəsb edən və əlamətdar hadisələrdən xali deyildir. Həm də bizlər, sadə vətəndaş üçün maraqlı və cəlbedici görünən xidmətimizi heç vaxt əlahiddə tutmur, başqa ixtisaslardan fərqləndirmir, gündəlik funksiyalardan, vəzifə borcundan, peşə andından irəli gələn öhdəliklər kimi qəbul edirik.

Ulu öndərimiz haqlı olaraq qeyd edirdi ki, polis işi böyük məsuliyyət tələb edən peşədir. Bu peşəyə yiyələnən insan cəmiyyətin və ətrafında olan hər bir fərdin təhlükəsizliyinə cavabdehlik daşımaq, bunun üçün hətta canını da fəda etmək məsuliyyətini şüurlu şəkildə üzərinə götürür.

Daxili işlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə son dövrlər daxili işlər orqanlarında aparılan kadr təyinatları da ölkədə asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğuran cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin icrasına şübhəsiz ki, öz töhfəsini verəcəkdir.

Bu gün sizə söhbət açacağımız şəxs Bakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyevdir.

Nəsimi rayonunda asayişin təmin edilməsində , cinayətkarlıqla mübarizədə polis son illər əzmlə çalışır. Sözsüz ki , bu uğurların təmin olunmasında peşəkar polis işçisi , fəaliyyətini dövlətə və xalqa şərəflə xidmət prinsipləri üzərində quran Bakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyevin əməyi misilsizdir. İdarəyə polis rəisi təyin olunduqdan qısa müddət ərzində bir çox açılmamış cinayət əməllərini isti izlərlə açan peşəkar hüquqşünas Zaur müəllim əhalinin sevimlisinə çevrilməyi bacardı . Bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı amansız mübarizə aparan rəis bu sahədə ciddi uğurlara əl ataraq hamımızın rəğbətini qazandı. Onun rəhbərliyi dövründə oğurluq və qətl hadisələri əsaslı şəkildə azalmış oldu. Bütün bu sadaladığımız faktlar Zaur müəllimin peşəkar polis işçisi kimi gecə-gündüz çalışması hesabına baş vermişdir

Bakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyevin fəaliyyətində ən ali məqam Ali Baş Komandan İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova sədaqət , xalqa hörmət və ehtiramdır.

Məlumat üçün bildirək ki, Zaur Əliyev ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkən, eyni zamanda, cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparan, vətəndaşların xidmətində elə əsl vətəndaş yanğısı ilə duran peşəkar kadrlardandır

Zaur müəllim əsl polis işçilərinə məxsus sərt intizama , dəmir iradəyə malik olmaqla yanaşı , həmdə əhali ilə təmaslarda sadə davranışa malik bir insandır. Polis idarəsində istənilən vətəndaşı dinləməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən rəis bu alicənab davranışları hesabına ağsaqqalların , ziyalıların və bütün kateqoriyadan olan insanların rəğbətini qazanmışdır. Mütəmadi olaraq , yerlədə vətəndaşları dinləyən Zaur müəllim ona ünvanlanan müraciətlərə həssaslıqla yanaşır. Bu gün rayonuda qanunun aliliyinin təmin olunmasında , vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında müsbət dinamika müşahidə olunur.

Bakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev vətənpərvər bir insan kimi bir çoxlarına nümunə olaraq Qarabağ müharibəsi veteranlarının da əzizi olaraq sevilir. Şəhid ailələrinə ,müharibə iştirakçılarına hər zaman xüsusi qayğı ilə yanaşanpolis polkovnik-leytenantı Zaur Əliyev ölkə rəhbərliyinin və daxili işlər nazirinin etimadını hərtərəfli doğruldur.

Biz də "İqtisad.org" müstəqil xəbər portalı olaraq, Bakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur müəllimə hər zaman bütün işlərində nəaliyyətlər diləyirik. İnanırıq ki, onun rəhbərliyi altında cinayətkarlıqla mübarizə istiqamətində bundan sonra da mühüm işlər görüləcəkdir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gün Azərbaycanda Bilik GünüdürKoronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıbBir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcəkYaqub Zurufçu koronavirusdan vəfat edibFüzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıbBakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqBu il Azərbaycanda 40 mindən çox ölüm faktı qeydə alınıbBiləsuvarın həbsdə olan keçmiş icra başçısı koronavirusa yoluxubAzərbaycan əhalisinin sayı açıqlanıbİnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarlayıbTəhsil Nazirliyi məktəb direktorlarına yeni tədris ili ilə bağlı tapşırıqlar veribBakıda polis əməliyyatlar keçirib, daha 40 nəfər saxlanılıbPrezident: "Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı"Prezident yeni icra başçılarına: "Sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır"İlham Əliyev: "Artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır"Prezident Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edibBu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı açıqlanıbİlham Əliyev: "Sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar korrupsiyaya qurşanmışdılar"Sabirabad bələdiyyəsinin sabiq sədrinin məhkəməsi başlayırBakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.Fəaliyyətini şəffaf quran, iş adamı - sahibkar kimi hər zaman uğur qazanan Elşad AstanovBakı şəhəri Binəqədi rayon 5-ci polis bölməsinin rəisi, polis kapitanı Cavid İsmayılov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.