Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.

Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.
  • 2-10-2021, 00:27
  • 29 dəfə oxunub
Reklam



Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz».

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polis orqanlarının fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdir ki: “Azərbaycanda ictimai-siyasi sabitliyin, asayişin qorunmasında polisin rolu çox yüksəkdir”.

“Polis qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir və dövlətin ən etibarlı dayağıdır. Bütün, dünyada polis çox çətin şəraitdə işləyir. Əlbəttə, kənardan baxana hər şey asan və rahat görünür. Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti öz çətinliyi və məsuliyyəti ilə daha çox seçilir. Axşamdan səhərə qədər hər kəs rahat yatır, ancaq polis yuxusuz qalır, asayişi qoruyur, bundan narahat olmur. Çünki, bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət etməyi özünə şərəf bilir. Düşünürəm ki, belə bir çətin şəraitdə işləyən, asayişi qoruyan peşə sahiblərinə iftiralar yağdıran, böhtan atan, şərəf və ləyaqətini alçaldan ifadələr işlədənlər nankor və öz şəxsi məqsədlərini hər şeydən üstün tutanlardır”...

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, alim, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov
da belə yaxşı insanlardandır.

Daxili işlər orqanları qarşısında duran əsas vəzifənin xalqın əmin-amanlığı, dövlətçiliyin, insan və vətəndaş hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanmaq olduğunu bilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırovun hər zaman çəkdiyi zəhmət, təşkilatçılıq, vətənə və dövlətə sadiqlik olaraq öz bəhrəsini verir. İnsanların üzləşdikləri problemlərin həllinə diqqət və qayğı ilə yanaşılması, polisin fəaliyyətinin vətəndaş məmnunluğuna xidmət etməsini Səhlab Bağırov öz qarşısına bir tələb kimi qoymuşdur.Səhlab Bağırovun kollektivi ilə ünsiyyət qurma bacarığı hər zaman diqqətimizi çəkib. Tapşırılan işin öhdəsindən gəlmək üçün gecəsini-gündüzünə qatan, biliyini və təcrübəsini vətəndaşlara xidmət etmək üçün səfərbər edən gənclərimizi görəndə insanın qürurdan sinəsi qabarır. Bax, elə polisə sevgi də, inam da, etibarda burdan qaynaqlanır. Qarşıya çıxan hər hansı bir problemin həlli üçün kollektiv yanaşma, birgəlik nümayiş etdirmək isə əlbəttə ki, əldə olunacaq uğurların təməlidir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov əsl polis işçilərinə məxsus sərt intizama , dəmir iradəyə malik olmaqla yanaşı , həmdə əhali ilə təmaslarda sadə davranışa malik bir insandır. İstənilən vətəndaşı dinləməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən rəis bu alicənab davranışları hesabına ağsaqqalların , ziyalıların və bütün kateqoriyadan olan insanların rəğbətini qazanmışdır. Mütəmadi olaraq , yerlədə vətəndaşları dinləyən Səhlab müəllim ona ünvanlanan müraciətlərə həssaslıqla yanaşır. Bu gün ölkəmizdə qanunun aliliyinin təmin olunmasında , vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında müsbət dinamika müşahidə olunur.

Biz də "İqtisad.org" müstəqil xəbər portalı olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırova və kollektivinə hər zaman bütün işlərində nəaliyyətlər diləyirik. İnanırıq ki, onun rəhbərliyi altında cinayətkarlıqla mübarizə istiqamətində bundan sonra da çevik və ən əsası mühüm işlər görüləcəkdir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Siyəzən RPŞ-nin rəisi Xəqani Məmmədov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.Neftçala sakinləri : Mənim polisim məni qoruyur. Vətən oğlu Vüsal ŞəbəndiyevDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov !Əfqanıstanda məsciddə partlayış törədilib, ölən və xəsarət alanlar varAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaqBrilliant Dadaşovanın bacısı oğlu 5 il müddətinə azadlıqdan məhrum edilibAzərbaycan Prezidenti: "Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq"Azərbaycan lideri: "Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik"Deputat: “İran Azərbaycanla dostluq əlaqələrinə kölgə salacaq əməllərdən çəkinməlidir”Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirilibAli Məhkəmə hakimlərə məhkəmə binalarında maska taxmağı tapşırıbOna etibar edilən bütün işlərdə Şahin Şirinov özünü doğruldubSumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbi əmin əllərdədir.Avstriya kanslerinin ofisində və partiyasında axtarışlar aparılıb“3-cü mikrorayon” dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqMüvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideyni tapılıb, izahatı alınıbBaş Prokurorluq saxta “səyahət turlarını” satanlara xəbərdarlıq edib"Qaçqınkom": "Azərbaycan məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək"Azərbaycanda vaksin pasportu olmayan şəxslərin cinayət işinə videokonfrans vasitəsilə baxılacaqErmənistanın mülki təyyarələri Azərbaycanın hava məkanından istifadə edə biləcəkAzərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri davam edirMilli Məclisin oktyabrda keçiriləcək iclaslarının vaxtı açıqlanıb