"Qaçqınkom": "Azərbaycan məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək"

  • 7-10-2021, 00:04
  • 11 dəfə oxunub
Reklam

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 72-ci sessiyasında Azərbaycan nümayəndə heyəti adından çıxış edib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, sessiya iştirakçılarına Ermənistanın işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində Azərbaycanda məcburi köçürülməyə məruz qalmış 1 milyondan çox insan haqqında məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sosial sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir, onların sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirilir. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara həssas və qayğıkeş münasibət göstərir.

Diqqətə çatdırılıb ki, 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. 44 günlük Vətən müharibəsində qazanılan qələbə təxminən 30 ildir davam edən bu münaqişənin həlli istiqamətində son nöqtəni qoyub. Bu qələbə nəinki ərazi bütövlüyümüz və suverenliyimizi bərpa edib, eyni zamanda yüz minlərlə həmvətənimizin öz doğma yurduna qayıdışı üçün zəmin yaratmış olub. Azərbaycanda artıq Dağlıq Qarabağ adlı siyasi və coğrafi ad mövcud deyil. Prezident İlham Əliyevin imzaladığı fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Hazırda Azərbaycan dövləti qarşısında işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdış və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur. Ölkəmizin iqtisadi inkişafına dair əsas məsələlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, infrastruktur layihələri icra edildiyi bildirilib, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyi haqqında məlumat verilib. Eyni zamanda nəzərə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.

Bildirilib ki, Azərbaycan dövləti post-münaqişə bərpası, reinteqrasiyası və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək. İşğaldan azad olunmuş ərazilər cənnətə çevriləcək. Yenidənqurma zamanı beynəlxalq təşkilatların dəstəyi bizim üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan tərəfi miqrasiya və qaçqın problemləri ilə bağlı götürdüyü bütün beynəlxalq öhdəlikləri ədalətli və konstruktiv əməkdaşlıq ruhunda yerinə yetirmək üçün ciddi səylər göstərir, BMT QAK-la və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı bundan sonra da davam etdirməyə hazırdır. Azərbaycan tərəfi qaçqın və məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesini 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq BMT QAK-ın dəstəyi ilə beynəlxalq hüququn norma və prinsipləri, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirməyi planlaşdırır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 72-ci sessiyasında Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri də iştirak edib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Siyəzən RPŞ-nin rəisi Xəqani Məmmədov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.Neftçala sakinləri : Mənim polisim məni qoruyur. Vətən oğlu Vüsal ŞəbəndiyevDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov !Əfqanıstanda məsciddə partlayış törədilib, ölən və xəsarət alanlar varAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaqBrilliant Dadaşovanın bacısı oğlu 5 il müddətinə azadlıqdan məhrum edilibAzərbaycan Prezidenti: "Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq"Azərbaycan lideri: "Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik"Deputat: “İran Azərbaycanla dostluq əlaqələrinə kölgə salacaq əməllərdən çəkinməlidir”Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirilibAli Məhkəmə hakimlərə məhkəmə binalarında maska taxmağı tapşırıbOna etibar edilən bütün işlərdə Şahin Şirinov özünü doğruldubSumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbi əmin əllərdədir.Avstriya kanslerinin ofisində və partiyasında axtarışlar aparılıb“3-cü mikrorayon” dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqMüvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideyni tapılıb, izahatı alınıbBaş Prokurorluq saxta “səyahət turlarını” satanlara xəbərdarlıq edib"Qaçqınkom": "Azərbaycan məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək"Azərbaycanda vaksin pasportu olmayan şəxslərin cinayət işinə videokonfrans vasitəsilə baxılacaqErmənistanın mülki təyyarələri Azərbaycanın hava məkanından istifadə edə biləcəkAzərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri davam edirMilli Məclisin oktyabrda keçiriləcək iclaslarının vaxtı açıqlanıb