Düzgün idarəçilik hər kəsə başucalığı gətirir - Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov !

Düzgün idarəçilik hər kəsə başucalığı gətirir - Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov !
  • 14-10-2021, 20:38
  • 58 dəfə oxunub
Reklam

Özünəməxsus gözəlliyə malik olan Salyan rayonu ölkəmizin bütün bölgələri kimi günbəgün böyüyür və müasirləşir. Son illərdə burada həyata keçirilən genişmiqyaslı, quruculuq-abadlıq tədbirləri, rayon əhalisinin sosial həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən saysız-hesabsız işlər Salyan rayonunun simasını daha da gözəlləşdirmiş, ona xüsusi yaraşıq bəxş etmişdir. Rayonda əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlər də ürəkaçandır.Salyan rayonunda yerləşən kəndlərin, qəsəbələrin, yaşayış məntəqələrinin də siması kökündən dəyişməkdədir. Həmin ərazilərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yeni yaşayış binalarının, habelə digər obyektlərin inşa edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müəyyən tədbirlər görülür.

Salyan rayonunda bu gün baş verən müsbət dəyişikliklər və gələcəkdə həyata keçiriləcək layihələr, görüləcək işlər, atılacaq addımlar onu deməyə əsas verir ki, bu rayonun adı daim birincilər sırasında olacaq.

Siyasi fəaliyyətin istənilən məqbul formasının son hədəfi reallığa adekvat mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə həyata keçirilməsidir. Çoxluğun gələcək taleyini, onun mənafeyini özündə ehtiva edən ümummilli siyasətə isə yalnız dövlətinə və xalqına bağlı şəxsiyyətlərin fəaliyyətində təsadüf olunur. Hakimiyyəti xalqa güvənən, onun dəstəyini hiss edən ləyaqətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş isə özünü daha inamlı hiss edir.

Sözsüz ki, hər kəsin fəaliyyəti bu gün göz önündədir. Hər bir məmura qiyməti isə zamanında verilir. Onu da qeyd edim ki, bu sistemdə həqiqətən səviyyəli, bacarıqlı, dövlətinə və Vətəninə sədaqətlə xidmət edən məmurlar da az deyil.

Bunlardan biri də Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmovdur. Hətəmov Sevindik Hacıağa oğlu Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Daim səmimiliyi ilə, savadı və bacarığı ilə seçilən Sevindik müəllim digərlərindən fərqləndirən əsas cəhət sözünə bütov olması, vətəndaşlarla təmas qurmağa maraqlı olması, fəaliyyətində açıq, şəffaf olmasıdır.

Salyan rayonunun icra başçısı Sevindik Hətəmov bu vəzifəyə təyinat aldıqdan sonra özündən əvvəlki dövrdə yığılıb qalmış çoxsaylı problemlərin həlli istiqamətində ciddi, əməli tədbirlərin həyata keçirilməsinə start verdi. Xüsusilə Sevindik müəllim gəldikdən sonra rayon sakinlərinin yaddaşında iqtisadiyyatda, mədəniyyətdə, abadlıq-quruculuq işlərində ciddi irəliləyişlərlə yadda qalmışdır.


Salyana rəhbər təyin olunduğu gündən sakinlərin qeydinə qalır, onların hər bir problemində yanında olub, öz işinin uğurları və humanistliyi ilə hər bir kəsin sevgisini qazanmışdır.Sevindik müəllim təyin olunduğu müddətdə Salyan rayon İcra Hakimiyyətində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması bir başa Sevindik müəllimin zəhməti sayəsində başa gəlib.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov “Vətən müharibəsində” şəhid və qazi olmuş şəxslərin ailə üzvlərini tez-tez ziyarət edir.Həmçinin Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.Elə bu yaxınlarda Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri mayor Vidadi Əhmədovun və Ələkbər Bəndəliyevin şəhadətlərinin ildönümü ilə əlaqədar məzarlarını və ailələrini ziyarət etmişlər. Şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid Ələkbər Bəndəliyevin Prezident İlham Əliyev tərəfindən verilmiş “Laçının azad olunmasına görə” medalını onun valideyninə təqdim etmişdir.

Yadımdadır, vaxt var idi ki, rayon icra hakimiyyətinin binası əksər hallarda şikayətçilərlə əhatə olunurdu. Günün hansı vaxtında getsən giley-güzar edən, hay-küy salan, yardım istəyən adamlara rast gəlirdik. İndi tamam başqa mənzərədir.Salyanda hərə öz işi ilə məşğuldur. İcra hakimiyyəti aparatında da hər kəs vəzifəsini bilir, ona uyğun hərəkət edir.

Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil adamlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bu rayonda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb.

Sevindik Hətəmov 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-cı illdə Güləbird kənd orta məktəbini bitirib. 1980-1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib.
1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997-1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999-2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.
2005-2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır .

Sevindik Hətəmov bu qədər işin öhdəsindən peşəkar səviyyədə gəlir. Gördüyü işlərin çətinliyini, məsuliyyətini dərk edən Sevindik Hətəmova və kollektivinə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq uğurlar arzu edirik.


Düzgün idarəçilik hər kəsə başucalığı gətirir - Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov !

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Milli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır"Google" gələn il "ağıllı" saatını təqdim edə bilərYaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf AğayevMİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətiribPrezidentin köməkçisi beynəlxalq təşkilatları minatəmizləmə məsələsində Azərbaycana dəstək verməyə çağırıbTəhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"Bakıda Vətən müharibəsi qazisinə qarşı dələduzluq edilibHikmət Hacıyev: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”Bakıda metro vaqonları istehsal ediləcək