Neftçala sakinləri : Mənim polisim məni qoruyur. Vətən oğlu Vüsal Şəbəndiyev

Neftçala sakinləri : Mənim polisim məni qoruyur. Vətən oğlu Vüsal Şəbəndiyev
  • 14-10-2021, 20:47
  • 43 dəfə oxunub
Reklam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polis orqanlarının fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdir ki: “Azərbaycanda ictimai-siyasi sabitliyin, asayişin qorunmasında polisin rolu çox yüksəkdir”.

“Polis qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir və dövlətin ən etibarlı dayağıdır. Bütün, dünyada polis çox çətin şəraitdə işləyir. Əlbəttə, kənardan baxana hər şey asan və rahat görünür. Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti öz çətinliyi və məsuliyyəti ilə daha çox seçilir. Axşamdan səhərə qədər hər kəs rahat yatır, ancaq polis yuxusuz qalır, asayişi qoruyur, bundan narahat olmur. Çünki, bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət etməyi özünə şərəf bilir. Düşünürəm ki, belə bir çətin şəraitdə işləyən, asayişi qoruyan peşə sahiblərinə iftiralar yağdıran, böhtan atan, şərəf və ləyaqətini alçaldan ifadələr işlədənlər nankor və öz şəxsi məqsədlərini hər şeydən üstün tutanlardır”...

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, alim, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndiyev də belə yaxşı insanlardandır.

Daxili işlər orqanları qarşısında duran əsas vəzifənin xalqın əmin-amanlığı, dövlətçiliyin, insan və vətəndaş hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanmaq olduğunu bilən Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndiyevin hər zaman çəkdiyi zəhmət, təşkilatçılıq, vətənə və dövlətə sadiqlik olaraq öz bəhrəsini verir. Sakinlərin üzləşdikləri problemlərin həllinə diqqət və qayğı ilə yanaşılması, polisin fəaliyyətinin vətəndaş məmnunluğuna xidmət etməsi Vüsal Şəbəndiyev öz qarşısına bir tələb kimi qoymuşdur.Bölmədə olarkən Vüsal Şəbəndiyevin kollektivi ilə ünsiyyət qurma bacarığı diqqətimi çəkdi. Tapşırılan işin öhdəsindən gəlmək üçün gecəsini-gündüzünə qatan, biliyini və təcrübəsini vətəndaşlara xidmət etmək üçün səfərbər edən gənclərimizi görəndə insanın qürurdan sinəsi qabarır. Bax, elə polisə sevgi də, inam da, etibarda burdan qaynaqlanır. Qarşıya çıxan hər hansı bir problemin həlli üçün kollektiv yanaşma, birgəlik nümayiş etdirmək isə əlbəttə ki, əldə olunacaq uğurların təməlidir.

Neftçalalılar hər zaman istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstərmişlər. I Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında, o cümlədən Vətən müharibəsində 40 nəfər şəhidlik zirvəsinə yüksəlmişdir. Neftçala rayonunda şəhid ailələri ilə yanaşı Vətən Müharibəsi qaziləri də daim diqqət mərkəzində saxlanılır. Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndiyev də öz növbəsində istər şəhid ailələri istərsə də qazilərə öz qayğısını göstərir. Hər biri ilə ayrı-ayrılıqda görüşən Vüsal müəllim onlarla tez-tez əlaqə saxlayaraq söhbət edir,qayğı və problemləri ilə yaxından maraqlanır, maddi, mənəvi durumlarını öyrənir, köməklik göstərir. Polis sıralarına şəhid ailələrinin yaxın qohumlarının qoşulması üçün öz dəstəyini əsirgəmir.

Atalar yaxşı deyiblər ki, görünən dağa bələdçi lazım deyil. Həqiqətən də Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndiyevin gördüyü işləri sadalamaqla bitmir. Biz də "İqtisad.Org" müstəqil xəbər portalı olaraq Vüsal müəllimə və kollektivinə bütün işlərində uğurlar arzu edirik. Allah sizin kimi dövlət keşikçilərini qorusun.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Milli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır"Google" gələn il "ağıllı" saatını təqdim edə bilərYaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf AğayevMİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətiribPrezidentin köməkçisi beynəlxalq təşkilatları minatəmizləmə məsələsində Azərbaycana dəstək verməyə çağırıbTəhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"Bakıda Vətən müharibəsi qazisinə qarşı dələduzluq edilibHikmət Hacıyev: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”Bakıda metro vaqonları istehsal ediləcək