Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov əsl şəxsiyyətdir ! Tələbələrin və kollektivin sevimlisi

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov əsl şəxsiyyətdir ! Tələbələrin və kollektivin sevimlisi
  • 18-10-2021, 00:19
  • 64 dəfə oxunub
Reklam

Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Azərbaycanda təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlamışdır. Ulu öndər Heydər Əliyev 1969-cu ilin yayından başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət etmişdir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, o zaman üçün müasir və yeni sayılan texnologiyaların tətbiqi ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur.

Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. Hazırda Azərbaycanda məktəblərin 90 faizindən çoxu və universitetlərin hamısı kompyuter və digər informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı ilə təchiz edilmişdir. Ölkədə 15 mindən çox İKT üzrə treninq-kursdan keçmiş müəllim vardır. Artıq respublikada 20 şagirdə bir kompyuter nisbəti həll edilmişdir.

Müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində də ümummilli lider Heydər Əliyev ənənələri uğurla davam etdirilir. Həm onların peşə bayramları günündə, həm də yeni dərs ilinin başlanması münasibətilə müəllimlər dövlətin yüksək qayğısını görürlər. Bu sırada orta, orta ixtisas və ali məktəblərin yubileylərinin qeyd edilməsi kimi stimulverici məqamlar da vardır.

Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov belə insanlardandır.
Yeganə insandır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

İbrahim müəllim söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Mümkün və sona qədər səhv yol tutan birini başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onların rəy və təklifləri dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətinin qiymətləndirilməsində və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynayır. Bu tədbirlərlə yanaşı, rektorun göstərişi ilə fakültələrdə “Rektora məktub” qutuları qoyulub. Tələbələr, eləcə də müəllimlər və digər əməkdaşlar öz rəy və təkliflərini bu qutular vasitəsilə də rektora ünvanlaya bilərlər.

Respublikamızın hər yerində olduğu kimi, Gəncədə də, Azərbaycan Dövlət Aqrar Universitetində xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur. Karantin rejimi müddətində isə tələbələrin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” devizi ilə onlayn dərslər keçirilib. Bütün ixtisaslar daxil olmaqla əksər müəllimlər elektron kabinetlərinə daxil olaraq onlayn dərslərə qatılıblar.

İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub.
1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutda tələbə olub, "Bitki mühafizəsi" fakültəsini bitirib. 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub.

13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib.

1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.

İbrahim Cəfərov 25 iyul 2013 tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin olunmuşdur. İbrahim Cəfərov bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru idi.

3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir. Bu əsərlərdən 43-ü xaricdə, 13-ü Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap edilmişdir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 2-dir.

2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitunun nəzdində fəaliyyət göstərən FD 04.012 Müdafiə Şurasının həmsədri, və sədr müavinidır.
2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 2015-ci il tarixli 46 nömrəli əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.04.131 dissertasiya şurasının sədridir.
2016-cı ildən Qazaxstan Milli Aqrar Universitetinin fəxri professorudur

Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Son günlərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və onun rəhbərliyinin fəaliyyətinin gözdən salınması, nüfuzuna xələl gətirilməsi məqsədilə böhtan xarakterli silsilə yazılar verilmişdir. Bununla əlaqədar bildiririk ki, verilmiş yazılar həqiqəti əks etdirmir, real faktlara əsaslanmır.
Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən İbrahim Cəfərovun bir neçə vaxtdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən İbrahim Cəfərovu qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, İbrahim Cəfərov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edir. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Bütün bu göstəricilər onu təsdiq edir ki, həqiqətən də Azərbaycan Dövlət Aqrar Universitetində tədris və təlim çox yüksək səviyyədə təşkil edilib. Tələbələr dərs deyən müəllimlər mütəmadi olaraq təhsildəki yenilikləri və müasir texnologiyaları çox bacarıqla dərs zamanı tətbiq edirlər.Çünki indiki tələbə zəngin informasiya texnologiyasının əhatəsindədi. Bu mənada tələbələrdə kitaba, elmə həvəs yaratmaq üçün ən müasir metodlardan istifadə edirik.

Hər bir vətən övladının kamil, xoşbəxt yaşaması naminə xoş əməllərə dönüb ürəklərə yağması özünəməxsus mənəviyyat fəlsəfəsindən irəli gəlir.İbrahim müəllim öz işini ürəklə görməklə bərabər, imkan tapan kimi hamıya yaxşılıq edir, özü də elə ayların, illərin astanasında yaxşılıq gözündə ucalır.Bütün bu bəşəri, ülvi dəyərlərlə zaman-zaman doğma yurda, insanlara sevgi nümunəsi olan səmərəli, şərəfli bir həyat yolu yaşayır.Daxili aləmi gözəldir, cəmiyyətdə gördükləri də buna bənzəyir.Bir də canında, qanında el məhəbbətini gəzdirən nurlu şəxsiyyət şərdən-xətadan uzaq sevdalı dünyası vardır.Kim ki, haqq naminə bu dünyanın təmənnasız hərarətinə tapınır xoşbəxtlik özü gəlir onu tapır.Azərbaycanın işıqlı gələcəyinə, elə üstündə gəzdiyi torpağın taleyinə yönələn ilk uğurlarına ürəkdən sevinir, bütün eşqini, məhəbbətini uşaq yaşlarında müqəddəsliyinə vurulan müəllim peşəsinə verir. Müəllim adını, şərəfini hər şeydən uca tutmaqla xalqının mədəni, mənəvi dünyasına yadda qalan naxışlar vurur.

İbrahim Cəfərov sənətini ürəkdən sevən, ona dəyər verən, daim öyrənən və öyrətməyi bacaran təcrübəli dosent, fəlsəfə doktordur. İnsanlığın zinəti sayılan saf, ülvi dəyərləri parlaq xarakterində cəmləyən bu vətən sevdalı Azərbaycan ziyalısı özünü biləndən elə həyat yolunu xoş arzular üzrə qurmuşdur.Üzərinə düşən vəzifənin məsuliyyətini çox yaxşı bilir.Tələbələrə sonsuz sevgi göstərdiyi üçün onlar da öz direktorlarını böyük məhəbbətlə sevirlər.
Əslən, qəlbən, ruhən müəllim olan yüksək zəkası, istedadı, əxlaqi dəyərləri İbrahim müəllimə ən etibarlı yardımçı durur.Gözünün nurunu, qəlbinin hərarətini sinif otaqlarında şam kimi əridən İbrahim müəllim istər müəllim heyəti istər tələbə istərsə də rayon cammatı tərəfindən sevilir, sayılır.

İbrahim müəllimin elmə, təhsilə bağlılığı ailəsində də özünü göstərir. Yorulmadan doğma vətəninin tərəqqisi naminə çalışan, fəaliyyətində müstəqil Azərbaycanımıza dəyərli töhfə verən, yaşatmaq eşqi ilə cəmiyyətin gözündə ucalan, qəlblərdə isti yuva quran kənd təsərrüfatı elmləri doktoru
,professor İbrahim Cəfərov hər zaman hər kəs tərəfindən sevilir.

Öz işini kamil bilən gözələnd təsərrüfatı elmləri doktoru,professor , yaxşı insan olduğuna görə İbrahim müəllim qədər təhsil sahəsində hörmət, nüfuz qazanan ikinci bir adam yoxdur. Uzun illərdir müəllim peşəsini ləyaqətlə daşıyır.Əsl ziyalıya xas yüksək mənəvi-əxlaqi keyfiyyətləri, dərin zəkası, geniş dünyagörüşü həmişə ona el-oba sevgisini gətirir.Hərkəsin gözündə İbrahim müəllim ürəkdən bağlandığı millətin sabahına sözün əsl mənasında ümid çırağı, sönməz məşəldir.Xoşbəxtliyini Azərbaycan Dövlət Aqrar Universitetinin divarları arasında görməklə dəyərli ziyalı ömrünü yaşayır.

Xoş təbiəti, nəcib, mehriban xisləti dünyada ən müqəddəs peşə sayılan müəllimliyi ona gözəl yaraşdırır. Elə ziyalılıq da bu alicənab insanın daxili aləmində, mənəviyyatındadır.Məhz buna görə də İbrahim müəllimin tərbiyə verməyə təhsil sahəsində rəhbərlik kimi fəaliyyət göstərməyə mənəvi hüququ böyükdür.

İbrahim Cəfərovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Aqrar Universitetində daim müəllimlərin və tələbələrin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında İbrahim müəllimin böyük zəhməti vardır .
Bizdə bu çətin və şərəfli işində İbrahim müəllimə və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Milli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır"Google" gələn il "ağıllı" saatını təqdim edə bilərYaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf AğayevMİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətiribPrezidentin köməkçisi beynəlxalq təşkilatları minatəmizləmə məsələsində Azərbaycana dəstək verməyə çağırıbTəhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"Bakıda Vətən müharibəsi qazisinə qarşı dələduzluq edilibHikmət Hacıyev: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”Bakıda metro vaqonları istehsal ediləcək