Azərbaycanda vətəndaşların bank kartlarından pul oğurlayan “Arsenics” ləqəbli şəxs saxlanılıb

Azərbaycanda vətəndaşların bank kartlarından pul oğurlayan “Arsenics” ləqəbli şəxs saxlanılıb
  • 12-11-2021, 13:57
  • 19 dəfə oxunub
Reklam

Daxili İşlər Nazirliyi tərəfindən bank kartlarından pul vəsaitlərinin oğurlanması və elektron məlumatların onlayn yolla ələ keçirilməsi barədə vətəndaşlardan daxil olan şikayətlər əsasında əməliyyatlar davam etdirilir.

DİN-dən "Report"a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, paytaxt sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Əlizamin İslamov olan şəxs müxtəlif kibercinayətkarlıq üsullarından istifadə edərək “İnstagram” sosial şəbəkəsində “baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradıb.

O, guya internet üzərindən falçılıq xidmətləri təklif etməklə müraciət edən vətəndaşlara ödənişin onlayn qaydada olduğunu bildirib. Əlizamin İslamov səhifəyə müraciət edən şəxslərə müxtəlif bank və ödəniş saytlarının rəsmi prototiplərinə uyğun özünün hazırladığı saxta nümunələri təqdim etməklə zərərçəkənlərin kart məlumatlarını ələ keçirib. Araşdırma zamanı müəyyən edilib ki, adıçəkilən şəxs fəaliyyət göstərdiyi 5 ay ərzində ona müraciət edən 300-ə yaxın vətəndaşa məxsus kart məlumatlarını ələ keçirərək həmin hesablardan vəsaitləri açdığı elektron pul kisələrinə köçürüb.

Daha sonra şəxsi məqsədləri üçün həmin vəsaitlərlə onlayn alış-veriş edərək pulları nağdlaşdırıb. Əlizamin İslamov bu müddət ərzində vətəndaşların hesablarından 100 min manata yaxın pulu çıxararaq xüsusi proqramlar vasitə ilə ələ keçirib. Bundan əlavə Əlizamin İslamov öz qanunsuz əməllərinin miqyasını genişləndirmək, daha çox pul vəsaiti ələ keçirmək və virtual mütəşəkkil cinayətkar dəstə yaratmaq məqsədi ilə “Telegram” ani mesajlaşma tətbiqində özünə məxsus kanal yaradıb. Orada həmin şəxs kart məlumatlarını ələ keçirmək üçün kibercinayət üsulları barədə kanalın izləyicilərinə müxtəlif onlayn təlimlər keçib.

Virtual məkanda özünü “Arsenics” kimi təqdim edən kibercinayətkar saxlanıldıqdan sonra onun yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə xüsusi əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefonlar, həmçinin digər məlumat daşıyıcılarından vətəndaşlara onlayn yolla göndərdiyi mesajlar və digər sübutlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs təkzibedilməz faktlar və sübutlar qarşısında törətdiyi əməlləri etiraf edib. Qeyd olunan xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində əməliyyat-texniki və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanmadıqları şəxslərə göndərməsinlər. Bu cür hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Milli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır"Google" gələn il "ağıllı" saatını təqdim edə bilərYaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf AğayevMİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətiribPrezidentin köməkçisi beynəlxalq təşkilatları minatəmizləmə məsələsində Azərbaycana dəstək verməyə çağırıbTəhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"Bakıda Vətən müharibəsi qazisinə qarşı dələduzluq edilibHikmət Hacıyev: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”Bakıda metro vaqonları istehsal ediləcək