Sabirabad rayon Suvarma Sistemləri İdarəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Şafiq müəllimin böyük zəhməti vardır

Sabirabad rayon Suvarma Sistemləri İdarəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Şafiq müəllimin böyük zəhməti vardır
  • 19-11-2021, 00:04
  • 39 dəfə oxunub
Reklam

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin əsas vəzifəsi su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təmin etmək, suvarma suyunun bölgüsünü aparmaq, ondan səmərəli istifadə olunmasına nəzarət etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək və sahənin elmi-texniki inkişafını təmin etməkdən ibarətdir.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Sabirabad Suvarma Sistemləri İdatəsinin rəisi Şafiq Heydərovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Sabirabad Suvarma Sistemləri İdatəsinin rəisi Şafiq Heydərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.Elçin Əsədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Əsrarəngiz təbiətə malik olan Sabirabad rayonu ölkəmizin bütün bölgələri kimi günbəgün böyüyür və gözəlləşir. Son illərdə burada həyata keçirilən genişmiqyaslı, quruculuq-abadlıq tədbirləri, rayon əhalisinin sosial həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən saysız-hesabsız işlər Sabirabad rayonunun simasını daha da gözəlləşdirmiş, ona xüsusi yaraşıq bəxş etmişdir.Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Sabirabad camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur.

Ölkə başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi, neft amilindən asılılığının aradan götürülməsi üçün kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetrir.

Respublikamızın iri kənd təsərrüfatı rayonlarından olan Sabirabad Suvarma Sistemləri İdarəsinin təcrübəli rəisi Şafiq Heydərov da bu fikirdədir. O, aqrar sahənin perspektiv inkişafı barədə fikirlərini bizimlə bölüşdü: -Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiya potensialından daha dolğun istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Respublikamıza yatırılan xarici investisiyaların xeyli hissəsi bu sahənin inkişafına yönəldildi.

Hazıırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir ki, bunun da uğurlu həlli üçün idarəmizin kollektivimiz gecə-gündüz sahələrdə çalışır, suvarmanın mütəşəkkil aparılmasına öz töhfələrini verirlər. Qabaqcıl aqrar rayonlardan olan Sabirbad rayonunda da suvarmanı tələb olunan səviyyədə həyata keçirmək məqsədilə Sabirbad Suvarma Sistemləri İdarəsində əkin sahələrinin suvarılması nəzərdə tutulan tədbirlər planına uyğun uğurla yerinə yetirilir. Kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədilə, su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, diğər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün lazım olan bütün işlər görülmüşdür. İdarəmizin balansinda olan HTQ, hidropostlar və eyni zamanda nasos stansiyaları və ümumiyyətlə bütün avadanlıqlar təmir olunaraq tam işlək vəziyyətdə gətirilib. Mövcud su mənbələri istehlakçıların suvarma və komunal-texniki suya olan təlabatını tam ödəyir. Əkin sahəlrini vaxtında və səmərəli suvarma suyu ilə təmin etmək üçün işçilərimiz sahələrdə olur, suyun itkisiz təminatı üçün səylə çalışırlar. Habelə ərzaq təhlükəsizliyinin təminatını və Dövlət proqramları əsasında aqrar bölmənin dinamik və davamlı inkişafını təmin etmək üçün suvarma və meliorasiya işçiləri hətta gecə saatlarında da çalışmalı olurlar. Aqrar sahənin inkişafı, heç şübhəsizdir ki, toropaqların meliorativ qaydada əkinə yararlı hala gətirilməsindən, normal suvarma suyu ilə təminatından asılıdır. Bu həyat əhəmiyyətli işlərdə şoranlaşan torpaqlarda meliorativ işlərin aparılması, sututarların, çay və su hövzələrinin qorunması, onların təbii fəlakətlərdən hifz olunması vacib şərtdir. Əkinin mütəxəssis məsləhəti ilə aparılması fermerlərə öz işlərini daha yaxşı qurmaqda kömək etmiş olar.Hər dövrün öz tələbi var.

Müstəqillik qazandıqdan sonra respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov belə insanlardandır.
Şafiq Heydərov hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Şafiq Heydərovun həyat səlnaməsinə nəzər salanda görürük ki , o , hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O ,hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Şafiq Heydərov işlədiyi Sabirabad rayon Suvarma Sistemləri İdarəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Şafiq müəllimin böyük zəhməti vardır .
Bizdə bu çətin və şərəfli işində Şafiq müəllimə və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Milli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır"Google" gələn il "ağıllı" saatını təqdim edə bilərYaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf AğayevMİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətiribPrezidentin köməkçisi beynəlxalq təşkilatları minatəmizləmə məsələsində Azərbaycana dəstək verməyə çağırıbTəhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"Bakıda Vətən müharibəsi qazisinə qarşı dələduzluq edilibHikmət Hacıyev: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”Bakıda metro vaqonları istehsal ediləcək