Xəqani Məmmədov : Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib.

Xəqani Məmmədov : Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib.
  • 21-11-2021, 00:07
  • 36 dəfə oxunub
Reklam

Siyəzən Rayon Polis Şöbəsinə rəisi, polis polkovniki Xəqani Məmmədov : Ölkənin ən çətin dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası (YAP) respublikamızın ictimai-siyasi həyatında yeni mərhələnin, yeni tarixin başlanğıcını qoyub. Hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına xidmət edən YAP bölgədə ən güclü siyasi qüvvəyə, ümumxalq partiyasına çevrilib.

29 il əvvəl “91-lər”in ulu öndər Heydər Əliyevə müraciəti müasir tariximizdə xüsusi önəm kəsb edir. Bu, müstəqilliyini yenidən əldə edən ölkəmizin düşdüyü ağır vəziyyətdən çıxmasına şans yaradan əlamətdar hadisədir. Ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə böyük hədəfləri məqsəd qoyan partiyanın yaradılması və ölkəmizi sevən insanların Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan Heydər Əliyev şəxsiyyəti ətrafında birləşməsi bugünkü Azərbaycanın inkişafında, güclənməsində müstəsna rol oynamaqla tarixə qızıl hərflərlə yazılıb. YAP-ın yaranması müasir Azərbaycan tarixinin mühüm səhifələrindən biridir.


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi, 1992-ci il noyabrın 20-də Yeni Azərbaycan Partiyası təsis olunarkən sədr seçilməsi, 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi və nəhayət 1993-cü il oktyabrın 3-də xalqımızın böyük dəstəyini qazanaraq Prezident seçilməsi kimi hadisələrin hər biri Azərbaycan xalqının müdrikliyinin və Ulu Öndərə olan inamının göstəricisidir. Xalqımız yaxşı bilirdi ki, ölkənin gələcəyi yalnız dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə uğurlu olacaq. Çünki, SSRİ dövründə də xalqımız qarşısında misilsiz xidmətləri olan böyük siyasətçi daim vətənin, millətin mənafeyini üstün tutub.

“Ulu öndər Heydər Əliyevin çoxillik fəaliyyəti siyasi məktəbə çevrilib. Heydər Əliyev məktəbinin ən parlaq nümunəsi isə onun siyasi varisi İlham Əliyevdir. Prezident İlham Əliyev sözügedən siyasi kursu daha da inkişaf etdirərək xalqımızın əmin-amanlığı üçün böyük işlər görüb və onun bu missiyası uğurla davam etməkdədir. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”, - deyə qeyd etməklə dahi siyasətçi Heydər Əliyev Azərbaycan xalqına gələcək günlərin anonsunu vermişdir. Zaman keçdikcə bu fikrin reallığa çevrilməsinin şahidi olduq. Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi müddətində də xalqın inamını doğrultmuş, onların sevgisini qazanmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki Qələbə isə bütün dünyaya Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə inkişaf etmiş Azərbaycanın gücünü göstərdi.

Bir neçə siyasi mərhələni müsbət nəticələrlə yekunlaşdıran Yeni Azərbaycan Partiyası bu gün də daha böyük hədəflərlə öz fəaliyyətini uğurla həyata keçirir. Tarix Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olmasını sübut etdi.

Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Ulu Öndər Heydər Əliyevin qurucusu olan YAP bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. 500 mindən artıq üzvü olan YAP dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Dünyanın sağ mərkəzçi hakim partiyaları ilə YAP-ın geniş və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan da, qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir.

Lakin bu inkişafı gözü götürməyən, özlərini müxalifətçi kimi təqdim edən qaragüruhçu qüvvələr də mövcuddur ki, onların ümumilikdə, hansı amal və ideya uğrunda mübarizə aparmaqları böyük sual altındadır və bu sualı, problemləri özləri-özlərinə yaratmaqla varlıqlarını nümayiş etdirməyə cəhd edirlər. Ancaq xalq onlardan yana deyil. Çünki xalqın inam simvolu olan Yeni Azərbaycan Partiyası mövcuddur və bu təşkilatın formalaşmasında, inkişafında təməl qoyan da məhz bu xalqın nümayəndələridir. Aydındır ki, müxalifət partiyalarını nə ayrılıqda, nə də birlikdə hər hansı formada Yeni Azərbaycan Partiyası ilə müqayisə etmək mümkün deyil. Yeni Azərbaycan Partiyası hazırda Azərbaycanda və Cənubi Qafqaz regionunda ən mütəşəkkil, nüfuzlu, kütləvi, mütərəqqi siyasi təşkilatdır. Populyarlığına, reytinqinə, cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə gedən bu partiyanın siyasi qüvvə kimi ölkədə real, ciddi alternativi yoxdur.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Milli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır"Google" gələn il "ağıllı" saatını təqdim edə bilərYaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf AğayevMİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətiribPrezidentin köməkçisi beynəlxalq təşkilatları minatəmizləmə məsələsində Azərbaycana dəstək verməyə çağırıbTəhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"Bakıda Vətən müharibəsi qazisinə qarşı dələduzluq edilibHikmət Hacıyev: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”Bakıda metro vaqonları istehsal ediləcək