Mehman Əliyev : Yeni Azərbaycan Partiyası Xalqın Partiyasıdır !

Mehman Əliyev : Yeni Azərbaycan Partiyası Xalqın Partiyasıdır !
  • 21-11-2021, 00:10
  • 38 dəfə oxunub
Reklam

Quba rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev : Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı.

Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli böhran vəziyyətinə çatdırdılar.

Ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Partiyanın yaranması ideyası təsadüfdən yaranmadı. Öncə partiya yaratmaq haqda fikir yox idi. Belə bir mövqe var idi ki, Heydər Əliyevə prezident seçkilərində iştirak etmək üçün dəstək verilsin.

Belə olduqda, qərara gəlindi ki, xalqı təşkilatlandırmaq lazımdır. Tək-tək insanlar xalqı təşkil edə bilməzdi. Bu təşkilatçılıq işini ancaq Heydər Əliyevin partiyası təşkil eləyə bilərdi. Bu məqsədlə də partiyanın yaranması ideyası ortalığa atıldı.

Müxtəlif nümayəndə heyətləri Heydər Əliyevin yanına getdi, müzakirələr aparıldı. Ulu öndər özü də bildirirdi ki, O, nəinki partiya yaratmaq, heç partiya üzvü olmaq da istəmir. O, 1991-ci ildən ərizə yazıb Kommunist Partiyasından çıxmışdı.

O zaman çox ağır durum yaranmışdı. Ölkə çoxsaylı problemlərlə üz-üzə qalmışdı. Bütün sahələrdə böhran başlamışdı və Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. Bunları nəzərə alan Heydər Əliyev partiya yaradılmasına qol qoydu.

Heydər Əliyevdən əvvəlki prezidentlərin adamları, qarşılarına liderlərinin prezident seçilməsini qoymuşdular və cidd-cəhdlə buna çalışırdılar. Lakin bu, baş tutmadı və Ulu öndər xalqın tələbi ilə hakimiyyətə gəldi.

Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 29 ili ərəfəsindəyik. 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadirdir. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi.

"Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir.Hesab edirəm ki, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün, nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınan bir siyasi təşkilatdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası hər zaman, qeyd-şərtsiz, qarşısına qoyulan vəzifələri yerinə yetirir.



FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Milli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır"Google" gələn il "ağıllı" saatını təqdim edə bilərYaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf AğayevMİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətiribPrezidentin köməkçisi beynəlxalq təşkilatları minatəmizləmə məsələsində Azərbaycana dəstək verməyə çağırıbTəhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"Bakıda Vətən müharibəsi qazisinə qarşı dələduzluq edilibHikmət Hacıyev: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”Bakıda metro vaqonları istehsal ediləcək