Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 52 100,5 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 86,4%-i və yaxud 45 025,1 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,6 %-i və yaxud 7 075,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 840,3 milyon dollar və yaxud 1,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 798,7 milyon dollar və yaxud 1,8 %, AMB-nin valyuta ehtiyatlarında isə 41,6 milyon dollar və yaxud 0,6 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 166,8 milyon dollar və yaxud 4,3% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 460,8 milyon dollar və yaxud 3,4 %, AMB-nin valyuta ehtiyatları isə 706 milyon dollar və yaxud 11,1 % artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları
(milyon ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları
(milyon ABŞ dolları)
01.01.2022
45 025,1
7 075,4
52 100,5
01.10.2021
44 226,4
7 033,8
51 260,2
01.07.2021
44 104,9
6 455,3
50 560,2
01.04.2021
42 761,3
6 356,2
49 117,5
01.01.2021
43 564,3
6 369,4
49 933,7