İmişlidə axtarışda olan qadın narkotacir saxlanılıb

İmişlidə axtarışda olan qadın narkotacir saxlanılıb
  • 10-02-2022, 03:00
  • 67 dəfə oxunub
Reklam

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bəhrəmtəpə qəsəbə sakini Yadigar Nəsirov saxlanılıb, onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, dindirilmə zamanı Y.Nəsirov narkotik maddəni tanışı Füzuli adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər dəfələrlə narkotiklərə görə məhkum olunmuş Füzuli Gəncəliyev də saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə keçirilən baxış zamanı isə sellofan bükümlərdə “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin, eləcə də iki ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən F.Gəncəliyevin evində axtarış aparılan zaman Cinayət Məcəlləsisin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə axtarışda olan İmişli rayon sakini Aytac Əhmədova da aşkarlanıb və o, saxlanılaraq RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub