AAYDA Salyan rayon "44 saylı Yol istismarı" MMC-nin rəisi Fəqan müəllim öhdəsinə düşən bütün işləri layiqincə yerinə yetirir.

AAYDA Salyan rayon
  • 26-01-2022, 12:25
  • 67 dəfə oxunub
Reklam

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.

Tam məsuliyyət və qürurla deyə bilərik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Salyan rayon "44 saylı Yol istismarı" MMC-nin rəisi Fəqan müəllim belə insanlardandır.
Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

Doğrudan da, insan çalışdığı sahənin mahiyyətini dərindən anladıqda və məsləkinə sadiq qaldıqda harada işləməsindən asılı olmayaraq əldə etdiyi nəticələr uğur ünvanlı olur.Fəqan müəllimin həyat yoluna nəzər saldıqda fikrimizdə nə qədər doğru olduğumuzu bir daha anladıq. İstənilən bir məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmaq lazımdır. İradə elə bir keyfiyyətdir ki, o istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə xırda maraqlar, mənasız istəklər üzərində qələbədir. Fəqan müəllim məhz öz iradəsi sayəsində öz yolunu tapdı, iradəsi sayəsində öz işlərini hər zaman tərifəlayiq gördü. Adətən rəhbər vəzifələrdə işləyənlərlə bağlı "Yaxşı adam" ifadəsi çox az işlədilir. Bəs niyə ona yaxşı adam deyirlər? Harada, hansı vəzifədə işləyibsə onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı? Əlbəttə olardı. Ancaq xalq seçim edəndə yanılmır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Salyan rayon "44 saylı Yol istismarı" MMC-nin rəisi Fəqan müəllim heç bir təqdimatsız, heç bir mübaliğəsiz və nəhayət heç bir tapşırıqsız özü üçün əməllərinə, şəxsiyyətinə, qabiliyyətinə yaraşan bir ad qazanıb və bu adı zaman-zaman qoruyub saxlayır. Xalqın rəğbətini qazanmaq, təmiz adı qoruyub saxlamaq o qədər də asan deyil.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Salyan rayon "44 saylı Yol istismarı" MMC-nin rəisi Fəqan müəllimin uğurlu xidmətləri sayəsində Salyan rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Salyan rayonunda da uğurla davam etdirilir.
Fəqan müəllimin rəhbərliyi ilə Salyan rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün Fəqan müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Fəqan müəllimin güclü idarəetmə bacarığı sayəsində "44 saylı Yol istismarı" MMC qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Fəqan müəllimin kollektivi Salyanda yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Salyan sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.

Öz zəngin və səmərəli işi ilə ilk gündən salyanlıların dərin hörmətini və rəğbətini qazanmış Fəqan müəllimin gördüyü işlərdən çox danışmaq, çox yazmaq olar. Buna o qədər də ehtiyac yoxdur. Salyana gələnlər bunun əyani şahidi olur, reallıq olduğunu görürlər. Bir şeyi də qeyd edim ki, Fəqan müəllimin nə mənim, nə də başqalarının tərifinə ehtiyacı yoxdur. Sadəcə olaraq onun gördüyü bütün işlər özlüyündə tərifə layiqdir.

Ona etibar edilən bütün işlərdə Fəqan müəllim özünü doğruldub. Bizdə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq hörmətli Fəqan müəllimə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub