Doğru qərarları ilə seçilən içimizdən biri - Mirhəsən Seyidov

Doğru qərarları ilə seçilən içimizdən biri - Mirhəsən Seyidov
  • 30-01-2022, 00:00
  • 90 dəfə oxunub
Reklam

Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Neftçala rayonuna yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov belə insanlardandır.

M.Seyidov ictimai fəaliyyətə 2005-ci ildən başlayıb. O, 2014-cü ilin 27 iyununda “İrəli” İctimai Birliyinin sədri seçilib.
2017- ci il 21 sentyabrından Təhsil Nazirliyinin Müşahidə Şurasının üzvüdür.
2018-ci ilin 8 yanvarından etibarən Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə, 2019-cu ilin 13 oktyabr tarixindən etibarən Türk Şurası Gənclər Platformasının Prezidenti vəzifəsinə təyin olunub.
2019-cu ilin 22 oktyabrından etibarən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura üzvü vəzifəsinə təyin edilib.


Mirhəsən Seyidov dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət edən bir icra başçısıdır.Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun həyat səlnaməsinə nəzər salanda görürük ki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur .

Neftçalaya rəhbər təyin olunduğu gündən sakinlərin qeydinə qalır, onların hər bir problemində yanında olub, öz işinin uğurları və humanistliyi ilə hər bir kəsin sevgisini qazanmışdır.Mirhəsən müəllim təyin olunduğu müddətdə Neftçala rayon İcra Hakimiyyətində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması bir başa Mirhəsən müəllimin zəhməti sayəsində başa gəlib.

Neftçalanın sakinləri ilə sorğu apardıqda az müddətdə başçı təyin olunmasına baxmayaraq hər kəs ondan ağız dolusu danışdı. Hər kəs yaxşı ki Mirhəsən Seyidovun bu vəzifəyə təyin olunmasını söylədilər.

Bunlardan biri də Neftçala rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovdur. Mirhəsən Mirheydər oğlu Seyidov 2020-ci il 5 mart tarixində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir Daim səmimiliyi ilə, savadı və bacarığı ilə seçilən Mirhəsən müəllim digərlərindən fərqləndirən əsas cəhət sözünə bütov olması, vətəndaşlarla təmas qurmağa maraqlı olması, fəaliyyətində açıq, şəffaf olmasıdır.

Yadımdadır, vaxt var idi ki, rayon icra hakimiyyətinin binası əksər hallarda şikayətçilərlə əhatə olunurdu. Günün hansı vaxtında getsən giley-güzar edən, hay-küy salan, yardım istəyən adamlara rast gəlirdik. İndi tamam başqa mənzərədir.Neftçalada hərə öz işi ilə məşğuldur. İcra hakimiyyəti aparatında da hər kəs vəzifəsini bilir, ona uyğun hərəkət edir.

Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil adamlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, Neftçala rayon İcra hakimiyyətinin başçısı Mirhəsən Seyidov bu ada rayonunda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb.

Bu gün respublikamızın hər yerində olduğu kimi, Neftçala rayonunda da tikinti-quruculuq və abadlıq işləri davam etdirilir. Abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.

Artıq Neftçalaya keyfiyyətli və dayanıqlı içməli suyun verilməsinə başlanılıb
Qeyd edək ki, son illər müşahidə olunan quraqlıq səbəbindən 2020-ci ilin yay aylarında Kür çayında su səviyyəsinin azalması və Xəzər dənizi suyunun çay suyuna qarışması nəticəsində Neftçala şəhəri və rayonun 30-dan artıq kəndinə Kür mənbəyindən içməli suyun verilməsi dayandırılıb. Yaranmış problemin həlli məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər çərçivəsində əhalinin içməli suya olan tələbatı alternativ yolla ödənilirdi.

Neftçalalılar hər zaman istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstərmişlər. I Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında, o cümlədən Vətən müharibəsində 40 nəfər şəhidlik zirvəsinə yüksəlmişdir. Neftçala rayonunda şəhid ailələri ilə yanaşı Vətən Müharibəsi qaziləri də daim diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti Mirhəsən Seyidov başda olmaqla, aidiyyəti digər rayon təşkilat rəhbərləri ilə birlikdə belə ailələrə baş çəkilir, problemləri öyrənilir və yerində maddi- mənəvi dəstək göstərilir.

Neftçalada karantin qaydalarının pozulmasına qarşı reydlər də tam sürətlə davam etdirilir.Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyəti yanında yaradılan "mobil qrup” tərəfindən rayonun mərkəzində, qəsəbə və kəndlərdə əhalinin sıx toplaşdığı obyektlərdə, marketlərdə və digər sıxlıq təşkil edən ərazilərdə növbəti dəfə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. ⠀⠀⠀⠀

Neftçalada karantin qaydalarının pozulmasına qarşı reydlər də tam sürətlə davam etdirilir.Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyəti yanında yaradılan "mobil qrup” tərəfindən rayonun mərkəzində, qəsəbə və kəndlərdə əhalinin sıx toplaşdığı obyektlərdə, marketlərdə və digər sıxlıq təşkil edən ərazilərdə növbəti dəfə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. ⠀⠀⠀⠀
⠀⠀⠀⠀
Xüsusi karantin rejiminin davam etdirilməsi ilə əlaqədar ticarət obyektlərində maskadan və digər qoruyucu vasitələrdən istifadə olunmaq tövsiyyə olunub.

Həmçinin rayonda koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, vətəndaşlar tərəfindən xüsusi karantin rejiminə riayət olunması, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların daim diqqətdə saxlanılması, eyni zamanda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.Əhaliylə tez-tez onlayn qəbullar keçirən Mirhəsən Seyidov onların qeydinə qalaraq bir-başa videokonfranslarla rayonun dövlət qurumlarına tapşırıqlar verir.



Məlum olduğu kimi, şəhər və rayon icra hakimiyyətlərinin başçılarını təyin etmək dövlət başçısının sərəncamında olan məsələdir. Prezident İlham Əliyevin kadr siyasətinin təhlili göstərir ki, heç bir seçim arqumentsiz deyil, bütün siyasi kurs, aparılan islahatlar olduğu kimi, bu dəyişikliklər də elmi və praktik bazaya, ciddi arqumentlərə əsaslanır.
Bəs gəlin görək Mirhəsən Seyidovun Neftçala rayonuna təyin olunması hansı səbəblərdən təsadüfi deyil və nəyə görə sakinləri qane edir?

Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiq hesab olunur. İlk növbədə o qeyd edilməlidir ki, gəncliyin potensialı daha çoxdur və o, özünü reallaşdırmağa meyillidir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərir. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər. Məhz bu baxımdan gənc kadrlara dövlət rəhbərliyinin göstərdiyi etimad mühüm əhəmiyyət kəsb edir.

Mirhəsən Seyidov gənc kadr olduğundan bu sadaladığlarımızın hamısı onda birləşib.

Mirhəsən Seyidov kimi icra başçılarının xalqın firavan gələcəyi naminə gördüyü işlər heç şübhəsiz ki, dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Kütləvi informasiya vasitələri nümayəndələri də onun fəal dövlət məmuru olduğunu hər zaman xüsusilə qeyd edirlər. Sakinləri ilə daim maraqlanmaqla, onlarla sıx-sıx görüşməklə yanaşı, o, həm də bir-başa videokonfranslarla ümummilli məsələlərə bağlı önəmli fikirlər ortaya qoyur.

Neftçala rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Təyin olunması 2 il olmasına baxmayaraq Mirhəsən Seyidov bu qədər işin öhdəsindən peşəkar səviyyədə gəlir. Gördüyü işlərin çətinliyini, məsuliyyətini dərk edən Mirhəsən Seyidov və kollektivinə "İqtisad.org" müstəqil xəbər portalı olaraq uğurlar arzu edirik !

⠀⠀⠀⠀




FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub