Zəhmətkeş və prinsipial insan - AAYDA Cəlilabad 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra həyatın bütün sahələrində olduğu kimi, nəqliyyat-yol sektorunun fəaliyyətində də tənəzzülə son qoyuldu. Ulu öndərin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri də məhz yol təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının parlaq təzahürü idi.
AAYDA Cəlilabad 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimovun uğurlu xidmətləri sayəsində onların Cəlilabad rayonunda iş apardığı küçələr, yollar əsaslı şəkildə təmir olunub. İdarə üçün əsas hədəf sakinlərin, qonaqların rahat hərəkəti üçün yolların bərpasıdır. Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Eləcə də AAYDA Cəlilabad 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov da bunu əsas tutaraq gördüyü işləri mükəmməl şəkildə icra edir. Onun sayəsində yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.AAYDA Cəlilabad 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimovun uğurlu xidmətləri sayəsində Cəlilabad rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub.
Bu gün Xudayar müəllim var gücü ilə çalışır ki, yol sarıdan insanların problemi olmasın. Cəlilabaddda hamıya məlumdur ki,Xudayar Rəhimovun güclü idarəetmə bacarığı sayəsində Cəlilabad Yol İstismar İdarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb.
Xudayar Rəhimov hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir . Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir. Xudayar Rəhimovun həyat səlnaməsinə nəzər salanda görürük ki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır. O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Xudayar müəllim və kollektivinə "İqtisad.Org" xəbər portalı olaraq uğurlar arzu edir, müvəffəqiyyətlər diləyirik.