Gərgin əməyi, çətin və məsuliyyətli qərarları ilə hər kəsin etimadını qazanmış bir şəxsiyyət , AAYDA-nin Bərdə rayon 43 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi İlham Əzimov

Gərgin əməyi, çətin və məsuliyyətli qərarları ilə hər kəsin etimadını qazanmış bir şəxsiyyət , AAYDA-nin Bərdə rayon 43 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi İlham Əzimov
  • 10-02-2022, 02:32
  • 141 dəfə oxunub
Reklam

Bərdə rayon 43 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi İlham Əzimov

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimdir?

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən -AAYDA-nin Bərdə rayon 43 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi İlham Əzimov barədə bəhs edəcəyik.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.

AAYDA-nin Bərdə rayon 43 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi İlham Əzimovun uğurlu xidmətləri sayəsində Bərdə rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub. Gözəl, gəlişli-gedişli rayonlarımızdan biri olan Bərdə rayonuna gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir. Hazırda da rayonun kəndlərinə gedən yollarda təmir-bərpa işləri görülür.

Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Bərdə rayonunda da uğurla davam etdirilir.

AAYDA-nin Bərdə rayon 43 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi İlham Əzimov hər zaman xalqa – millətə, dövlətə - dövlətçiliyə, Ulu Öndərin ideyalarına, onun laiqli davamçısı İlham Əliyev cənablarına bağlı olan şəxs kimi, onların siyasikursuna sədaqətlə xidmət etmişdir. İlham müəllimin həyat səlnaməsinə nəzər salanda görürük ki, o hər zaman işinə vicdanla yanaşaraq vəzifəsinin öhdəsindən layiqincə gələrək, rəhbərliyin və rəhbərlik etdiyi kollektivin rəğbətini qazanıb.

İlham müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, İlham Əzimovun güclü idarəetmə bacarığı sayəsində Bərdə rayon 43 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə İlham Əzimovun kollektivi Bərdədə yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Bərdə sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.

Biz də "İqtisad.Org" xəbər portalı olaraq AAYDA-nin Bərdə rayon 43 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi İlham Əzimova və kollektivinə uğurlar arzu edirik !

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub