Sevimli müəllim, dərin alim, qayğıkeş valideyn, dəyərli, ziyalı şəxsiyyət,etibarlı dost - Xudayar Sultanlı

Sevimli müəllim, dərin alim, qayğıkeş valideyn, dəyərli, ziyalı şəxsiyyət,etibarlı dost  - Xudayar Sultanlı
  • 14-02-2022, 20:59
  • 84 dəfə oxunub
Reklam

Dünyada elə şəxsiyyətlər var ki, onlar öz yaradıcılıqları ilə təkcə bir nəslin deyil, bir neçə nəslin formalaşmasında mühüm rol oynayır. Bu insanlar bütün həyatını müəyyən bir amal üzərində qurur, daim axtarışda olur, öz fəaliyyətləri ilə xalqın yoluna işıq salırlar.
Belə insanlar sanki həyatda özü üçün yox,özgələri üçün yaşayırlar.Bu kimi şəxsiyyətlər zamanın sınağından keçib və zirvədə dayanıblar.
Bu zirvədə dayanmağı bacarmağın özü də bir fədakarlıqdır. Bunu bacaranlar təkcə valideynlərinin övladı olmurlar, onlar bir elin-obanın sevimlisinə çevrilirlər. Belə insanlar xoşbəxtdirlər.

Belə insanlardan biri də, Azərbaycan Dövlət Pedaqoji Univeristeti Cəlilabad filialına rəhbərlik edən dosent, fəlsəfə doktoru Xudayar Sultanlıdır.

Sadəliyi, səmimiliyi, təmkinliyi, nəcibliyi, ciddiliyi ilə həmişə fərqlənən Xudayar Sultanlı həyatda sevimli müəllim, dərin alim, qayğıkeş valideyn, dəyərli ziyalı, etibarlı dost statusunu qazanmışdır. Nə qədər qəribə səslənsə də, belə insanlar haqqında danışmaq istəyəndə söz tapmaq çətinləşir.

Dünyanın hansı nöqtəsindən baxsaq müəllim zirvəsini hər zaman uca görərik. Və bəşəriyyətin nicatının, qurtuluşunun yalnız elm olduğunu bizə təlqin edən insanlara bu gün bütün dünyada təzim edir, onlara sözün əsl mənasında xilaskar kimi baxırlar. Əbəs yerə deməyiblər insanın yaddaşına ona pisi və yaxşını öyrədən ömürlük həkk olur. Müəllim cəmiyyətin memarıdır. Bütün peşə sahibləri nəyisə ərsəyə gətirmək üçün bilik və bacarığını səfərbər edirlər. Müəllimin isə şah əsəri bilik verib sabahına işıq tutduğu, cahillikdən, nadanlıqdan qurtardığı, sözün əsl mənasında, çörək verdiyi mənəm, sənsən, odur, bizik. Yəni bəşəriyyət ona möhtacdır.

Xudayar müəllim dostluqda çox möhkəm, pis gündə adamın arxasında duran, bu yolda heç bir çətinlikdən qorxub çəkinməyən mərd insandır.Bütün varlığı ilə pedaqoji sahəyə bağlı olan, mənəvi-əxlaqi keyfiyyətləri ilə bir çoxlarından seçilən Xudayar müəllim hər zaman öz üzərində yüksək məsuliyyət hiss etmiş, bütün sahələrdə etimadı doğrultmuşdur. Saysız-hesabsız tələbələrə rəhbərlik edən Xudayar Sultanlı hamı tərəfindən qayğıkeş insan, mehriban müəllim-ata, sevimli dosent, fəlsəfə doktoru kimi tanınır.

Azərbaycan Dövlət Pedaqoji Univeristeti Cəlilabad filialı ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasında Təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. AMİ və onun filialları ulu öndər H.Əliyevin 15 iyun 1999-cu il tarixli 168 saylı sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın tələblərindən irəli gələrək fəaliyyətə başlamışdır. Filial əhalisinin sayı 220 mindən çox olan Cəlilabad rayonunda yerləşir və regionda pedaqoji kadr hazırlığı və ömürboyu təhsili reallaşdırmaq məqsədi ilə gələcəyə proqnozlaşdırılmışdır. Az müddətdə filialda yüksək ixtisaslı professor-müəllim heyəti formalaşmışdır: - 2 elmlər doktoru, 1 professor - 10 fəlsəfə doktoru, 4 dosent, 2 dosent əvəzi - 5 elmlər doktoru proqramı üzrə dissertant - 12 fəlsəfə doktorluğu üzrə dissertant - 12 magistr - 5 baş müəllim - 3 əməkdar müəllim - 2 “Tərəqqi medalı” ilə təltif olunmuş əməkdaş - 1 “Qabaqşıl təhsil işçisi” medalı ilə təltif edilmiş əməkdaş Professor-müəllim heyətinin orta yaş həddi 46-dır. Filialın fəaliyyətinə ümumi rəhbərliyi direktorun sədr olduğu seçkili orqan-pedaqoji şura həyata keçirir. Filiala bilavasitə rəhbərliyi direktor həyata keçirir. Direktor Təhsil Nazirinin əmri ilə vəzifəyə təyin edilmişdir. Filiala rəhbərliyi dosent, fəlsəfə doktoru Xudayar Həzərxan oğlu Sultanlı edir. O, Elmi Şuranın sədridir, təşkilati, tədris-tərbiyə, elmi işlərə ümumi rəhbərlik edir və filialın ayrı-ayrı struktur bölmələri arasında əlaqəni tənzimləyir.

O, 2011-ci ilin may ayından bu vəzifəyə təyin olunub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə «Tərəqqi medalı» ilə təltif edilmişdir.
Xudayar müəllim 1964-cü ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almışdır. Hələ məktəb illərindən elmə, təhsilə olan bağlılığı onu ali təhsil almağa və daha sonra təhsilini davam etdirərək alimlik dərəcəsi almağa sövq etmişdir.

Tələbələrinə Vətən uğrunda ölməyi, vuruşmağı, onlara müstəqilliyi qanı bahasına almağı və qorumağı da öyrətməyi peşəkarlıqla bacaran Xudayar müəllim əsl vətənpərvərlik hissləri ilə dolu olan bir şəxsiyyətdir.

Xudayar müəllim anadan müəllim kimi doğulub. Auditoriyada onun sanki “ikinci nəfəsi” açılır. Öyrətdikcə öyrətmək istəyir. Öyrətməkdən həzz alır. Səlis nitqi, analitik qabiliyyəti, hadisələri müqayisəli təhlil etməsi, dialoq və diskussiya ilə dərsi canlandırmaq bacarığı tələbələrin ona valehedici tərzdə qulaq asması ilə nəticələnir. Hələ olmayıb ki, Xudayar müəllim auditoriyadan zəng vurulan anda çıxsın. Hər dəfə dərs bitəndən sonra tələbələrin ona suallar verdiyini və onun da aramla bu suallara cavab verməsini izləmək olar.Adətən, müəllimlər dərsdən çıxanda yorğun görünürlər. Bu Xudayar müəllimə xas deyil. O, auditoriyadan çıxanda sifətində məmnunluq hissi, gözlərində sevinc olur. Çünki o, insanlara nəsə öyrətməkdən həzz alır.Əslən, qəlbən, ruhən müəllim olan yüksək zəkası, istedadı, əxlaqi dəyərləri Xudayar müəllimə ən etibarlı yardımçı durur.Gözünün nurunu, qəlbinin hərarətini sinif otaqlarında şam kimi əridən Xudayar müəllim istər müəllim heyəti istər tələbə istərsə də rayon cammatı tərəfindən sevilir, sayılır.

"İqtisad.Org" xəbər portalı olaraq , biz də bu şərəfli, ləyaqətli, sarsılmaz, uca və məsuiliyyətli peşəsində Xudayar müəllimə uğurlar və müvəffəqiyyətlər diləyir, uzun ömür can sağlığı arzu edirik.



FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub