AZAL və törəmə şirkəti ötən ay 120 minə yaxın sərnişin daşıyıb

Bu ilin yanvar ayında "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" birlikdə 119 min sərnişin daşıyıb.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, bunun 91 mini AZAL-ın özünün, 28 mini isə "Buta Airways"in payına düşüb.
Bunlar Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının müvafiq olaraq 39,1 %-ni və 12,1 %-ni təşkil edib.
FaceBook Şərh Yaz