Təhsil naziri məktəblərdə neqativ videoların çəkilib paylaşılmasına münasibət bildirib

Təhsil naziri məktəblərdə neqativ videoların çəkilib paylaşılmasına münasibət bildirib
  • 27-02-2022, 01:01
  • 36 dəfə oxunub
Reklam

Təhsil naziri Emin Əmrullayev son günlər təhsil müəssisələrindən yayılan videogörüntülərə münasibət bildirib.

"Report" xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən nazir deyib:

"Videolar və bu tip məsələlərə gəlincə, deyə bilərəm ki, təhsil sistemi çox böyük bir sistemdir. 1 milyon 600 min şagird, 200 mindən artıq müəllim təkcə ümumtəhsil müəssisələrindədir. 200 mindən bir qədər az məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar, 30-40 minə yaxın orada işçilər var. Ümumilikdə, biz gün ərzində hər gün təxminən 3-4 milyona yaxın insanın təhsillə ünsiyyətini görürük. Təbii ki, bu adamların arasında hansısa münaqişələr, öz aralarında problemlər yaşanır. Bunları videoya çəkib geniş ictimaiyyətə təqdim etməklə təhsilin indiki vəziyyətini məncə təsvir etmək doğru deyil".

Nazir əlavə edib ki, azərbaycanlı şagirdlər son illərdə 304 beynəlxalq olimpiadada medal qazanıb:

"Amma nədənsə biz həmin şagirdlərin videolarını çəkib sosial mediada böyük həvəslə paylaşmırıq. Onlar da azərbaycanlı şagridlərdir və dövlətimzin adını və bayrağını ucalara qaldırıblar. Təbii ki, nadinc uşaqların, partanın üzərinə çıxan uşaqların bu davranışları problemdir. Amma bu, məktəbdaxili problemdir. Bu, şagird davranışı problemdir. İki insan arasında olan münaqişəni ölkənin ən vacib gündəminə çevirməkdə böyük bir fayda görmürəm. İnanmıram ki, bu videoların bu və digər formada, bu miqyasda və bu çapda müzakirəsi bizim cəmiyyətimizi və ölkəmizi irəli aparır. Bu videoların hansısa bir formada nümunə olmasını da uyğun hesab etmirəm".

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub