Yeni hazırlanan məktəb-şagird qaydalarının bəzi detalları açıqlanıb

Yeni hazırlanan məktəb-şagird qaydalarının bəzi detalları açıqlanıb
  • 27-02-2022, 01:01
  • 36 dəfə oxunub
Reklam

"Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi üçün bölgələr üzrə İşçi qruplar yaradılıb".

Bunu "Report"a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, müxtəlif bölgələr üzrə İşçi qruplarının seçilməsində məqsəd hər bir bölgənin şagird-valideyn mentalitetinin fərqli olmasıdır: "Hazırda işlər gedir. Artıq bir dəfə böyük toplantı keçirilib. Bu ayın sonunda növbəti iclas olacaq. Məqsəd ortaq rəyləri almaq, düzgün qərar verərək səliqəli sənədlərin, nizam-intizam qaydalarının hazırlanmasıdır".

Sektor müdiri qeyd edib ki, hədəf həmin qaydaların kağız üzərində qalmaması, tətbiq edilə bilən olmasıdır: "Valideynin məktəbdən gözləntisi, məsuliyyəti, səlahiyyəti, hansı halda məktəbin işinə müdaxilə edə biləcəyi və s. məsələlərin tənzimlənməsini istəyirik. Bəzən valideynlər haqlı olaraq məktəblərdən nəsə tələb edir. Bu zaman da məktəb rəhbərliyi hesab edir ki, bu valideynin işi deyil. Bəzən də bunun əksi baş verir. Biz də bu proseslərin nizamlanmasını qaydalar çərçivəsində həyata keçirilməsini istəyirik.

İşçi qruplara göstəriş vermişik ki, hazırlanan maddələr əlçatan və tətbiqedilən olsun. Bu qaydalar həm şagird, həm valideyn, həm də məktəb rəhbərliyi üçün maraqlı olsun. Bir sözlə bütün yeni qaydalar məktəb, valideyn, müəllimyönümlü yox, şagirdlərin maraqlarına xidmət edən olmalıdır".

Qeyd edək ki, növbəti tədris ili başlayanadək yeni nümunəvi qaydaların təqdim olunması planlaşdırılır.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub