Quba rayon Suvarma Sistemləri İdarəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Süleyman müəllimin böyük zəhməti vardır

Quba rayon Suvarma Sistemləri İdarəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Süleyman müəllimin böyük zəhməti vardır
  • 11-03-2022, 09:58
  • 141 dəfə oxunub
Reklam

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin əsas vəzifəsi su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təmin etmək, suvarma suyunun bölgüsünü aparmaq, ondan səmərəli istifadə olunmasına nəzarət etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək və sahənin elmi-texniki inkişafını təmin etməkdən ibarətdir.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Quba Suvarma Sistemləri İdatəsinin rəisi Süleyman Kərimovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Quba Suvarma Sistemləri İdarəsinin rəisi Süleyman Kərimov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.Elçin Əsədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Əsrarəngiz təbiətə malik olan Quba rayonu ölkəmizin bütün bölgələri kimi günbəgün böyüyür və gözəlləşir. Son illərdə burada həyata keçirilən genişmiqyaslı, quruculuq-abadlıq tədbirləri, rayon əhalisinin sosial həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən saysız-hesabsız işlər Quba rayonunun simasını daha da gözəlləşdirmiş, ona xüsusi yaraşıq bəxş etmişdir.Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Quba camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur.

Ölkə başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi, neft amilindən asılılığının aradan götürülməsi üçün kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetrir.

Respublikamızın iri kənd təsərrüfatı rayonlarından olan Quba Suvarma Sistemləri İdarəsinin təcrübəli rəisi Süleyman Kərimov da bu fikirdədir. O, aqrar sahənin perspektiv inkişafı barədə fikirlərini bizimlə bölüşdü: -Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiya potensialından daha dolğun istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Respublikamıza yatırılan xarici investisiyaların xeyli hissəsi bu sahənin inkişafına yönəldildi.

Hazıırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir ki, bunun da uğurlu həlli üçün idarəmizin kollektivimiz gecə-gündüz sahələrdə çalışır, suvarmanın mütəşəkkil aparılmasına öz töhfələrini verirlər. Qabaqcıl aqrar rayonlardan olan Sabirbad rayonunda da suvarmanı tələb olunan səviyyədə həyata keçirmək məqsədilə Quba Suvarma Sistemləri İdarəsində əkin sahələrinin suvarılması nəzərdə tutulan tədbirlər planına uyğun uğurla yerinə yetirilir. Kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədilə, su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, diğər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün lazım olan bütün işlər görülmüşdür. İdarəmizin balansinda olan HTQ, hidropostlar və eyni zamanda nasos stansiyaları və ümumiyyətlə bütün avadanlıqlar təmir olunaraq tam işlək vəziyyətdə gətirilib. Mövcud su mənbələri istehlakçıların suvarma və komunal-texniki suya olan təlabatını tam ödəyir. Əkin sahəlrini vaxtında və səmərəli suvarma suyu ilə təmin etmək üçün işçilərimiz sahələrdə olur, suyun itkisiz təminatı üçün səylə çalışırlar. Habelə ərzaq təhlükəsizliyinin təminatını və Dövlət proqramları əsasında aqrar bölmənin dinamik və davamlı inkişafını təmin etmək üçün suvarma və meliorasiya işçiləri hətta gecə saatlarında da çalışmalı olurlar. Aqrar sahənin inkişafı, heç şübhəsizdir ki, toropaqların meliorativ qaydada əkinə yararlı hala gətirilməsindən, normal suvarma suyu ilə təminatından asılıdır. Bu həyat əhəmiyyətli işlərdə şoranlaşan torpaqlarda meliorativ işlərin aparılması, sututarların, çay və su hövzələrinin qorunması, onların təbii fəlakətlərdən hifz olunması vacib şərtdir. Əkinin mütəxəssis məsləhəti ilə aparılması fermerlərə öz işlərini daha yaxşı qurmaqda kömək etmiş olar.Hər dövrün öz tələbi var.

Müstəqillik qazandıqdan sonra respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Quba rayon Suvarma Sistemləri İdarəsinin rəisi Süleyman Kərimov belə insanlardandır.
Süleyman Kərimov hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Süleyman Kərimovun həyat səlnaməsinə nəzər salanda görürük ki , o , hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O ,hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Süleyman Kərimov işlədiyi Quba rayon Suvarma Sistemləri İdarəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Süleyman müəllimin böyük zəhməti vardır .

Bizdə bu çətin və şərəfli işində Süleyman müəllimə və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub