Gərgin əməyi, çətin və məsuliyyətli qərarları ilə hər kəsin etimadını qazanmış bir şəxsiyyət - - AAYDA-nin Bakı-Quba Magistral Yol İstismar İdarəsinin rəisi İlham Cəbrayılov

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimdir?
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən -AAYDA-nin Bakı-Quba Magistral Yol İstismar İdarəsinin rəisi İlham Cəbrayılovdan barədə bəhs edəcəyik.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.
AAYDA-nin Bakı-Quba Magistral Yol İstismar İdarəsinin rəisi İlham Cəbrayılovun uğurlu xidmətləri sayəsində Bakı-Quba-Rusiya Federasiyasının yolları əsaslı şəkildə təmir olunub. Gözəl, gəlişli-gedişli rayonlarımızdan biri olan Quba rayonuna Bakıdan gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər bu magistral yol idarəsində də uğurla davam etdirilir.
AAYDA-nin Bakı-Quba Magistral Yol İstismar İdarəsinin rəisi İlham Cəbrayılov hər zaman xalqa – millətə, dövlətə - dövlətçiliyə, Ulu Öndərin ideyalarına, onun laiqli davamçısı İlham Əliyev cənablarına bağlı olan şəxs kimi, onların siyasikursuna sədaqətlə xidmət etmişdir. İlham müəllimin həyat səlnaməsinə nəzər salanda görürük ki, o hər zaman işinə vicdanla yanaşaraq vəzifəsinin öhdəsindən layiqincə gələrək, rəhbərliyin və rəhbərlik etdiyi kollektivin rəğbətini qazanıb.
İlham müəllim var gücü ilə çalışır ki, bu magistral yol sarıdan insanların problemi olmasın. Onu tanıyan hamıya məlumdur ki, İlham Cəbrayılovun güclü idarəetmə bacarığı sayəsində AAYDA-nin Bakı-Quba Magistral Yol İstismar İdarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə İlham Cəbrayılovun kollektivi magistral olan bu yollun infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Bu yoldan istifadə edən hər kəs yolların bərpasından razılıq edirlər.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səmərəli fəaliyyətinə görə Cəbrayılov İlham Yasəf oğlu Əməkdar mühəndis” fəxri adına layiq görülüb
Biz də "İqtisad.Org" xəbər portalı olaraq AAYDA-nin Bakı-Quba Magistral Yol İstismar İdarəsinin rəisi İlham Cəbrayılova və kollektivinə uğurlar arzu edirik !