"Sanksiya yoxdur, başqa iş axtarın" - Zelenski bəzi səfirləri geri çağırıb

  • 31-03-2022, 09:59
  • 28 dəfə oxunub
Reklam

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Mərakeş və Gürcüstandakı səfirlərini geri çağırıb. Dövlət başçısı “diplomatik cəbhə”ni ölkədəki hərbi əməliyyatlardan heç də az əhəmiyyətli olmadığını qeyd edib.

“Report”un məlumatına görə, bu barədə “RBC-Ukraina” Zelenskinin müraciətinə istinadən xəbər verir.

"Bu gün (dünən-red) mən Ukraynanın Mərakeşdəki səfirinin geri çağırılması ilə bağlı fərman imzaladım. Gürcüstandakı səfirimiz də geri qaytarılıb. Əgər silah, sanksiyalar, Rusiya biznesinin məhdudlaşdırılması yoxdursa, xahiş edirəm, yeni iş axtarın”, - Zelenski deyib.

Dövlət başçısı əlavə edib ki, yaxın günlərdə Ukraynanın Latın Amerikası, Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika ölkələrindəki səfirlərinin və hərbi attaşelərinin işindən konkret nəticələr gözləyir.

"Diplomatik cəbhə əsas cəbhələrdən biridir. Və orada hər kəs qalib gəlmək, orduya kömək etmək üçün mümkün qədər səmərəli işləməlidir. Diplomatik cəbhədəki hər kəs döyüş meydanındakı hər bir müdafiəçi kimi ", - Zelenski vurğulayıb.

Xatırladaq ki, Gürcüstan bir çox ölkələrin Rusiyaya qarşı sanksiyalarını dəstəkləməkdən imtina edib. Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətinin bu mövqeyini pisləyib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub