Masallıda 1 saylı uşaq bağçası üçün yeni bina tikilib

Masallıda 1 saylı uşaq bağçası üçün yeni bina tikilib
  • 1-04-2022, 14:26
  • 27 dəfə oxunub
Reklam

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masallıda 1 saylı uşaq bağçası üçün yeni bina tikilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Masallı rayon 1 saylı uşaq bağçasının yeni binası Novruz bayramı ərəfəsində istifadəyə verilib.

Açılış mərasimində Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov, Milli Məclisin Deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Heydər Əliyev Fondunun əməkdaşı Cəmil Əliyev, bağçanın kollektivi və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Masallı rayon 1 saylı uşaq bağçası 1939-cu ildə inşa olunub. 40 yerlik 2 qrupdan ibarət olan məktəbəqədər uşaq müəssisəsi uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Ötən müddət ərzində bağçanın binası fiziki cəhətdən köhnəliyindən və istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik bağça binası inşa olunub.

Tanışlıq zamanı məlumat verilib ki, 2 mərtəbəli 1 korpuslu bağça binası zəruri mebel və avadanlıqlarla, kompüter kabineti və əyani vəsaitlərlə təchiz edilib.

Bağça binasında məşğələ, yataq, idman, əyləncə və musiqi otaqları, akt zalı var.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub