Şərəfli həyat yolu, layiqli iş - Eldar Quliyev

Şərəfli həyat yolu, layiqli iş - Eldar Quliyev
  • 26-04-2022, 15:29
  • 38 dəfə oxunub
Reklam

Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində Azərbaycan xalqının milli maraqları və rifah halının yaxşılaşdırılması dayanır. Bunun bariz nümunəsi kimi son günlər vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə qəbul olunmuş qərar və sərəncamları misal göstərmək olar.

“Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin”, deyə öz çıxışında bildirən prezident İlham Əliyev dövlət məmurlarının işini hər zaman öz diqqətində saxlayır.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru,Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev millət vəkili olaraq hər zaman öz səmimiyyəti, seçicilərinə yaxın olması ilə seçilib. Bu günə kimi dərdini bölüşmək üçün onu axtarıb, lakin tapa bilməyən seçici olmayıb. Onun seçki dairəsinə aid ərazidə yaşayan sakinlər öz sosial problemlərini həll etmək üçün dövlət qurumlarına deyil, birbaşa Eldar müəllimin ofisinə üz tuturlar. O da öz növbəsində seçicilərinin problemini həll etməkdən ötrü əlindən gələni əsirgəmir

Eldar Quliyev kimi millət vəkillərinin xalqın firavan gələcəyi naminə gördüyü işlər heç şübhəsiz ki, dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Kütləvi informasiya vasitələri nümayəndələri də onun fəal millət vəkillərindən olduğunu hər zaman xüsusilə qeyd edirlər. Seçiciləri ilə daim maraqlanmaqla, onlarla sıx-sıx görüşməklə yanaşı, o, həm də parlament iclaslarında ümummilli məsələlərə bağlı önəmli fikirlər ortaya qoyur. Onun siyasi-ictimai fəaliyyəti, ölkə daxilində və beynəlxalq tədbirlərdə iştirakı göz qabağındadır.

Həmçinin Eldar Quliyevin sədrlik etdiyi Azərittifaqın tərkibinə daxil olan kooperativ təşkilatları əhaliyə pərakəndə ticarət və iaşə xidməti göstərilməsini, kənd təsərrüfatı məhsulları və xammal tədarükünü və satışını, müxtəlif pullu xidmətlər göstərilməsini həyata keçirirlər. Azərittifaqın təsisçiləri ilə yaradılan Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kolleci ölkəmizdə iqtisadyönümlü mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisələrindəndir.Ölkənin bütün şəhərlərində və rayonlarında kooperativ təşkilatları, onların əksəriyyətinin nəzdində ictimai iaşə müəssisələri birlikləri, kooperativ sənaye ticarət birlikləri kimi fəaliyyət göstərir. Eldar Quliyevin sədrliyi ilə, görülən məsuliyyətli və möhtəşəm işlər Azərittifaqın necə lazımlı bir qurum olduğunu bir daha sübut edir.

İnsanların səadəti naminə təmiz, ülvi hisslərlə yaşamağı bacaran, əzəldən ali məqsədi Vətəninə, millətinə fayda vermək olan və gözəl əməlləri sayəsində Eldar Quliyev hər kəs tərəfindən tanınır, sayılır, seçilir.

Hər bir vətən övladının kamil, xoşbəxt yaşaması naminə xoş əməllərə dönüb ürəklərə yağması özünəməxsus mənəviyyat fəlsəfəsindən irəli gəlir.Eldar Quliyev öz işini ürəklə görməklə bərabər, imkan tapan kimi hamıya yaxşılıq edir, özü də elə ayların, illərin astanasında yaxşılıq gözündə ucalır.Bütün bu bəşəri, ülvi dəyərlərlə zaman-zaman doğma yurda, insanlara sevgi nümunəsi olan səmərəli, şərəfli bir həyat yolu yaşayır.Daxili aləmi gözəldir, cəmiyyətdə gördükləri də buna bənzəyir.Bir də canında, qanında el məhəbbətini gəzdirən nurlu şəxsiyyət şərdən-xətadan uzaq sevdalı dünyası vardır.Kim ki, haqq naminə bu dünyanın təmənnasız hərarətinə tapınır xoşbəxtlik özü gəlir onu tapır.Azərbaycanın işıqlı gələcəyinə, elə üstündə gəzdiyi torpağın taleyinə yönələn ilk uğurlarına ürəkdən sevinir, bütün eşqini, məhəbbətini uşaq yaşlarında müqəddəsliyinə vurulan müəllim peşəsinə verir. Müəllim adını, şərəfini hər şeydən uca tutmaqla xalqının mədəni, mənəvi dünyasına yadda qalan naxışlar vurur.


Azərbaycan Kooperasiya Universitetinin rektoru iqtisad elmləri doktoru, professor Eldar Quliyev şəxsiyyətinə, insanlığına, ən əsası, rektor olaraq tələbələr ilə münasibətinə sonsuz hörmət bəslənilən, sözün əsl mənasında nümunə olacaq rektordur.

Eldar Quliyev çoxlarından fərqli olaraq işinin, tutduğu vəzifənin şərəfi ilə yaşamır, ölkə başçısı tərəfindən ona göstərilmiş bu etimadın məsuliyyətini dərk edir.Eldar Quliyev uğurlarının əsas sirri ədalətli və obyektiv olmasıdır, hər tələbəyə, mən deyərdim, fərdi yanaşmasıdır. Onların heç birini öz övladından ayırmamasıdır. O, tələbədən gizlənmir, onlarla ünsiyyətdən çəkinmir. Çünki elə bir mühit yaratmayıb ki, tələbədən aralıda dursun. Əksinə, həmişə tələbənin tərəfində durub. Əsas səbəb bunlardır ki, bu da uğura gedən ən şəffaf yoldur. Digər tərəfdən isə Azərbaycan Kooperasiya Universitetində də çox güclü islahatlar həyata keçirilir. Yeni laborotoriyalar yaradılır, tədris təcrübə məkkəzləri istifadəyə verilir. Tələbə, doktorant daha tədqiqat üçün uzaq məsafələr qət etmir. Təhsil aldığı müəssisənin özünün təcrübə sahələrində gərəkli kadr olmaq üçün elmi araşdırmalarını apara bilir. Sevilməyin isə tək bir yolu var ki, o da tələbədən gizlənməməkdən keçir.


Biz də "İqtisad.Org" xəbər portalı olaraq hər zaman harda işləməsinə harda olmasına baxmayaraq öz işini mükəmməl bilən, məsuliyyətini dərk edən və Azərbaycan üçün savadlı kadrlar bəxş edən Eldar Quliyevə uğurlar və müvəffəqiyyətlər diləyir, uzun ömür can sağlığı arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub