6 saylı regional yol istismar idarəsinin müdiri Zülfüqar müəllim səmimi insan və öz işinin öhdəsindən layiqincə gələn rəhbərdir.

6 saylı regional yol istismar idarəsinin müdiri Zülfüqar müəllim səmimi insan və öz işinin öhdəsindən layiqincə gələn rəhbərdir.
  • 24-04-2022, 18:03
  • 50 dəfə oxunub
Reklam

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.

Tam məsuliyyət və qürurla deyə bilərik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiri Zülfüqar müəllim belə insanlardandır.

Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

Doğrudan da, insan çalışdığı sahənin mahiyyətini dərindən anladıqda və məsləkinə sadiq qaldıqda harada işləməsindən asılı olmayaraq əldə etdiyi nəticələr uğur ünvanlı olur.Zülfüqar müəllimin həyat yoluna nəzər saldıqda fikrimizdə nə qədər doğru olduğumuzu bir daha anladıq. İstənilən bir məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmaq lazımdır. İradə elə bir keyfiyyətdir ki, o istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə xırda maraqlar, mənasız istəklər üzərində qələbədir. məhz öz iradəsi sayəsində öz yolunu tapdı, iradəsi sayəsində öz işlərini hər zaman tərifəlayiq gördü. Adətən rəhbər vəzifələrdə işləyənlərlə bağlı "Yaxşı adam" ifadəsi çox az işlədilir. Bəs niyə ona yaxşı adam deyirlər? Harada, hansı vəzifədə işləyibsə onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı? Əlbəttə olardı. Ancaq xalq seçim edəndə yanılmır.Zülfüqar müəllim heç bir təqdimatsız, heç bir mübaliğəsiz və nəhayət heç bir tapşırıqsız özü üçün əməllərinə, şəxsiyyətinə, qabiliyyətinə yaraşan bir ad qazanıb və bu adı zaman-zaman qoruyub saxlayır. Xalqın rəğbətini qazanmaq, təmiz adı qoruyub saxlamaq o qədər də asan deyil.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiri Zülfüqar müəllimin uğurlu xidmətləri sayəsində öhtəçiliyində olan bütün yollar əsaslı şəkildə təmir olunub.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir.

Asfaltın və onun çəkilişinin keyfiyyətini xüsusi metodlarla, laborator analizlər üçün nümunələr götürməklə və çəkilmiş asfaltın qalınlığını ölçməklə yoxlamaq olar.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiri Zülfüqar müəllimin rəhbərliyi altında çəkilən bütün yollar Avropa standartlarına cavab verir.

AAY-nın 6 saylı regional yol istismar idarəsinin müdiri Zülfüqar müəllim bildirir ki : Ölkə rəhbəri kənd yollarının yenidən qurulmasını da diqqətdə saxlayır. Son illər Prezident İlham Əliyev kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 100-ə yaxın sərəncam imzalayıb. Kənd yollarının təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmir-tikintisi üzrə ixtisaslaşmış və 2016-cı ildən müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu, yol inşaatçılarının üzərinə əlavə məsuliyyət qoyur. Yeri gəlmişkən, “Azəravtoyol” ASC “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014–2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” dövlət proqramlarında avtomobil yollarının tikintisini vaxtında icra etmək, eləcə də işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədilə üç mindən artıq vətəndaşı müvafiq işlə təmin edib. Prezidentin yerli istehsalın daha da genişləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən, “Azəravtoyol” ASC yolların tikintisi, yenidən qurulması və təmiri zamanı yalnız yerli tikinti materiallarıdan istifadə edir.

Zülfüqar müəllimin rəhbərliyi ilə yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün Zülfüqar müəllim var gücü ilə çalışır ki, yol sarıdan insanların problemi olmasın. Hamıya məlumdur ki,Zülfüqar müəllimin güclü idarəetmə bacarığı sayəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi " 6 saylı regional Yol istismar idarəsinin" qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Zülfüqar müəllimin kollektivi yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib.

Zülfüqar müəllimin hansı bir işi öhdəsinə götürürsə, o işi hər zaman yüksək keyfiyyətlə icra edir. Əgər yol çəkdirirsə, yaxşı yol çəkir. Bina inşa edirsə, etibarlı bina ucaldır. Devizləri belədir ki, gördüyümüz hər bir iş ən yüksək standartlara cavab verməlidir. Yaxşı işin, necə deyərlər, heç əlavə reklama da ehtiyacı olmur. Buna görədir ki, müəssisə mənfəətlə işləyir, ilbəil uğurları çoxalır. Hər il olduğu kimi, bu il də müəssisənin illik maliyyə dövriyyəsi xeyli artmışdır. Gələn il də bu göstəricini daha da artırmağı arzulayırıq.İşin həcmi böyük olanda əlavə işçilər də qəbul edir. Əmək potensialından, iş qabiliyyətindən maksimum istifadə etməklə bərabər, işçilərin əməyini ədalətlə qiymətləndirməyi də unutmuruq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub