Masallıda “Heydər Əliyev Azərbaycanın xilaskarı” mövzusunda tədbir

Masallıda “Heydər Əliyev Azərbaycanın xilaskarı” mövzusunda tədbir
  • 30-04-2022, 16:14
  • 31 dəfə oxunub
Reklam

"İqtisad.Org" Masallı Rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev Azərbaycanın xilaskarı” mövzusunda tədbir keçirildi.
Masallı Tarix -Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatı və Yeni Azərbaycan Partiyası(YAP) Masallı rayon təşkilatı ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 99-çu ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycanın xilaskarı” mövzusunda tədbir keçirildi. Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP veteranları, fəal gənclər, mədəniyyət işçiləri, məktəblilər iştirak etdilər.
İlk öncə, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən bəhs etdi. O, ulu öndər Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu vurğuladı.
Tədbirin iştirakçıları olan natiqlər, rayonumuzun tanınmış ziyalıları Azərbaycanın Heydər Əliyev rəhbərliyi altında keçən uzun bir tərəqqi yolundan, Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən amillərdən, xalqa, vətənə daima xidmət edən bu dahi şəxsiyyətin siyasi mübarizliyi, müdrikliyi, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq, milli və mədəni dəyərlərin hər zaman üstün tutması kimi tarixi örnəklərindən geniş danışdılar. Çıxışçılar dahi liderin Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə ölkəmizin ən qabaqcıl respublikalardan birinə çevrilib və bu gün də Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin başçılığı ilə inamla irəliləməsini xüsusi vurğuladılar.
Tədbir iştirakçıları balaca fidanların ifasında Heydər Əliyevə həsr edilmiş kompozisiyanı dinlədikdən sonra xatirə şəkilləri çəkdilər.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub