Masallıda fiziki məhdudiyyətli qadınlarla görüş

"İqtisad.Org" Masallı Rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, Masallıda Ramazan bayramı ərəfəsində fiziki məhdudiyyətli qadınların bir qismi ilə görüş keçirilmişdir.
Məsul şəxslər Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman İdarəsinin, Gənclər Evi SXM-nin və “Əlil Qadınlar Cəmiyyətinin” birgə təşkilatçılığı ilə rayon ərazisində fiziki məhdudiyyətli qadınlarla Ramazan bayramı münasibətilə görüşmüş, qayğıları ilə maraqlanmış və onlara Ramazan sovqatları verilmişdir.
Əlil qadınlarla görüşdə Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, şöbənin baş məsləhətçisi Nigar Kərimova, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Gənclər Evi SXM-nin direktoru Fuad Mənsimov və “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Əminə Abıyeva iştirak etmişdir.